Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-856/2024 08.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X7 qarşı dəymiş ziyan tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X4 1500 manat pulun və ödənilmiş 35 manat dövlət rüsumunun, cəmi 1535 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayır. Cavabdeh X11 ilə həmkəndli olmaqla onu çoxdan tanıyır. Özü fərdi təsərrüfatla məşğul olur və təsərrüfatında iri buynuzlu mal-qara saxlayır və həmin mal-qara ilə dolanır. Kənd camaatı hər gün mal qarasını növbəli olan mal nobatına göndərir. Növbəsi çatmış şəxs həmin günü özü, yadaki pul ilə yerinə başqa bir şəxs göndərə bilər. Növbəsi çatmış şəxs həmin günü kənd camaatının mal-qaranı otarmaq üçün qəbul edir və axşamüstü sağ salamat gətirib mal yiyəsinə verməsimni öz üzərinə götürür. Əgər kiminsə mal qarası həmin növbədə olan nobatçının səhlənkarlığından ölərsə, xəsarət alarsa həmin şəxs mal yiyəsinin ziyanlığını ödəməlidir. 2022-ci ilin oktyabr ayında kənddə mal nobatının növbəsi həmkəndlisi X5 idi. O, da kənd camaatı kimi səhər tezdən təsərrüfatında olan 5 baş mal-qarasını X7 təhvil verib evinə getmişdir. Həmin gün mal-qaranı qarşılamaq üçün axşamüstü küçəyə çıxmış, 4 inəyi qayıtmış 1 inəyi isə qayıtmamışdır. O, bununla bağlı Asəfə xəbər vermiş və birlikdə örüş yerinə getmişlər. Onlar birlikdə örüş yerində inəyi axtarsalar da, tapa bilməmişlər. Bundan sonra o, cavavbdehdən ya inəyini, yadaki 1500 manat dəyərini tələb etmişdir. X3 razılaşmış və inəyi tapa bilməsə ona inəyin 1500 manat dəyərini ödəyəcəyini bildirmişdir. Sonradan cavabdeh Asəf nə onun inəyini, nə dəki dəyərini ödəmədi. Bundan sonra o, bununla bağlı Kürdəmir rayon polis şöbəsinə müraciət etmiş və polis şöbəsində araşdırma aparılarkən cavabdehin əməlində cinayət tərkibi olmadığı üçün ona mülki qaydada məhkəməyə müraciət hüquqları izah edilmişdir. Cavabdeh ona dəyən ziyanın əvəzini ödəmədiyi üçün dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Ona görə də cavabdeh X4 1500 manat pulun və ödənilmiş 35 manat dövlət rüsumunun, cəmi 1535 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh X7 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin əvvəlki məhkəmə iclaslarında iştrak edib izahat verməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş cavabdeh X11 iddia tələbini qəbul etməyərək göstərdi ki, 2022-ci ilin oktyabr ayında mal növbəsində olmuş və səhər tezdən malları özü örüş sahəsinə ararmışdır. O, malları örüş sahəsinə aparanda həmkəndlisi İddiaçı mallarını örüşə aparılan mallara qoşmasını görməmişdir. Həmin gün günortaya kimi özü mal növbəsində olmuş, günortadan sonra isə mal növbəsində oğlu Haldun olmuşdur. Həmin gün axşam çağı mallar örüşdən qayıtdıqdan sonra Yadigar onlara gələrək bir baş erkək danasının örüşdən qayıtmadığını bildirdikdən sonra Yadigarla birlikdə örüş sahəsinə gedib dananı axtarsalar da tapa bilməmişlər. Bundan sonra Yadigar itən danasının qiymətinin 500 manat olduğunu bildirmiş, o, da Yadıgara itən danaya görə ziyanın 50 faizini ödəyəcəyini bildirib razılaşmışlar. Sonradan isə Yadigar ondan itən danaya görə 1500 manat pul tələb etmiş və o, da Yadigarla razılaşmamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində göstərdi ki, İddiaçı ilə X11 həmkəndlisi olmaqla, hər ikisi əmisi oğludur. Yəqin ki, Yadigar yalan danışmaz, onun bir baş danası həqiqətən də Asəfin nobatda olduğu gün itmişdir. İş materitallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Ərəbqubalı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli, 191 nömrəli arayışdan görünür ki, onun özünə məxsus təsərrüfatında 12 baş iribuynuzlu mal-qarası vardır. İş materiallarınqa əlavə edilmiş və Sabirabad rayon “Fərid” mal-qara Alqı-satqı bazarının direktoru Fərid Qasımov tərəfindən İddiaçı Mayəddimn oğluna verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 2021-ci il mal bazarında 1 baş 3 yaşlı 6-7 aylıq boğaz inəyin qiyməti 1400-1500 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X1 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlarması rədd edilmiş İddiaçı iddiası mülki iddia xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etmək hüquqları İddiaçı izah edilmişdir. Həmin qərarda araşdırma zamanı İddiaçı izahatında X6 mal növbəsində bir baş inək düyəsinin itməsinə görə ona 800 manat maddi ziyan dəydiyini bildirmiş və cavabdehlə ziyanın 50 faizinin ödənilməsi barədə razılaşdıqları qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayır. Cavabdeh X11 ilə həmkəndli olmaqla onu çoxdan tanıyır. Özü fərdi təsərrüfatla məşğul olur və təsərrüfatında iri buynuzlu mal-qara saxlayır və həmin mal-qara ilə dolanır. Kənd camaatı hər gün mal qarasını növbəli olan mal nobatına göndərir. Növbəsi çatmış şəxs həmin günü kənd camaatının mal-qaranı otarmaq üçün qəbul edir və axşamüstü sağ salamat gətirib mal yiyəsinə verməsini öz üzərinə götürür. Əgər kiminsə mal qarası həmin növbədə olan nobatçının səhlənkarlığından ölərsə, xəsarət alarsa həmin şəxs mal yiyəsinin ziyanlığını ödəməlidir. 2022-ci ilin oktyabr ayında kənddə mal nobatının növbəsi həmkəndlisi X5 olub. O, da kənd camaatı kimi səhər tezdən təsərrüfatında olan 5 baş mal-qarasını X7 təhvil verib evinə getmişdir. Həmin gün mal-qaranı qarşılamaq üçün axşamüstü küçəyə çıxmış, 4 baş inəyi qayıtmış 1 baş inəyi isə qayıtmamışdır. O, bununla bağlı Asəfə xəbər vermiş və birlikdə örüş yerinə getmişlər. Onlar birlikdə örüş yerində inəyi axtarsalar da, tapa bilməmişlər. Bundan sonra o, cavavbdehdən ya inəyini, yadaki 1500 manat dəyərini tələb etmişdir. X3 razılaşmış və inəyi tapa bilməsə ona inəyin 1500 manat dəyərini ödəyəcəyini bildirmişdir. Sonradan cavabdeh Asəf nə onun inəyini, nə dəki dəyərini ödəməmişdir. Bundan sonra o, bununla bağlı Kürdəmir rayon polis şöbəsinə müraciət etmiş və polis şöbəsində araşdırma aparılarkən cavabdehin əməlində cinayət tərkibi olmadığı üçün ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh ona dəyən ziyanın əvəzini ödəmədiyi üçün dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh X11 iddia tələbini qəbul etmədiyini və 2022-ci ilin oktyabr ayında mal növbəsində olmuş və səhər tezdən malları özü örüş sahəsinə arardığını, malları örüş sahəsinə aparanda həmkəndlisi İddiaçı mallarını örüşə aparılan mallara qoşmasını görmədiyini bildirmişdir. Həmin gün günortaya kimi özü mal növbəsində olmuş, günortadan sonra isə mal növbəsində oğlu Haldun olmuşdur. Həmin gün axşam üstü mallar örüşdən qayıtdıqdan sonra Yadigar onlara gələrəkbir bir baş inək düyəsinin örüşdən qayıtmadığını bildirmişdir. O, Yadigarla birlikdə örüş sahəsinə gedib inəyi axtarsalar da, tapa bilməmişlər. Bundan sonra Yadigar itən inəyinin qiymətinin 500 manat olduğunu bildirmiş, o, da Yadıgara itən inəyə görə ziyanın 50 faizini ödəyəcəyini bildirib razılaşmışlar. Sonradan isə Yadigar ondan itən inəyə görə 1500 manat pul tələb etmiş və o, da Yadigarla razılaşmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia ərizəsində cavabdeh X6 mal növbəsində 1 baş itən inəyinə görə ona 1500 manat ziyan dəyməsini göstərsə də, onun şikayətinə əsasən Kürdəmir rayon polis şöbəsində araşdırma aparılarkən izahatında bir baş inəyin itməsinə görə ona 800 manat ziyan dəyməsini göstərmişdir. Həmçinin İddiaçı Cavabdeh mal növbəsində itən bir baş inəyinin yaşını və boğaz olmasını göstərmədiyi halda, Sabirabad rayon “Fərid” mal-qara Alqı-satqı bazarının direktoru Fərid Qasımov tərəfindən ona verilmiş xx.xx.2024-cü il tarixli arayışda 2021-ci il mal bazarında 1 baş 3 yaşlı 6-7 aylıq boğaz inəyin qiymətinin 1400-1500 manat təşkil etməsi göstərilmişdir. İddiaçı Cavabdeh mal növbəsində itən bir baş inəyinin yaşı, çəkisi və 6-7 aylıq boğaz olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə Sabirabad rayon “Fərid” mal-qara Alqı-satqı bazarının direktoru Fərid Qasımov tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli arayışı iş üzrə sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İş materiallarından görünür ki, İddiaçı Kürdəmir rayon polis şöbəsində araşdırma aparılarkən izahatında bir baş inəyin itməsinə görə ona 800 manat ziyan dəyməsini bildirmiş Cavabdeh da həmin ziyanın 50 faizini iddiaçıya ödəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habel hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzini ödəmək tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 18 manat döıvlət rüsumu cavabdeh X4 tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və cavabdeh X4 vurduğu ziyanın əvəzi 800 manat və 18 manat dövlət rüsumu olmaqla, ümumilikdə 818 alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X4 vurduğu ziyana görə 800 manat və 18 manat dövlət rüsumu olmaqla, cəmi 818 (səkkiz yüz on səkkiz) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-856/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-856/2024
08.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver