Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1013/2021 19.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 950 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 980 məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, ailə üzvlərində birlikdə Gədəbəy rayonu, Parakənd kəndində yaşayır. Çobanlıq edib ailəsini dolandırır. Həmkəndlisi Cavabdeh mal-qara saxlayır. O, 2020-ci ilin oktyabr ayının 25-də Cavabdeh heyvanlarını otarmaq üçün “Ceyrançöl” qışlağına çoban getmişdir. O, “Ceyrançöl” qışlağında heyvanları otarması üçün cavabdehlə aylıq 150 manata razılaşmışdır. 2021-ci ilin may ayının 24-də “Ceyrançöl” qışlağından heyvanları yaylağa gətirmişlər. Cavabdeh onun “Ceyrançöl” qışlağında heyvanları otarması müqabilində bütün pulunu ödəmişdir. Bundan sonra, o, 2021-ci ilin iyun ayının 1-dən yaylağa gedərək Cavabdeh heyvanlarını otarmışdır. Bu zaman isə yaylaqda heyvanları otarması üçün aylıq 300 manat olmaqla razılaşmışlar. 2021-ci ilin avqust ayının 4-dək cavabdehin heyvanlarını otarmışdır. İyul ayının 28-i ayağına qaynar su tökülərək yanmışdır. Bu səbəbdən çobanlıq edə bilməmişdir. Eləcə də, onun oğlunun X5 onun göstərişi ilə cavabdehin 50-60 baş iribuynuzlu heyvanlarını Parakənd kəndində 2021-ci ilin may ayının 24-dən iyun ayının 1dək otarmışdır. Və bunun qarşılığında cavabdeh ona 150 manat pul verməlidir. Bundan başqa, o, həyat yoldaşı X2 və uşaqları ilə birlikdə 2021-ci ilin yaz və yay mövsümündə cavabdehin əkin-səpin işlərini görmüşlər və cavabdeh buna görə ayrıca ona 200 manat pul verməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh heyvanlarına çobanlıq etdiyinə görə onun cəmi 600 manat məbləğində iki aylıq pulunu (2021-ci ilin iyun və iyul aylarının muzdunu), oğlu Elvinin mal-qara otardığına görə verməli olduğu 150 manat pulu və cavabdehin əkin-səpin işlərini gördüyünə görə verməli olduğu 200 manat pulu, ümumilikdə 950 manat məbləğində pulunu verməkdən boyun qaçırır. O, dəfələrlə cavabdehə onun pulunu verməsini bildirsə də, o, hər dəfə onu söyüb təhqir edir, ona pul verməyəcəyini bildirir. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh pulunu tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və bildirdi ki, o, Gədəbəy rayonu, Parakənd kəndində yaşayır. O, mal-qara saxlamaqla məşğul olur. İddiaçı onun həmkəndlisidir. 2020-ci ilin oktyabr ayında iddiaçı ilə onun evində xırdabuynuzlu heyvanlarını “Ceyrançöl” adlanan qışlaqda otarması il bağlı danışqılar aparmışlar, hər ay 150 manat əmək haqqı olmaqla razılığa gəlmişlər. İddiaçı 2020-ci ilin oktyabr ayının 25-dən 2021-ci ilin may ayının 25-dək onun heyvanlarını “Ceyrançöl” adlanan qışlaqda otarmışdır. İddiaçıya heyvanların otarılmasına görə ümumilikdə 1350 manat məbləğində əmək haqqı ödəmişdir. Sonra iddiaçı ilə 01 iyun 2021-ci il tarixdə yenidən danışıqlar aparmış, 2021-ci ilin oktyabr ayınadək xırdabuynuzlu heyvanların yay otlaq sahəsində otarılması barədə hər ay 150 manat əmək haqqı ödəməklə razılaşmışlar. Bundan sonra iddiaçı heyvanları avqust ayının 4-də ayağının yanmasını bəhanə edərək, onun heyvanlarını otarmamış və heyvanların otarılması üçün başqa çoban tutumuşdur. O, iddiaçıya heyvanların otardığı ayların əmək haqqını ödəmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, iddiaçının qayınatasıdır. Qızı ona cavabdehin iddiaçını günü 5 manata “Ceyrançöl” qışlağına çoban aparmaq istədiyini bildirmişdir. İddiaçını başqa şəxs aylıq 300 manata çoban aparmaq istədiyini bildirmiş, bundan sonra cavabdeh iddiaçıya hər ay 300 manat verəcəyini bildirmiş, onun heyvanlarına çobanlıq etməsini istəmişdir. İddiaçı cavabdehlə razılaşmışdır. İddiaçı ilə cavabdeh arasında bu barədə telefon danışıqları olan zaman, o, iddiaçının yanında olmuş və danışıqlarını eşitmişdir. Eləcə də, qızı və onun uşaqları cavabdehə əkin-səpin işləri görmüşdür. X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, iddiaçının qayınanasıdır. Cavabdeh iddiaçının çoban aparmış, lakin onu aldadaraq pulunun bir hissəsini verməmişdir. İddiaçı ilə cavabdeh arasında olan danışıqlarda iştirak etməmişdir. Məhkəmə işdə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Parakənd kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, iddiaçı cavabdehin ona 950 manat pul borclu olduğunu və həmin pulu qaytarmaq öhdəliyi daşıdığını sübut etməlidir. Üzərinə sübutetmə yükü düşən iddiaçı cavabdehdən aldığı sonuncuya məxsus heyvanları otarmasına görə 600 manat pulu ondan tələb etməkdə haqlı olduğunu sübut etdi. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh 2020-ci ilin oktyabr ayında cavabdehə məxsus xırdabuynuzlu heyvanların Tovuz rayonu, Ceyrançöl adlanan qışlaq otlaq sahəsində otarılması ilə əlaqədar danışıqlar aparmış, nəticədə cavabdeh tərəfindən verilmiş aylıq muzd 150 manat olmaqla heyvanların otarılması barədə təklif iddiaçı tərəfindən qəbul edilmişdir. İddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, 2020-ci ilin oktyabrın axırlarından 2021-ci ilin may ayının axırınadək cavabdehə məxsus xırdabuynuzlu heyvanların Tovuz rayonu, Ceyrançöl adlanan qışlaq otlaq sahəsində otarmışdır. Cavabdeh isə razılaşdırılmış muzdu ödəmişdir. İddiaçı ilə cavabdeh 01 iyun 2021-ci il tarixdə yaylaqda heyvanların otarılmasına görə aylıq 300 manat olmaqla yenidən razılaşmışlar. İddiaçı 2021-ci ilin avqust ayının 04-dək cavabdehə məxsus xırdabuynuzlu heyvanlarını Gədəbəy rayonu ərazisində örüş sahələrində otarmış, iddiaçı ayağının yanması səbəbindən həmin tarixdən çobanlıq edə bilməmişdir. Cavabdeh iddiaçıya 2021ci ilin iyun və iyul ayları üçün razılaşdırılmış iki ay üçün 600 manat məbləğində muzdu ödəməmişdir. İddaçının cavabdehlə tapşırıqla əlaqədar apardığı danışıqlar, öhdəliyin icrası və cavabdehin iddiaçıya razılaşdırılmış 600 manat məbləğində muzdu ödəməməsi tərəflərin izahatları və şahid ifadələri ilə təsdiqini tapır. Cavabdeh məhkəmə iclasında iddiaçıya razılaşdırılmış pulu verməsi və iddiaçıya borcu olmadığını bildirsə də, bu faktı təsdiqləyən heç bir sübut məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən, bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Məhkəmə bu hüquq normalarını hazırkı hüquq münasibətlərinə tətbiq edərək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Odur ki, məhkəmə iddiaçının gətirdiyi arqumentləri qismən əsaslı sayır və hesab edir ki, iddiaçı cavabdehdən tapşırığın icrası üçün muzd olaraq razılaşdırılmış və ödənilməmiş 600 manat pulu tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cavabdehdən əlavə 350 manat pul tələbinə dair iddiasına qiymət verərək bildirir ki, iddiaçı bununla əlaqədar məhkəməyə mötəbər sübut təqdim etmədi. Eləcə də, iddiaçının arvadı X1 əvəzinə cavabdehdən pul tələbinə dair iddia qaldırmağa subyektiv hüququ da olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işə olan sübutlara tətbiq edilməli hüququn normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 600 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməli, 15 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 600 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1013/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1013/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver