Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-92/2024 06.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Allahverdi oğluna qarşı dəymiş maddi ziyana görə pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Allahverdi oğlundan maddi ziyana görə 5229.09 manat pulun və ödədiyi 73 manat dövlət rüsumu olmaqla ümumilikdə 5302.09 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Cavabdeh2 Allavhverən oğlunun vəsatətinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-1638/2023 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla qərardadın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 9/2058 nömrəli ekspert rəyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/2058/2024 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Mercedes Benz yük markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur. O, göstərilən avtomaşınla Şəmkir rayonunundan Bakı şəhərinə kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olaraq ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat 11-20 radələrində Bakı Qazax Gürcüstan sərhəddi avtomobil yolunun Kürdəmir rayonu Karrar kəndi ərazisindən keçən 183-km-də Qazax istiqamətində yolda Cavabdeh1 idarə etdiyi VAZ 21063 markalı ** FN *** dövlət qeydiyyat nişanlı avtomobillə, cavavbdeh Cavabdeh2 Allahverdi oğlunun idarə etdiyi Volksvagen Passat markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bu toqquşmadavn sonra Volksvagen Passat markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobil idavrə etməni itirərək əks istiqamətli hərəkət hissəsinə keçərək düzünə Bakı istiqamətində hərəkətdə olan X1 idarə etdiyi Mercedes Benz yük markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sol yan hissəsinə çırpılmışdır. Bununla bağlı araşdırma aparılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Allahverdi oğlu barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülmüşdür. Yol nəqliyyatı hadisəsi zamanı mülkiyyətində olan Mercedes Benz yük markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşına 11380 manat zərər vurulmuşdur. Ona vurulmuş 11380 manat zərərin bir hissəsini yəni 2307,48 manat Azərbaycan Sənaye Sığorta ASC-i ödədiyi 3843,43 manat zərəri Bakı Sığorta ASC-titərəfindən ödənildi. Cavabdehlər tərəfindən 5229,09 qəpik borc ödənilmədi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Allahverdi oğlu ona vurduqları 5229,09 manat zərəri ödəməkdən imtina edirlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Allahverdi oğlundan maddi ziyana görə 5229,09 manat pulun və ödədiyi 73 manat dövlət rüsumu olmaqla ümumilikdə 5302,09 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, o, xx.xx.2023cü il tarixdə saat 11.20 radələrində özünə məxsus Vaz-21063 markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Karrar kəndi ərazisində Bakı-Qazax yoluna çıxıb Qazax istiqamətində yolun sağ tərəfində dayanmışdır. Yolun əks istiqamətinə keçmək üçün yola doğru sola dönüb hərəkətə başlamışdır. Həmin vaxt arxadan gələn sonradan adını bildiyi sürücü Cavabdeh2 idarə etdiyi Volksvagen Passat markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobillə onun idarə etdiyi avtomobilin arxa sol yan hissəsinə vurmuşdur. Nəticədə o, özü və onun idarə etdiyi avtomobildə olan sərnişin xəsarət almışlar. Baş bermiş yol-nəqliyyat hpadisəsində onun heç bir günahı olmamışdır. Ona görə də iddia tələğbinin ona aid hissə\də təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh2 Allahverdi oğluna lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-Nəqliyyat Hadisələrinə dair İşlər üzrə İstintaq və təhqiqat şöbəsinin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Cavabdeh2 zərərçəkmiş şəxslə barışdığından yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 xəsarət alması faktına görə toplanmış HK-İ, 537 nömrəli araşdırma materialı üzrə cinayət təqibinin başlanması rədd edilmiş, sürücülər Cavabdeh2 və Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti alayının 7-ci tağımına göndərilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Avtoservis müəssisəsinin xx.xx.2023-cü il tarixli 1011 nömrəli rəyindən görünür ki, Mersedes BENZ markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 11380 manat zərər dəyməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Sənaye Sığorta ASC-nin İ-734/23 nömrəli Sığorta ödənişi aktının surətindən görünür ki, Mersedes BENZ markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyn zərərə görə Azərbaycan Sənaye Sığorta ASC tərəfindən İddiaçı 2307,48 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, AZ0017976 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Mersedes BENZ markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyn zərərə görə Bakı Sığorta ASC tərəfindən İddiaçı 3843,43 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2024 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Gəncə avtomotoservis və ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı, Mersedes BENZ markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8480,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti – 5180,00 manat, təmir-bərpa işlərinin qiyməti – 3300,00 manat; Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı, Mersedes BENZ markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7527,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti – 4427,00 manat, təmir-bərpa işlərinin qiyməti – 3100,00 manat müəyyən edilmişdir. Məhkəmə İddiaçı və Cavabdeh1 izahatlarını dinləyib, həmçinin iş materiallarına əlavıə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus Mercedes Benz yük markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Şəmkir rayonundan Bakı şəhərinə kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olur. O, xx.xx.2023-cü il tarixdə saat 11-20 radələrində Bakı Qazax Gürcüstan sərhəddi avtomobil yolunun Kürdəmir rayonu Karrar kəndi ərazisindən keçən 183-km-də Qazax istiqamətində yolda Cavabdeh1 idarə etdiyi VAZ 21063 markalı ** FN *** dövlət qeydiyyat nişanlı avtomobillə, cavavbdeh Cavabdeh2 Allahverdi oğlunun idarə etdiyi Volksvagen Passat markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bu toqquşmadan sonra Volksvagen Passat markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməni itirərək əks istiqamətli hərəkət hissəsinə keçərək düzünə Bakı istiqamətində hərəkətdə olan X1 idarə etdiyi Mercedes Benz yük markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sol yan hissəsinə çırpılmışdır. Bununla bağlı araşdırma aparılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Allahverdi oğlu barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülmüşdür. Yol nəqliyyatı hadisəsi zamanı mülkiyyətində olan Mercedes Benz yük markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşına 11380 manat zərər vurulmuşdur. Ona vurulmuş 11380 manat zərərin bir hissəsini yəni 2307,48 manat Azərbaycan Sənaye Sığorta ASC tərəfindən 3843,43 manatı isə Bakı Sığorta ASC tərəfindən ona ödənilmişdir. Cavabdehlər tərəfindən 5229,09 manat isə cavabdehlər tərəfindən ona ödənilməli olduğau halda ödənilməmişdir. Hazırda isə cavabdehlər həmin məbləği ona ödəməkdən imtina edirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı, Mersedes BENZ markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8480,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti – 5180,00 manat, təmir-bərpa işlərinin qiyməti – 3300,00 manat; Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı, Mersedes BENZ markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 7527,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti – 4427,00 manat, təmir-bərpa işlərinin qiyməti – 3100,00 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə cavabdehlər Cavabdeh1 Höökməli oğlu və Cavabdeh2 hazırda İddiaçı 1999-cu il buraxılışlı, Mersedes BENZ markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinə görə borcdan xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 8480,00 manat olmaqla, "xxxx" ASC tərəfindən 2307,48 manat sığorta ödənişi və Bakı Sığorta ASC tərəfindən 3843,43 manat sığorta ödənişin iddiaçıya ödənilən məbləğ nəzərə alınmaqla cavabdehlərin İddiaçı 2329,09 manat borclarının olması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı onun idarə etdiyi avtomobilinə dəyən maddi ziyana görə heç bir ödəniş edilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habel hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s. ) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsiniidarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzini ödəmək tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzininaturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurduqları ziyana görə müştərək qaydada 2329,09 manat pul və AR MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi 73 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə münasib olaraq 43 manat olmaqla bütövlükdə 2372,09 manat pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurduqları ziyana görə müştərək qaydada 2329,09 manat pul və iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 43 manat olmaqla, bütövlükdə 2372,09 manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qallan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP(XİİS) HESABİ, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-92/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-92/2024
06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver