Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1012/2021 24.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı su xəttinin bərpa edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı içməli su xəttinin bərpa edilməsivə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 suya edilən maneələrə qadağa qoyulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı5 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonunun, Çanaqçı kəndinin 15 nəfər kənd sakinlərinin həyətinə Çanaqçı kəndi ərazisində yerləşən “Qoz dərəli” adlanan sahədə “Məcdin bulağı” adlanan bulaqdan 1964-cü il tarixdə kapron boru ilə həyətlərinə su xətti çəkmişlər. Kəndin 20-ə yaxın ailəsi həmin sudan 1964-cü il tarixdən hazırki tarixədək istifadə edirlər. Həmin bulağın şimal hissəsindən çıxan digər bulağı isə onların razılığı əsasında 30 il bundan öncə cavabdehlərin atası Əşrəf Tanırverdiyev öz vəsaiti hesabına həyətinə çəkib gətirmişdir. Son dövrlərə qədər cavabdehlərlə onlar arasında su mübahisəsi olmamışdır. Onların bulaqlarının mənbəyindən su sızıb axdığı üçün axan su xəttinin qarşısını almaq məqsədi ilə beton tökmək istəmişlər. Lakin cavabdehlər onların su xəttinin bərpasına maneçiliklər törətmişlər. Cavabdehlər onların evlərə gələn su borusunu kəsərək öz su xətlərinə birləşdirmişlər. Onlar su xəttinin bərpası üçün cavabdehlərə müraciət etsələr də cavabdehlər buna etiraz etmişlər. Onlar Gədəbəy Rayon Nərimankənd Bələdiyyəsinə müraciət etmiş, müraciət əsasında Bələdiyyə sədri Ədalət İsmayılov mübahisəli su mənbəyinə baxış keçirmiş, məlum olmuşdur ki, cavabdehlər tərəfindən suyun sızıb kənara axan hissəsinin qarşısının almaq məqsədi ilə beton tökmələrinə imkan vermir. Ona görə də, məhkəməyə müraciət etmişlər və iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 məhkəmə iclasında İddiaçı5 ilə eyniməzmunlu izahatlar vermiş, iddia tələblərinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, onun atası X2 1988-ci il tarixdə “Qozdərəli” adlanan ərazidən öz vəsaiti hesabına həyətinə su çəkdirmişdir. Hazırda ailəsi ilə birlikdə həmin sudan istifadə edir. 14 avqust 2021-ci il tarixdə İddiaçı5 və İddiaçı1 onların istifadəsində olan suyun mənbəyinə beton tökərək, yeni su mənbəyi düzəltmiş və boru vasitəsilə öz mənbəyinə birləşdirmişdir. Bu zaman onlar iki gün susuz qalmışdır. Bundan sonra o, Gədəbəy Rayon Polis Şöbəsinə müraciət etmiş, polis əməkdaşları, Gədəbəy Rayon Nərimankənd Bələdiyyəsi və digər vəzifəli şəxslər mübahisəli əraziyə baxış keçirmişlər. Mübahisəli əraziyə baxış keçirildirkdən sonra onun su xətti bərpa edilmişdir. Hazırda iddiaçıların iddia ərizəsində göstərdikləri su mənbəyindən həmişə o, istifadə etmişdir. İddiaçıların istifadə etdikləri suyun miqdarı iqlim dəyişiklikləri səbəbindən azaldığı üçün onun istifadə etdiyi suyu da öz mənbələrinə birləşdirmək istəyirlər. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Nərimankənd Bələdiyyəsi tərəfindən verilmiş məktubdan görünür ki, Gədəbəy rayonu Nərimankənd Bələdiyyəsi bildirir ki, Çanaqçı kənd sakini Hacıyeva X1 bələdiyyəsinə müraciət edərək bildirmişdir ki, uzun illər onun və bir qrup Çanaqçı kənd sakinlərinin istifadəsində olan içməli su mənbəyi dağılmışdır. Həmin su mənbəyinin yenidən bərpa olunmasında köməklik etməsinii istəmişdir. Həmin su mənbəyinə baxış keçirilən zaman həqiqətən suyun bir hissəsinin əsas mənbədən azaraq kənara axmasının müşahidə etmişdir. Suyun mənbəyinin yenidən təmir və bərpa olunmasına öz razılığını bildirmişdir. Lakin digər Çanaqçı kənd sakinləri Cavabdeh2 və onun bacısı Cavabdeh1 su mənbəyinin bərpa olunmasına imkan verməyəcəklərini, heç bir dəlil və sübut göstərmədən mənbənin onlara məxsus olduğunu bildirmişlər. İş üzrə yerində müayinə keçirilmiş, tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddia tələbi ilə əlaqədar Gədəbəy rayonu, Çanaqçı kəndi ərazisində “Qozdərəli” adlandırılan sahədən həm iddiaçılar, həm də cavabdehlərin istifadə etdikləri mənbələr var. İddiaçıların iddia etdikləri su mənbəyinə gələn plastik boru açılmışdır. Həmin mənbələrdən həm iddiaçıların, həm də cavabdehlərin həyətində gedən borularda suyun olması müəyyən edildi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Məcəllənin 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10cu maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar, habelə yaşayış məntəqələri daxilində ümumi istifadədə olan içməli məqsədlər üçün istifadə olunan bulaqlar, quyular, kəhrizlər istisna olunmaqla bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə olunur. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə qaydaları və şərtləri Azərbaycan Respublikasının su qanunvericiliyi və digər müvafiq qanunvericilik aktları, bələdiyyə aktları ilə müəyyən edilir. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadənin əsas məqsədi aşağıdakılardır; bələdiyyə ərazisindəki su ehtiyatlarından səmərəli istifadənin təmin olunması; suyun dəqiq uçotunun aparılması; su təchizatına yönəldilmiş xərclərin ödənilməsi; suvarma və su kəmərləri sistemlərinin yeni avadanlıqlarla təchiz olunmasının yaxşılaşdırılması; yeni su mənbələrinin yaradılması. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan istifadə haqqı və onun diferensiallaşdırılması suyun keyfiyyətindən, istifadəyə görə təyinatından (içməli, texniki, suvarma və s.), su ehtiyatlarının və ona tələbatın fəsillər üzrə dəyişkənliyindən, su təsərrüfatı obyektinin texniki səviyyəsindən, suyun götürülmə və nəql edilmə üsullarından və istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq bələdiyyələr tərəfindən müəyyən edilir. Beləliklə, mübahisə üzrə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Çanaqçı kəndi ərazisində “Qozdərəli” adlandırılan sahədə həm iddiaçılar, həm də cavabdehlərin istifadə etdikləri mənbələr var. İddiaçıların iddia etdikləri su mənbəyinə gələn plastik boru açılmışdır. Həmin mənbələrdən həm iddiaçıların, həm də cavabdehlərin həyətində gedən borularda su var və həmin su tərəflərin həyətinə axır. Yəni, həm iddiaçılar, həm də cavabdehlər 2021-ci ilin avqust ayınadək mübahisəsiz olaraq, yalnız öz istifadələrində olan su mənbələrindən istifadə etmişlər. Sübutetmə yükü üzərlərinə düşməsinə baxmayaraq, iddiaçılar tərəfindən cavabdehlərin əvvəllər mövcud olmuş vəziyyəti dəyişdirmələri, yəni, əvvəllər iddiaçıların istifadəsində olmuş su mənbəyinə müdaxilə etmələri halı sübut edilməmişdir. Ona görə də iddia tələbləri təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1012/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1012/2021
24.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver