Məhkəmə qərarları › İş №2(041)-90/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-90/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-90/2023 07.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 noyabr 2021-ci il tarixli və 15 fevral 2022-ci il tarixli kredit müqavilələri üzrə ona borclu olduğu ümumilikdə 10700 manat pulun, tərəfindən kredit müqavilələrinin tərtib edilməsi üçün ödənilmiş ümumilikdə 207 manat pulun, iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı 122 manat pulun, hazırki iddia ilə bağlı hüquqi xidmət üçün Quba rayon Vəkil Bürosuna ödənilmiş 200 manat pulun, ümumilikdə 11229 manat pul məbləğinin alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabden Cavabdeh xx.xx.2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisində 3M-949 reystr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinə əsasən 5000 manat borc pul vermişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh 5000 manat məbləğində pulu 30 mart 2022-ci il tarixənə kimi hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Bundan əlavə təkrarən xx.xx.2022-ci il tarixdə Cavabdeh Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisində 3M-147 reystr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinə əsasən 5700 manat borc pul vermişdir. Həmin pulu cavabdeh tam şəkildə qayatmağı öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmiş, borclu olduğu pulu tezliklə qaytaracağına söz versə də bu vaxta kimi olan borcu geri qaytarmamışdır. Qeyd edilən məsələ bağlı cavabdehə məxsus ***-***-**-** nömrəli mobil telefon vasitəsilə onunla əlaqə saxlayaraq borcun ödənilməsini tələb etsə də hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh 5000 manat borc pul vermişdir. -xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh 5700 manat borc pul vermişdir. Hər iki müqavilənin 2-ci bəndində borc alan krediti xx.xx.2022-ci ilə kimi tam şəkildə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. -işdə olan xx.xx.2022-ci il tarixli BPM**********64 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı hüquq xidmətlərin göstərilməsinə görə Quba rayon vəkil burosunun hesabına 200 manat pul ödəmişdir. İddiaçının izahatından və işdə olan sənədlərdən məlum olur ki, tərəflər arasında borc müqaviləsi bağlanmış və borc alan, iş üzrə Cavabdeh hər iki müqavilə üzrə kreditini xx.xx.2022-ci ilə kimi tam şəkildə borc verənə, iş üzrə İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bundan 11 ay keçməsinə baxmayaraq, cavabdeh borcunu qaytarmadığı üçün iddiaçı hazırki iddia tələbləri ilə məhkəmədə iddia qaldırmışdır. İddia tələbi hüquqi təbiətinə görə borc münasibətlərindən irəli gələn mübahisələrə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 745. əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı 122 manat dövlət rüsumu və Quba rayon Vəkil Bürosuna 200 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu və vəkil bürosuna ödənilmiş xidmət haqqı cavabdehə aid edilməlidir. İddiaçı kredit müqavilələrinin tərtib edilməsi üçün ödənilmiş ümumilikdə 207 manat pulun əvəzini tələb etdiyi halda, bununla bağlı sübutnu ərizəyə əlavə etməmiş və eləcə də. Məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13 noyabr 2021ci il tarixli və 15 fevral 2022-ci il tarixli kredit müqavilələri üzrə 10700 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122 manat, hüquqi xidmət üçün Quba rayon Vəkil Bürosuna ödənilmiş 200 manat olmaqla, cəmi 11022 manat pul tutularaq İddiaçı ödənilməli, qalan hissədə ( kredit müqavilələrinin tərtib edilməsi üçün ödənilmiş 207 manat) iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13 noyabr 2021-ci il tarixli və 15 fevral 2022-ci il tarixli kredit müqavilələri üzrə 10700 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122 manat, hüquqi xidmət üçün Quba rayon Vəkil Bürosuna ödənilmiş 200 manat olmaqla, cəmi 11022 (on bir min iyirmi iki) manat pul tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar