Məhkəmə qərarları › İş №2(041)-847/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-847/2025

02.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-847/2025 02.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma və istifadəyə edilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanuni istifadəsində və mülkiyyətində olan Kürdəmir rayonu, Sığırlı kənd ərazisində yerləşən 0.10 ha torpaq sahəsində inşa etdiyi körpünün öz vəsaiti hesabına sökülməklə, əmlakları ilə birlikdə həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması və onun tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən manelərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında müəyyən edildi ki, boşaldılması tələb edilən torpaq sahəsinin iddiaçının istifadəsində, icarəsində və ya mülkiyyətində olmasını təsdiq edən heç bir hüquq müəyyənedici sənədi yoxdur. İddia ərizəsinə əlavə edilmiş aktlar, torpaq sahəsinin planından çıxarış və digər sənədlər texniki sənədlər və bələdiyyə tərəfindən verilmiş arayışlardan ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci hissəsinə görə torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İddiaçının boşaldılmasını tələb etdiyi torpaq sahəsi üzərində hüquqları müəyyən edilmədiyindən hazıki vəziyyətdə bu mübahisəyə məhkəmədə baxıla bilməz. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə dair işə məhkəmədə baxılmalı olmadığına görə (MPM 261.0.1-ci maddəsi) məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma və istifadəyə edilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işin məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar