Məhkəmə qərarları › İş №2(041)-904/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-904/2023

11.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-904/2023 11.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan və dövlət rüsumu tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri səbəbindən baş vermiş mülkiyyətində olan **-OB-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsinə səbəb olmuş yol-nqəqliyyat hadisəsində təqsiri sübut edilmiş cavabdehdən onun xeyrinə 3000 manat ziyanın və 50 manat dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun mülkiyyətində olan X4 115 markalı 90 -OB-920 dövlət nömrə niçanlı avtomobilinə 3000 manat maddi ziyan dəymişdir. Kürdəmir rayon DYP bölməsinin inspektoru X1 xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh AR İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh ona dəymiş ziyanı qəsdən ödəməkdən yayınır. Hazırda cavabdeh həmin məbləği ona ödəmək istəmir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehə dəymiş ziyana görə ona 1500 manat verməsini təklif etmiş, lakin cavabdh bununla razılaşmamışdır. Cavabdeh həmin pulu ona verəcəyi təqdirdə onunla razılaşacaqdır. Cavabdeh məhkəməyə verdiyi izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Ərəbxana kəndində yaşayır. Təsərrüfatında olan atları kəndin kənarındaki otlaq sahəsinə buraxmış, xx.xx.2023-cü il tarixdə gecə saatlarında atı maşın vurub öldürmüşdür. Sonradan onun barəsində AR İXM-nin 338.7-ci maddəsi ilə inzibati protokol təritb olunmuş və inzibati qaydada cərimə edilmişdir. İddiaçının iddia ərizəsində qeyd edilmiş maddi ziyanın məbləği şişirdilmiş halda göstərilmişdir. Ona göstərilən məbləğdə maddi ziyan dəyməmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. İşdə olan, Kürdəmir şəhər avtomobillərə texniki xidmət məntəqəsinin arayışından görünür ki, X4 115 markalı 90 -OB-920 dövlət nömrə avtomaşına 3046 manat maddi ziyan dəymişdir. İşdə olan, xx.xx.2023-ci il tarixli İXP ******* nömrəli protokolun surətindən görünür ki, Cavabdeh barəsində AR İXM-nin 338.7-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . Belə ki, iş materiallarından görünür ki, iddiaçıya məxsus X4 115 markalı 90 -OB-920 dövlət nömrə nişanlı avtomaşın xx.xx.2023-ci il tarixdə Kürdəmir-Zərdab yolunun Kürdəmir rayonu Ərəbxana kəndi ərazisindən keçən hissəsində bir rəst atı vurmuş, hadisə nəticəsində xəsarət alan olmamış, avtomaşına maddi ziyan dəymişdir. Hazırki iddiasında iddiaçı cavabdehdən avtomaşına dəymiş maddi ziyanın 3000 manat olduğunu bildirir və iddiasının əsası kimi Kürdəmir şəhər avtomobillərə texniki xidmət məntəqəsinin arayışını sübut kimi məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobil əzilməklə, cavabdehə məxsus atı maşın vurub öldürməklə hər iki tərəfə ziyan dəymiş, yol hadisəsinə səbəb isə cavabdehin heyvanları nəzarətsiz qoyması olmuşdur. İddiaçı məhkəməyə verdiyi izahatında tələb etdiyi məbləğin yarısını, yəni 1500 manat nəğd ödəyəcəyi təqdirdə cavabdehlə razılığa gələ biləcəyini qeyd etmiş, lakin cavabdeh həmin məbləğlə də razılaşmamışdır. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin 1500 manat həcmində təmini edilməsi hər iki tərəfin mənafeyinə uyğundur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, habelə iddiaçının məhkəməyə verdiyi izahatında cavabdehin ona 1500 manat verəcəyi təqdirdə onunla razılaşacağı barədə fikirlərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1500 manat maddi ziyan tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 50 manat dövlət rüsumunun 25 manatı iddiaçıya aid edilməli, 25 manatı isə cavabdehdən tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar