Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1005/2021 01.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Novosaratovka bələdiyyəsinin sədri, Cavabdeh 3200 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 3230 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, cavabdeh Əliyeva X1 bələdiyyəsinin sədri vəzifəsində işləyir. O, Novosaratovka kənd sakinidir. Kənd təsərrüfatı ilə məşğul olur. O, Novosaratovka bələdiyyəsinin sədri Cavabdeh müraciət edərək ona bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən icarə torpaq sahəsi verilməsini xahiş etmişdir. Cavabdeh ona icarəyə torpaq sahəsi verəcəyini bildirmişdir. Bu məqsədlə ondan ayrı-ayrı vaxtlarda cəmi 3200 manat pul almışdır. Həmin pulları bir hissəsini (2200 manatını) rəsmi qaydada Novosaratovka bələdiyyəsinin hesabına köçürmüş, qalan 1000 manat pulu isə bilavasitə Cavabdeh özünə vermişdir. Nəhayət 25.12.2018-ci ildə Novosaratovka Bələdiyyəsi ilə (bələdiyyə adından Cavabdeh ilə) onun arasında torpaq icarəsi müqaviləsi bağlanmışdır. Notariusda bağlanmış 25.12.2018-ci il tarixli, 3M-155 saylı icarə müqaviləsinə əsasən Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, Novosaratovka bələdiyyəsinin mülkiyyətində olan 3 ha kənd təsərrüfatı təyinatlı (əkin) kateqoriyalı torpaq sahəsi 49 illik müddətə (25.12.2067-ci ilədək) ona icarəyə verilmişdir. Həmin icarə müqaviləsinə əsasən icarə haqqı illik 152 manat məbləğində müəyyən edilmişdir. Həmin icarə müqaviləsi əsasında torpaq sahəsinə onun icarə hüquqlarını təsdiq edən RX seriyalı ******* nömrəli çıxarış və A№ 332104 seriyalı “torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Bundan sonra Cavabdeh ondan yenə də pul istəmiş, o, isə ona əlavə pulunun olmadığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh icarə müqaviləsində nəzərdə tutulmuş illik icarə haqqından dəfələrlə çox ondan pul almışdır. Eyni zamanda 2018-2021ci illər üçün müqaviləyə əsasən onun ödəməli olduğu icarə haqqı illik 152 manatdan hesablanmaqla 608 manat edir ki, o həmin ödənişlərdən hər il 152 manat olmaqla əlavə olaraq ödəmişdir. Ödəniş qəbzlərini ərizəsinə əlavə etmişdir. Buna baxmayaraq Cavabdeh həmin torpaq sahəsinə görə icarə haqqı adı ilə bu günədək ondan 3200 manat pul almışdır. Bununla da cavabdeh 3200 manat məbləğində əsassız olaraq varlanmışdır. Odur ki, o, həmin pulu cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ona qarşı iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, Novosaratovka kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. Cavadov X2 bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsini 2009-cu ildən 2018-ci ilədək qanunsuz zəbt edərək istifadə etmişdir. Həmin illər ərzində İddiaçı bələdiyyənin hesabına pul ödənilməsi ilə bağlı hər hansı rəsmi bildiriş və xəbərdarlıq göndərilməmiş, eləcə də şifahi olaraq ondan pul tələb edilməmişdir. Eyni zamanda İddiaçı bələdiyyə mülkiyyətində olan torpaq sahəsini qanunsuz istifadə etməsi barədə Gədəbəy rayon prokurorluğuna müraciət edilmiş, müraciət əsasında onun barəsində cinayət işi açılmışdır. İddiaçı iddia edir ki, o, Novosaratovka bələdiyyəsinə ödəniş etməli olmadığı halda ödənişlər etmişdir. Lakin İddiaçı torpaq sahəsindən qanunsuz, yəni müqavilə olmadan istifadə etdiyi vaxtlarda hər hansı ödəniş etmişdirsə belə, həmin ödənişlər 2018-ci ildən əvvəl olmuşdur. Çünki 25.12.2018-ci il tarixli, 3M-155 saylı icarə müqaviləsinə əsasən Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, Novosaratovka bələdiyyəsinin mülkiyyətində olan 3 ha kənd təsərrüfatı təyinatlı (əkin) kateqoriyalı torpaq sahəsi 49 illik müddətə (25.12.2067-ci ilədək) İddiaçı icarəyə verilmişdir. Belə olan halda İddiaçı pul tələb etmək üçün qanunula nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür. Odur ki, İddiaçı ona qarşı 3200 manat pul tələbinə dair iddiasının iddia müddəti keçdiyinə görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. O, bu barədə məhkəməyə ərizə də təqdim etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavadov X3 rayonu, Novosaratovka kəndində qeydiyyatdadır. İşdə olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gədəbəy rayon Novosaratovka Bələdiyyəsi tərəfindən İddiaçı Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində 3 ha torpaq sahəsi 49 il müddətinə icarəyə verilmişdir. İşdə olan qəbzlərdən görünür ki, 2016-2017-ci il illər aralığında müxtəlif vaxtlarda İddiaçı tərəfindən Gədəbəy rayon Novosaratovka Bələdiyyəsinin hesabına ümumilikdə 1900 manat məbləğində pul köçürülmüşdür. İşdə olan Gədəbəy rayon prokurorluğunun 09 avqust 2016-cı il tarixli ittiham ilə daxil olmuş cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Gədəbəy rayonunun Novosaratovka kənd sakini İddiaçı Novo-Saratovka Bələdiyyəsinə məxsus torpaq sahəsini qanunsuz əkib-becərməsi barədə Gədəbəy rayon polis şöbəsinin Novo-Saratovka polis bölməsindən daxil olmuş məlumat əsasında tərəfimdən toplanmış materiallar üzrə cinayət işi başlanmış və İddiaçı Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti in cumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı cavabdehin ondan 3200 manat pulu alaraq əsassız olaraq varlandığını və həmin pulun qaytarılmadığını sübuta yetirməlidir. Məhkəmə iclasında iş materiallarında olan sübutlarla müəyyən edildi ki, cavabdeh Əliyeva X1 bələdiyyəsinin sədri vəzifəsində işləyir. İddiaçı isə kənd təsərrüfatı ilə məşğul olur. İddiaçı cavabdehdən bələdiyyət mülkiyyətində olan torpaq sahəsindən ona icarəyə torpaq sahəsi verilməsini bildirmiş, lakin iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi bağlanmamışdır. İddiaçı isə icarə müqaviləsi olmamasına baxmayaraq müxtəlif vaxtlarda cavabdehə ümumilikdə 3200 manat məbləğində icarə haqqı ödədiyini iddia etmişdir. Lakin, işdə olan qəbzlərlə müəyyən edildi ki, 2016-2017-ci illər aralığında müxtəlif vaxtlarda İddiaçı tərəfindən Gədəbəy rayon Novosaratovka Bələdiyyəsinin hesabına ümumilikdə 1900 manat məbləğində pul köçürülmüşdür. İddiaçı qalan məbləğin cavabdehin hesabına ödənilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədi. Həmçinin cavabdeh 2018-ci il tarixədək Novosaratovka bələdiyyəsinin hesabına icarə müqaviləsi olmadan icarə haqqı olaraq pul köçürməsini təkzib etməmişdir. Göründüyü kimi, iddiaçının cavabdehin hesabına 1900 manat məbləğində pul vəsaitini 2016-2017-ci illərdə müxtəlif vaxtlarda ödəməsi öz təsdiqini tapır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh məhkəməyə yazılı ərizə verərək iddiaçının ondan pul tələb etməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddəti ötmüşdür. Ona görə də cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia müddətinin keçməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası MM-in 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İşdə olan qəbzlərdən görünür ki, 2016-2017-ci illər aralığında müxtəlif vaxtlarda İddiaçı tərəfindən Gədəbəy rayon Novosaratovka Bələdiyyəsinin hesabına ümumilikdə 1900 manat məbləğində pul köçürülmüşdür. Yəni iddiaçının həmin pulu tələb etmək hüququ ən geci 2017-ci ildə yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırkı pul tələbi icarə müqavilə olmadan son ödəmələri 2017ci ildə olduğundan, iddiaçı 2017-ci ildən etibarən 3 il müddətində cavabdehə qarşı iddia qaldıra bilərdi. Lakin işin mübahisələndirilməyən halları ilə müəyyən olunur ki, İddiaçı cavabdehə qarşı iddianı 13.09.2021-ci il tarixdə qaldırmışdır. Göründüyü kimi, iddiaçı müqavilə tələbləri üzrə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası MM-in 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh pul tələb etməsinə dair qanunla nəzərdə tutulmuş iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1005/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1005/2021
01.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver