Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1015/2024 11.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Nihat Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun təmin edilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı qeydiyyatda olduğu ünvan 1 ünvanındakı mənzildən heç bir maneəsiz istifadə hüququnun təmin edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə göndərmiş, işə iştirakı olmadan baxılmasını və idda tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 12 yanvar 2023-cü ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşlar. Nikahdan xx.xx.2024-cü il tarixdə X1 doğulmuşdur. Hazırda azyaşlı övladı ilə məcburi olaraq müxtəlif yerlərdə müvəqqəti mənzillərdə yaşamağa məcbur olmüşdur. Rəsmi iş yeri və daimi gəliri olmadığı üçün kirayə tuta bilmir. O, nikahdan sonra cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanına qeydiyyata düşmüşdür. Lakin yoldaşı Cavabdeh və anası tərəfindən dəfələrlə evdə yaşamağı ilə bağlı zorakılıqlara məruz qalmışdır. Belə ki, himayəsində olan yeni doğulmuş övladı ilə birlikdə dəfələrlə qeydiyyatda olduğu həmin evə getsə də, evdə insanlar olduğu halda qapını açmamış, azyaşlı övladı ilə onu köməksiz vəziyyətdə buraxmışdılar. Yaranmış vəziyyətlə əlaqədar polisə müraciət etsə də, heç bir nəticə əldə olunmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir Cavabdeh məhkəmə iclasinda iddad tələbinə etiraz etmiş, izahat verərk bildirmişdir ki, iddiaçı ilə 2023-cü ilin yanvar ayında nikah bağlamışdır. Birgə nikah münasibətlərindən xx.xx.2024-cü il tarixdə X1 doğulmuşdur. İddiaçı ilə münasibətləri pozulmuş, o, uşaqla birlikdə könüllü olaraq, mənzildən getmişdir. Mənzil atasından miras qalmışdır. Mənzilə 2021-ci ildə mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı ilə münasibətləri kəskindir. Onların bir mənzildə yaşamaları mümkün deyildir. İddiaçı anası ilə birlikdə mənzilə gəlmiş və dava salmışdır. O, məcbur olub, polisə bu barədə şikayət etmişdir. İddiaçının atasının Bakı şəhərində evi vardır. İddiaçı hazırda atasına məxsus evdə yaşayır. özdərinə məxsus evləri var hazirda atasaının evində yaşayır. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş eidr. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında ailə münasibətləri 2023-cü ildə yaranmışdır. Yəni, tərəflər arasında münasibətlərin yaranma vaxtına görə mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən tənzimlənməli, iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüququnun yaranmaması nəzərə alınmalı, iddia tələbi təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1015/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1015/2024
11.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver