Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-868/2023 06.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçınin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" məhdud məsuliyətli qeyri bank kredit təşkilatınin cavabdehlər Cavabdeh1, Cavabdeh2 İmmaqulu oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx"MM QBKT cavabdehlər qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 İmmaqulu oğlundan, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 6500 manat, faiz borcuna görə 1926 manat, cərimə borcuna görə 401 manat, cəmi 8827 manat məbləğində borcun və 108.27 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, "xxxx" məhdud məsuliyətli qeyri bank kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********3763 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik faiz dərəcəsi 26 faiz olmaqla 24 ay müddətinə 6500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda Cavabdeh2 İmmaqulu oğlu, Cavabdeh3 və Cavabdeh4 ilə xx.xx.2022-cu il tarixdə zaminlik müqaviləsi bağlanılıb və bu müqaviləyə əsasən onlar Cavabdeh1 ilə eyni həcimdə məsuliyyət daşıyırlar. Bununla da cavabdehlər kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin xx.xx.2023-ci il tarixə hesablanmış və ödənilməmiş cəmi 8827 manat borcu vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli krediti müqaviləsindən görünür ki, "xxxx" MM QBKT tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 26 faiz olmaqla 24 ay müddətinə 6500 manat məbləğində kredit verilib. İş materiallarına əlavə olunmuş, xx.xx.2022-cu il tarixli, saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 İmmaqulu oğlu, Cavabdeh3 və Cavabdeh4 ilə iddiaçı "xxxx" MM QBKT arasında zaminlik müqaviləsi bağlanılıb. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, kredit müqaviləsi üzrə "xxxx" MM QBKT -yə xx.xx.2023-cü il tarixə 6500 manat, faiz borcuna görə 1926 manat, cərimə borcuna görə 401 manat, cəmi 8827 manat məbləğində borcu qalmışdır. Məhkəmə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 24 ay müddətinə illik 24 faiz olunmaqla 6500 manat məbləğində kredit verilmiş və bununla bağlı Cavabdeh1 ilə "xxxx" MM QBKT arasında xx.xx.2022-ci il tarixli, **********3763 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 İmmaqulu oğlu, Cavabdeh3 və Cavabdeh4 arasında həmin tarizdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixinə əsas borcu 6500 manat, faiz borcuna görə 1926 manat, cərimə borcuna görə 401 manat, cəmi 8827 manat məbləğində borc təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci madəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini təmamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsaən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 İmmaqulu oğlundan, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 6500 manat, faiz borcuna görə 1926 manat, cərimə borcuna görə 401 manat, cəmi 8827 manat məbləğində borc tutularaq "xxxx" MM QBKT -nin xeyrinə ödənilməlidir. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia üzrə 108.27 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. cavabdehlər Cavabdeh1, Cavabdeh2 İmmaqulu oğlundan, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 6500 manat, faiz borcuna görə 1926 manat, cərimə borcuna görə 401 manat, cəmi 8827 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 108.27 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" məhdud məsuliyətli qeyri bank kredit təşkilatına ödənilsin. Cavabdehlərin qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Kürdəmir rayon məhkəməsinə ərizə verməyə haqlıdırlar. Həmin müddət bitdikdən sonra qiyabi qətnamədən 1 ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-868/2023
Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-868/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver