Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-85/2025 12.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X7 cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndə Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsin ləğvi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndə Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsin ləğvi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 308.2, yaşayış sahəsi 73 m2, yardımçı sahəsi 235.2 m2 olan 3 otaqlı fərdi yaşayış evinin alqı-satqısına dair bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2009-cu ildə Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən 150.000 manat dəyərində olan evini Beynəlxalq banka girov qoyub, 20 000 ABŞ dolları məbləğində qardaşı Müşviqin adına kredit götürmüşdür. Həmin vaxt "ABB”-nin Kürdəmir filialının müdiri Elşən Sərdərov olmuşdur. İddiaçı qardaşı Müşviqin adına götürdüyü krediti 18 ay müddətində tam ödəmiş, təkrarən 2011-ci ildə ona pul lazım olduğu üçün yenidən Elşənə müraciət etmişdir. X19 imzası olmadan yenidən 27 000 ABŞ dolları kredit məbləğdən 3000 ABŞ özünə “şapka" kimi özünə götürərək iddiaçıya 24 000 ABŞ dolları vermişdir. İddiaçı hər ay kredit pulunu RF-dan Elşənə göndərmiş, xx.xx.2012ci il tarixə qədər onun 8063 ABŞ dolları borcunun qalmışdır. Həmin pulun yerinə 2 illik 3 ədəd-qohumları qaynatası X9, anası X10 və qardaşı X2 pensiya kartını bankda girov qoyaraq kredit borcundan çıxılmışdır. İddiaçı 2014-cü ilin sonlarında Azərbaycanda yaşamadığı üçün və pula ehtiyacı olduğu üçün (həmin ərəfədə banka 5900 ABŞ dolları borcu qalmışdı) evi satmaq qərarına gəlmişdir. Evi həmkəndlisi Cavabdeh1 almaq istədiyini bildirmiş və tərəflər 64000 ABŞ dolları məbləğində alqı-satqıya (həmin vaxt 50 000 AZN) razılaşmışlar. Həmin ərəfədə iddiaçı Cavabdeh1 torpağından boru xətti keçdiyinə görə kompensasiya veriləcəyini, lakin pulun verilməsinin gecikdirildii barədə məlumatlı idi. Çox maraqlıdır ki, xx.xx.2015-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında "satılmış" əmlaka, xx.xx.2014-cü ilin dekabr ayında iddiaçı guya “ABB”-nin Kürdəmir filialının keçmiş müdiri Elşən Sərdərova məktubla müraciət edərək cavabdehə evə köçməsinə icazə verməsi ümumiyyətlə şübhəlidir. Çünki iddiaçı heç vaxt elə müraciət etməmişdir. 2015-ci ilin yanvar ayında iddiaçı pula ehtiyacı olduğu üçün evin pulundan götürmək şərti ilə Elşəndən borc pul istəsə də, Elşən pulun olmadığını söyləmişdir. xx.xx.2015-ci il tarixdə Elşən ona zəng edərək evi alan Cavabdeh1 ilə banka gəlmələrini söyləyərkən, o, Gülnazın pulunun gəldiyini fikirləşsə də lakin Elşən ona Gülnazın öz işi ilə bağlı gəlməsini bildirmişdir. Səhəri gün iddiaçı banka gələrkən Elşənin ona yalnız 5100 manat verə biləcəyini bildirmiş, o da pula ehtiyacı olduğu üçün razılaşmışdır. Bankda müəyyən sənədlərə imza edəndən sonra onu şəxsiyyət vəsiqəsini təsdiqlətmək üçün Elşən onu yaxınlıqdakı notariusa göndərmişdir. İddiaçı notariusa gedib orada bilmədiyi sənədlərə imza edib geri banka qayıtdıqdan sonra 5100 manat Elşəndən götürmüş və RFyə getmişdir. Elşən ona pulu verərkən Cavabdeh1 evin pulunu verəndə kredit borclarını bağlayacağını və qalan pulu da ona verəcəyini söyləmişdir. Bir müddət sonra yəni 2015-ci ilin aprel ayında iddiaçı Cavabdeh1 Elşən Sərdərova pulu ödədiyini bilərək pulun dalınca Azərbaycana gəlmişdir. O, Elşənin yanına gedərək yerdə qalan məbləği yəni 59 000 ABŞ dolları ondan istəyərkən Elşən ona "nə pul, evi satıb pulu almısan!" söyləmiş, etiraz etmək istəyərkən onunla kobud danışaraq onu bankdan qovmuşdur. Bundan sonra iddiaçı Sığırlı kəndindəki evə gəlmiş və Cavabdeh1 pulunu tələb edərkən öyrənmişdir ki, xx.xx.2015-ci il tarixdə Gülnaz kompensasiyanı aldıqdan sonra Kürdəmir rayon Sığırlı icra nümayəndəsi mərhum Eyyub Əmirovun və cavabdehin qızı Ağayeva Şəhnazın yanında 64 000 ABŞ dollarını 50 000 AZN-ə dəyişərək “ABB”-nin Kürdəmir filialının müdiri Elşən Sərdərova vermişdir. Elşən Sərdərov da öz növbəsində iddiaçıya məxsus evin sənədlərini cavabdehə vermişdir. Maraqlıdır ki, alqı-satqı ilə bağlı tələb olunan sənədlər tam olmadığı halda Kürdəmir rayon notariat kontorunun xüsusi notariusu X11 evin alqı-satqısını necə sənədləşdirib. Həmçinin xx.xx.2015-ci il AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsində iddiaçı ilə cavabdehin təsdiqedici şəkilləri notariat ofisində deyil, “ABB”-nin Kürdəmir filialının binasında çəkilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək evinin satılmasını bilmədən sənədlərə imza etdiyini, əslində evini satmaq istəmədiyini, həmçinin evin satışından əldə olunan pulun ona verilmədiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Kürdəmir rayonu Sığırlı kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 308.2 kv/m, yaşayış sahəsi 73 kv/m, yardımçı sahəsi 235.2 kv/m olan 3 otaqlı fərdi yaşayış evi xx.xx.2010-cu ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan “ABB”-nin xx.xx.2015-ci il tarixli KF-1680 nömrəli İddiaçı ünvanladığı bildirişdən görünür ki, xx.xx.2012-ci il tarixdə bankdan 24 ay müddətinə götürmüş olduğu 10000 manat məbləğində olan kreditdən istifadə müddəti xx.xx.2014-cü il tarixdə bitməsinə baxmayaraq xx.xx.2015-ci il tarixə ödənilməmiş kredit borcu:5101 manat əsas, 425 manat faiz, gecikmələrə görə əlavə dəbbə 400 manat olmaqla cəmi 5926 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Kürdəmir rayonu Sığırlı kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2010-xx.xx.2012-ci ilə kimi 20000 ABŞ dolları məbləğində verilən kreditin ödənilməsinin təminatı kimi “ABB”-nin Kürdəmir filialında ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 02 nömrəli reyestr kitabında 185 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan Kürdəmir rayon notariat kontorunun xüsusi notariusu X5 İddiaçı və Cavabdeh1 tərəfindən ünvanlanmış ərizədən görünür ki, Kürdəmir rayonu Sığırlı kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 308.2 kv/m, yaşayış sahəsi 73 kv/m, yardımçı sahəsi 235.2 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin 50000 manata Cavabdeh1 satılması barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə Kürdəmir rayon notariat kontorunun xüsusi notariusu X5 Cavabdeh1 tərəfindən yazılmış ərizədən görünür ki, Kürdəmir rayon Sığırlı kəndində qeydiyyatda olan İddiaçı ilə İddiaçı məxsus olan Kürdəmir rayon Sığırlı kəndində yerləşən fərdi yaşayış evinin 50000 manata ona satılması barədə razılığa gəlmişlər. Həmin məbləğin müvafiq müqavilə onun tərəfindən təsdiq edildikdən sonra depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələbləri ona izah olunmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə Kürdəmir rayon notariat kontorunun xüsusi notariusu X5 İddiaçı tərəfindən yazılmış ərizədən görünür ki, Kürdəmir rayon Sığırlı kəndində qeydiyyatda olan Cavabdeh1 ilə İddiaçı məxsus olan Kürdəmir rayon Sığırlı kəndində yerləşən fərdi yaşayış evinin 50000 manata ona satılması barədə razılığa gəlmişlər. Həmin məbləğin müvafiq müqavilə onun tərəfindən təsdiq edildikdən sonra depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələbləri ona izah olunmuşdur. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 ilə X16 arasında nikah xx.xx.1990-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeydiyyat aparılmış, nikah bağlanandan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli razılıq ərizəsindən görünür ki, X16 birgə nikah dövründə əldə edilmiş Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən torpaq sahəsi və onun üzərində yerləşən daşınmaz əmlakın arvadı İddiaçı özünün müəyyən etdiyi qiymətə satmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli KF-522 nömrəli Azərbaycan Beynəlxalq Bankının Kürdəmir rayon filialının razılıq ərizəsindən görünür ki, Kürdəmir rayonu Sığırlı kəndində yaşayan İddiaçı bankın girovunda olan ona məxsus Kürdəmir rayonu Sığırlı kəndində yerləşən fərdi yaşayış evini Cavabdeh1 satmasına razılığını bildirmişdir. İş materiallarında olan Kürdəmir rayon Sığırlı kəndi üzrə icra nümayəndəliyinin xx.xx.2015-ci il tarixli 316 nömrəli arayışından görünür ki, Kürdəmir rayonu Sığırlı kənd sakini İddiaçı adına Kürdəmir rayonu Sığırlı kəndində yaşayış evi vardır və hal-hazırda həmin yaşayış evində İddiaçı başqa heç kim qeydiyyatda deyil. İş materiallarında olan xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Kürdəmir rayon Sığırlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 308.2 kv/m, yaşayış sahəsi 73 kv/m, yardımçı sahəsi 235.2 kv/m olan 3 otaqlı fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmaqla Cavabdeh1 50000 manata satılmışdır. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixdə (mülkiyyətçi) İddiaçı ilə (əldə edən) Cavabdeh1 arasında Kürdəmir rayonu Sığırlı kəndində yerləşən ümumi sahəsi 308.2 kv/m, yaşayış sahəsi 73kv/m, yardımçı sahəsi 235.2 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) Alıcının mülkiyyətinə verir(lər): -Satıcı İddiaçı (tam hissə, 308.2 kv/m, 3 otaq) -Alıcı Cavabdeh1 daşınmaz əmlakı 50000 manata satmış və Daşınmaz əmlakın dövlət reyestrində əldə edilmiş xx.xx.2010-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlanan anda Kürdəmir rayonu Sığırlı kəndi ünvanında yerləşən fərdi yaşayış evi yüklü olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin Kürdəmir filialının xx.xx.2015-ci il tarixli Kür/69 nömrəli məktubdan görünür ki, xx.xx.2015-ci il tarixdə X4 "xxxx" ASC-nin Kürdəmir filialında olan AZ02MUGA**********00001AZM52 saylı depozit hesabına Cavabdeh1 tərəfindən 50000 (əlli min) manat və xidmət haqqı olaraq 100 (yüz) manat mədaxil edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli xəzinə mədaxil qəbzindən görünür ki, xx.xx.2015 N 31 saylı məktuba əsasən alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X4 "xxxx" ASC-nin Kürdəmir filialında olan AZ02MUGA**********00001AZM52 saylı depozit hesabına 50000 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, Kürdəmir rayonu Sığırlı kəndində yerləşən reyestr nömrəsi **********20-10301 nömrəli fərdi yaşayış evi Cavabdeh1 məxsusdur və xx.xx.2015-ci il tarixdə 906-21/26 inventar nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir rayonu Sığırlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 308.2 kv/m, yardımçı sahəsi 235.2 kv/m, yaşayış sahəsi 73 kv/m olmaqla 3 otaqlı yaşayış sahəsi Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı X6 İddiaçı məxsus yaşayış evini satıb pulunu ələ keçirtməsi toplanmış materiallarda öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(041)- 712/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X15 və Cavabdeh1 Mirzağa qızından hər birindən 10000 manat olmaqla, cəmi 20000 manat pulun alınaraq ona ödənilməsini xahiş etsə də, iddia əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli MUG 207212 nömrəli çekinin surətinə əsasən, İddiaçı 50000 manat pul vəsaitini imza edərək götürmüşdür. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(106)-550/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(041)-712/2018 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak etmiş X3 izahat verərək bildirdi ki, İddiaçı əmisi oğlu Sərdərov Elşənlə danışan zaman onların yanında olmuşdur. Sərdarov Elşən ona “sən mənə bata bilməzsən, 24 ildi bu stolu mən saxlayıram” demiş və onları otaqdan qovmuşdur. Bundan sonra onlar Cavabdeh1 yanına getmişlər. Cavabdeh1 pulu Sərdərova Elşənə verdiyini, alqı-satqını da onunla etdiyini bildirmiş və bu barədə yazılı ərizə vermişdir. Ondan sonra yazılı ərizəni o vaxt Kürdəmir rayonunda prokuror olan Alxan Əliyevə vermiş, lakin onların işinə baxılmamışdır. Bir çox yerə müraciət olunmuşdur. İşin müəyyən olunmuş halları odur ki, mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olmuş, xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən o, həmin evi Cavabdeh1 satmışdır. Cavabdeh tərəfindən evin müqavilədə nəzərdə tutulmuş dəyəri ödənilmişdir. Bundan sonra həmin fərdi yaşayış evi Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı onunla Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanarkən aldadıldığını, əslində evi satmaq istəmədiyini, evin alqı-satqısı zamanı ödənilmiş 50000 manat pul vəsatinin ona verilmədiyini bildirərək müqavilənin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə iddianı əsassız hesab edir. Belə ki, iddiaçı xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli müqavilə bağlanarkən aldadıldığını, əslində evi satmaq istəmədiyini, evin alqı-satqısı zamanı ödənilmiş 50000 manat pul vəsatinin ona verilmədiyini iddia etsə də, bunu sübut edə bilməmiş, əksinə iş materiallarına əlavə edilmiş sənədlərdən və İddiaçı ilə X17 arasında xx.xx.2015-ci ildə Kürdəmir rayon notariat kontorunda bağlanan alqı-satqı müqaviləsinə dair notariat işində olan sənədlərdən görünür ki, o, cavabdehlə evin alqısatqısı barədə razılığa gəlmiş, Cavabdeh1 tərəfindən iddiaçı ilə razılaşdırılmış 50000 manat məbləğində pul vəsaiti depozit hesabına keçirilmiş, İddiaçı 50000 manat pul vəsaitini imza edərək götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X13 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh1 ilə bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli Kürdəmir rayonunun Sığırlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 308.2 m2, yaşayış sahəsi 73 m2, yardımçı sahəsi 235.2 m2 olan 3 otaqlı fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndə Notariat ofisinə qarşı xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli Kürdəmir rayonunun Sığırlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 308.2, yaşayış sahəsi 73 m2, yardımçı sahəsi 235.2 m2 olan 3 otaqlı fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-85/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-85/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver