Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-98/2023 07.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun və Kürdəmir rayon İcra şöbəsinin əməkdaşı Məhərrəm müəllim vastəsilə ödənilmiş 1000 manat pulunun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdeh X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh kimi ondan 3000 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumunun ondan alınaraq Zamiq Haciyevə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Kürdəmir rayon məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli 2(041)- 20/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bundan sonra qətnamə icra olunması üçün Kürdəmir rayon icra şöbəsinə göndərilmişdir. İcra şöbəsi vasitəsilə Zamiq Haciyevə ümumilikdə 1000 manat pul ödəmişdir. Lakin sonradan apellyasiya şikayəti vermək hüququ olduğunu biləndən sonra hüququnun bərpası üçün Kürdəmir rayon məhkəməsinin qətnaməsiundən apellyasiya şikayəti vermişdir. Şirvan apellyasiya məhkəməsi işin hallarını, obyektiv, hərtərəfli, qanuni araşdıraraq Kürdəmir rayon məhkəməsinin qətnaməsini ləğv edib onun borcunun olmaması barədə qətnamə qəbul etmişdir. Ona görə də hesab edir ki, onun icra şöbəsi vasitəsilə Zamiq Haciyevə ödədiyi 1000 manat pul geri qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(041)-14/2020 saylı qətnaməməsinin surətindən görünür ki, cavabdeh X1 ödəniləcək genə manatla məzənnədə 3000 ABŞ dolları məbləğində pul və dövlət rüsumuna görə 30 manat tutularaq X3 ödənilməsi qət olunub. Şirvan apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-14742/2022 saylı qətnaməsinin surətindən görünür ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(041)-14/20220 saylı qətnaməsi ləğv edilmişdir. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir . Belə ki, iş materiallarından görünür ki, cavabdeh X1 ödəniləcək genə manatla məzənnədə 3000 ABŞ dolları məbləğində pul və dövlət rüsumuna görə 30 manat tutularaq X3 ödənilməsi qət olunub. Şirvan apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)- 14742/2022 saylı qətnaməsinin surətindən görünür ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(041)-14/20220 saylı qətnaməsi ləğv edilmişdir. İddiaçı bu müddət ərzində ümumilikdə cavabdehə 1000 manat pul ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən nəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməli, Cavabdeh 1000 (bir min) manat pul tutularaq İddiaçı ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən X.X.İmanov
Məhkəmə qərarları › İş №2(041)-98/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-98/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver