Məhkəmə qərarları › İş №2(041)-85/2023

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-85/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-85/2023 24.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc məbləğinin qaytarılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 5000 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi, cavabdehdən ödədiyi 70 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 2022-ci ilin mart ayında tanış olmuşdur. Tanışlıqlarından bir ay sonra cavabdeh anasının COVİD-19 virusuna yoluxduğunu və anasının müalicəsi üçün ona təcili pul lazım olduğunu bildirib ondan borca pul istəmişdir. O, da öz növbəsində cavabdehin anasının xəstə olmasını nəzərə alıb 3 ay ərzində qaytarmaq şərti ilə 5000 manat borc pul vermişdir. O, cavabdehdən ona borclu olduğu 5000 manat pulu geri qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək ona borclu olduğu 5000 manat pulu qaytarmadığı üçün ərizə iə Nəsimi rayon 21-ci polis bölməsinə müraciət etmişdir. Cavabdeh polis idarəsinə dəvət edilmiş və verdiyi izahatında ona borclu olduğunu etiraf etmiş, lakin borcunun geri qaytarmaq imkanının olmamasını polis idarəsində verdiyi izahatında bildirmişjdir. O, cavabdehə pretenziya qaydasında xəbərdarlıq etsə də heç bir müsbət nəticə əldə etməmiş və bundan sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də Cavabdeh 5000 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi, cavabdehdən ödədiyi 70 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, təkrar məhkəməyə gəlməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarına əlavə edilmiş və Bakı şəhər Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən X2 göndərilmiş xx.xx.2022-ci il tarixli, 085-12682K-3222 nömrəli məktubdan görünür ki, İddiaçı müraciəti əsasında Nəsimi RPİ-nin 21-ci polis bölməsində araşdırma nəticəsində Cavabdeh izahatında borcunun olmasını etiraf edərək pulu geri qaytarmaq imkanının olmamasını bildirdiyi qeyd edilmis, ona görə də ona mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi izah edilmişdir. İş materiallarına əlavə edilmiş və İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh göndərilmiş Pretenziya məktubundan görünür ki, Cavabdeh ona borclu olduğu 5000 manat məbləğində pulu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 2022-ci ilin mart ayında tanış olmuşdur. Tanışlıqlarından bir ay sonra cavabdeh anasının COVİD-19 virusuna yoluxduğunu və anasının müalicəsi üçün ona təcili pul lazım olduğunu bildirib ondan borca pul istəmişdir. O, da öz növbəsində cavabdehin anasının xəstə olmasını nəzərə alıb 3 ay ərzində qaytarmaq şərti ilə 5000 manat borc pul vermişdir. O, cavabdehdən ona borclu olduğu 5000 manat pulu geri qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək ona borclu olduğu 5000 manat pulu qaytarmadığı üçün ərizə ilə Nəsimi rayon 21-ci polis bölməsinə müraciət etmişdir. Cavabdeh polis idarəsinə dəvət edilmiş və verdiyi izahatında ona borclu olduğunu etiraf etmiş, lakin borcunun geri qaytarmaq imkanının olmamasını polis idarəsində verdiyi izahatında bildirmişjdir. O, cavabdehə pretenziya qaydasında xəbərdarlıq etsə də heç bir müsbət nəticə əldə etməmiş və bundan sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 5000 manat məbləğində pul və ödənilmiş 70 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 manat məbləğində pul və ödənilmiş 70 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar