Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-950/2023 13.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona borclu qaldığı 874.70 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək izahatında göstərdi ki, cavabdeh 2014-cü ildə ona müraciət edərək kredit götürmək istədiyini və ona zamin durmasını xahiş etmişdir. Cavabdeh "xxxx" QSC-dən kredit götürmüş və cavabdehə zamin durmuşdur. Cavabdeh kredit müqaviləsi üzə borcunu ödəmədiyinə görə bank borcun tutulması barədə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2016-ci il tarixli 2(041)- 1602/2016 saylı məhkəmə əmrinə əsasən Cavabdeh və ondan 3920.14 ABŞ dolları və 20 manat dövlət rüsumu tutulub bankın hesabına ödənilməsi qət olunmuşdur. Bundan sonra icra işi icra olunması üçün Kürdəmir rayon icra vəprobasiya şöbəsinə göndərilmiş və həmin pul onun əmək haqqında tutulmağa başlamışdır. Bundan sonra cavabdehdən tutulan pulu tələb etmuiş, lakin cavabdeh müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etdiyini, cavabdehə həqiqətən 874.70 manat borcunun olduğunu bildirdi və bununla bağlı ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan, Kürdəmir rayon icra və probasiya şöbəsinin Kürdəmir rayon Gigiyena və epidomoliga mərkəzinə ünvanladığı xx.xx.2016-ci il tarixli məktubunda İddiaçı əmək haqqından 50% tutulmalar aparılması üçün Kürdəmir rayon məhkəməsinin 2(041)- 1602/2016 saylı xx.xx.2016-ci il tarixli icra sənədi icra olunması üçün onlara göndərilmişdir. İşdə olan Kürdəmir rayon Gigiyena və epidomoliga mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 874.70 manat pul vəsaiti İddiaçı əmək haqqından tutularaq tələbkar "xxxx" QSC-nin hesabına ödənilmişdir. Belə ki, cavabdehin məhkəməyə verdiyi izahatında və təqdim etdiyi ərizəsində iddiaçıya 874.70 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 874.70 manat pul alınaraq İddiaçı ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 874.70 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-950/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-950/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver