Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-868/2024 26.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi Cəbiyev Yaşar İlham oğlunun katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərinin müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Onunla heç bir düşəmənçiliyi, ədavəti olmayıb. 2022-ci ilin noyabr ayında Cavabdeh ona müraciət edərək pula ehtiyacının olduğunu, ona bporc pul verməsini xahiş etmişdir. Aygünü uzun müddətdir ki, tanıdğı üçün ona pul verə biləcəyini, lakin verdiyi pulu 1 ay müddətinə qaytarmsını xahiş etmişdir. Aygün onunla razılaşmış və aldğı borcu 1 ay müddətinə qaytaracağına söz vermişdir. Bundan sonra qızı Ayselin yanında Aygünə 13000 manat borc pul vermişdir. Həmin pulu verərəkən pulun ərinin və qızının ev almaq üçün yığdıqları pul olduğunu göstərmişdir. Cavabdeh götürdüyü pulu 1 ay müddətinə qaytarcağına söz versə də sonradan vədinə əməl etməyərək həmin pulu geri qaytarmamışdır. Bu günü sabaha sata-sata pulu geri qaytarmaqdan imtina etmişdir. Cavabdeh özünü sığortalamaq məqsədilə ondan və kürəkənindən polis şöbəsinə şikayət edərək guya onu şərlədiklərini bildirmişdir. Bundan sonra Kürdəmir RPŞ-də araşdırma aparılmış və aygün həqiqətətn onlardan 13000 manat pul aldığını etiraf etmişdir. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 13000 (on üç min) manat pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini istəyir. İddiaçının izahatının sonunda iddia tələblərinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələblərinin məzmununa uyğun izahat verərək iddia tələblərinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etməyərək izahatınbda göstərdi ki, Kürdəmir rayon Atakişili kəndində yaşamaqla tullantı dəmir qırıntılarının satışı ilə məşğul olur. 2022-ci ilin noyabr ayında pula ehtiyacı olduğu üçün əvvəllər tanıdığı İddiaçı müraciət edərək ondan faizə pul istəmişdir. Güllü onunla razılaşaraq ona 13000 manat borc pul vermişdir. Hər ay pulun üstəliyini artıqlamasıyla iddiaçıya qaytarmışdır. Lakin sonradan iddiaçı və onun kürəkəni onun hədələməyə başlamışlar. İddiaçı və onun qohumlarının hədələrindən qorxaraq polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılmış, bir daha izahatında iddiaçıya borcunun olmadığını bildirmişdir. İddiaçıya olan borcunu iddiaçının, özünün, kürəkəninin və qızının kartına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə atmışdır. Cavabdeh izahatının sonunda iddia tələblərinin əsassız olduğunu nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusuna əsasən alınmış araşdırma materiallarına əlavə edilmiş cavabdehin Kürdəmir RPŞ-yə ünvanladığı ərizəsində iddiaçıdan 13000 manat pul aldığını, həmin pulu qaytara bilmədiyi üçün İddiaçı və onun kürəkəni Kamal adlı şəxsin onu hədələdiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş xx.xx.2023-cü il tarixli 2802 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, Cavabdeh İddiaçı məxsus bank kartına ümumilikdə 200, 150, 100 manat olmaqla 450 manat pul köçürmüşdür. İddia tələbi hüquqi təbiətinə görə borc münasibətlərindən irəli gələn mübahisələrə aid edilir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, lakin onlar bunu sənədləşdirməmiş, yazılı borc müqaviləsi mövcud olmamışdır. Hər iki tərəf bu münasibətləri şifahi qaydada aralarında razılaşdırmışlar. İddiaçı tərəf cavabdehə borc verdiyini bildirir. Cavabdeh iddiaçının onun hədələdiyi üçün polisə müraciət etdiyini, onun şikayəti əsasında hər iki tərəfin izahatı alınmış, cavabdeh polisə verdiyi izahatında iddiaçıdan 13000 manat pul aldığını, borcun geri qaytardığını bildirmişdir. İddiaçı cavabdehin ona pul vermədiyini, cavabdeh isə aldığı pulu artıqlamasıyla qaytardığını, hazırda iddiaçıya borcu olmadığını bildirmiş, lakin bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmiş, yalnız müxtəlif vaxtlarda iddiaçının bank hesabına göndərdiyi ümümulikdə 450 manat qəbzi məhkəməyə təqdim etmişdir. İddiaçının vəsatəti əsasında iddiaçının müraciəti ilə bağlı toplanmış material məhkəmənin sorğusuna əsasən Kürdəmir RPŞ-dən tələb edilmiş və surətləri çıxarılaraq iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi cavabdehin iddiaçıdan 13000 manat borc alması hər iki tərəfin etirafı əsasında işin mübahisə edilməyən halı kimi qəbul edilsə də, iddiaçının cavabdeh tərəfindən onun pulunun tam geri qaytarılmadığını bildirir, cavabdeh isə məhkəməyə təqdim etdiyi qəbzlərdə ümumilikdə 450 manat pul qaytarıdlığı sübut olunur, qalan pulun qaytarılması hissəsində tərəflərin fikirləri üst-üstə düşmür və cavabdeh tərəfin dəlillərini təsdiq edən sübutu olmadığına görə iddiaçının dəlilləri daha inandırıcı görünür. Cavabdeh tərəfin aldığı pulu iddiaçının kart hesabına atması barədə dəlilləri qismən əsassız hesab edilir (450 manatdan başqa) ona görə ki, həmin halı təsdiq edən heç bir sübutunu nə Kürdəmir RPŞ-yə, nədə ki, məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Tərəflər arasında yazılı müqavilə olmasa da, onların arasında yaranmış mübahisə hüquqi təbiətinə görə borc münasibətlərindən irəli gələn mübahisələrə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 745. əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi pulu cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia tələbləri yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, Cavabdeh (13000-450)=12550 manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, cavabdeh iddiaçıya olan borcunu qaytarması barədə məhkəməyə əsaslı sübutlar təqdim edə bilmədi. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh 12550 (iki min beş yüz əlli) manat pul tutularaq İddiaçı verilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MÜSEYİB BAYRAMOV
Məhkəmə qərarları › İş №2(041)-868/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-868/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver