Məhkəmə qərarları › İş №2(041)-848/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-848/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-848/2023 15.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 2150 manat pulun, ödədiyi 41.50 manat dövlət rüsumunun, cəmi 2191.50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, anası xəstə olduğu üçün onun müalicəsi məqsədilə özünə məxsus 2 ədəd birinin çəkisi 10 qram, digərinin çəkisi 11.5 qram olan qızıl bilərziyini 2150 manata satmaq üçün tanışlara məlumat vermiş və Cavabdeh onun yanına gələrək qızılları arvadı üçün hədiyyə almaq istədiyini, lakin pulunu 2021-ci ilin dekabr ayına kimi hissə-hissə verəcəyini demiş və onunla razılaşmışdır. Cavabdeh ona heç bir ödəniş etməmiş, buna səbəb kimi uşağının xəstə olmasını, həmin qızılları lombarda qoyaraq pul götürüb uşağının müalicəsi üçün xərcləməsini və pulu qaytarmağa imkanı olmadığını bildirmişdir. İddiaçı Kürdəmir RPŞ-yə ərizə ilə müraciət etmiş, onun müraciəti əsasında Kürdəmir RPŞ-də araşdırma aparılmış və müraciətinin mülki xarakterli olmasını bildirib ona məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələblərini qəbul etdiyini, cavabdehə həqiqətən 2150 manat borcunun olduğunu, lakin maddi imkanı olmadığına görə borcunu ödəyə bilmədiyini bildirdi və bununla bağlı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə hesab edir ki, iddia aşağıda göstərilən əsaslara görə təmin edilməlidir . Belə ki, məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək cavabdehə olan borcunu etiraf etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Bundan əlavə, məhkəmənin sorğusu əsasında Kürdəmir RPŞ tərəfindən məhkəməyə təqdim edilmiş HK-1-353 nömrəli materalda olan Cavabdeh izahatında da, borc etiraf edilmiş və borcun yaxın vaxtlarda ödəniləcəyinə söz verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin etirafı qəbul edilməli, Cavabdeh 2150 manat pul alınaraq İddiaçı ödənilməlidir. İşdə olan qəbzdən görünür ki, iddiaçı hazirki iddia üzrə 41.50 manat dövlət rüsumu ödəmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2150 (iki min bir yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41.50 (qırx bir manat 50 qəpik) manat, cəmi 2191.50 (iki bir yüz doxsan bir manat 50 qəpik) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar