Məhkəmə qərarları › İş №2(041)-910/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-910/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-910/2023 12.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, tərəflərin iştirakı olmadan, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin binasında araşdıraraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC-nin direktoru M.M.Musayev kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 656 manat məbləğində əsas borc, 62 manat faiz, 35 manat məbləğində cərimə, 30 manat dövlət rüsumu olmaqla, cəmi 783 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. Belə ki, işdə olan sənədlərdən məlum olur ki, tərəflər arasında mübahisə alqı-satqı müqaviləsinə əsasən yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli R0044333 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsinin 8.3-cü bəndində tərəflər razılaşmışlar ki, bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilə bilər. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, tərəflərin məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçının Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixlı xəbərdarlıq məktubunda öhdəliklərin icrası ilə əlaqədar borcunun 5 iş günü ərzində ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin məktubun cavabdehə çatdırılması barədə heç bir sübut ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 135-ci maddəsinə əsasən sənədlərin ünvan sahibinə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Sənədlər qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə ünvan sahibinə şəxsən verilir. Ünvan sahibi yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Sənədi qəbul etmiş şəxsin imzaladığı qəbz, sənədin kötüyü, habelə poçt rabitə orqanının qeydi ilə qaytarılan xəbərnaməli məktub həmin sənədin ünvan sahibinə çatdırılmasını təsdiq edən sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar