Məhkəmə qərarları › İş №2(042)-1019/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1019/2021

20.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1019/2021 20.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq mərhum atası X7 və mərhum anam X2 miras qalmış, Gədəbəy rayonu, Göyəlli kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin və üzərində yerləşən, 1966-cı ildə tikilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh yaratdığı maneələrə (layihələşdirmə və ölçü işlərinin aparılmasına edilən müdaxilələrə) son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, atası X19 ilə anası X3 birgə nikahından 5 övladı olmuşdur. O, qardaşları - X8, X15, X5 və bacısı - X13. Bundan başqa onun bir ögey (ana ayrı, ata bir) qardaşı vardır. X10 onun ögey qardaşıdır. Ə.Musayev vəfat etmişdir. X1 29.03.2005-ci ildə, qardaşı X8 isə 18.07.2020-ci ildə vəfat etmişdir. O, atasının və anasının vəfatından sonra onlardan qalmış miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 07.09.2021-ci ildə Gədəbəy rayon Notariat Ofisinə müraciət etmişdir. Gədəbəy rayon Notariat Ofisi tərəfindən ona mərhum X11 və X3 qanun üzrə vərəsəsi olduuğ, lakin sonunculardan miras qalmış Gədəbəy rayonu, Göyəlli kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındıqdan sonra ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəyi bildirilmişdir. Eyni zamanda, o, bu barədə AR ƏMDK yanında DƏDRX-nin Şəmkir Ərazi idarəsinə müvafiq məktub ünvanlamış, həmin məktubun icrası ilə əlaqədar Gədəbəy rayonu, Göyəlli kəndində yerləşən həmin fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsi və fərdi yaşayış evinin tikinti layihəsinin hazırlanması üçün Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşları əraziyə getmiş, lakin orada onun ögey qardaşı X4 oğlu Cavabdeh həmin mülkün özünə məxsus olduğunu bildirərək ərazidə ölçmə və layihələşmə işinin aparılmasına maneələr yaratmışdır. Bununla da Cavabdeh sözügedən miras əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına maneələr yaratmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri isə onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildridi ki, o, Gədəbəy rayonu, Göyəlli kəndində yaşayır. O, iddiaçının qardaşı oğludur. Onun atası ayrı təsərrüfatda yaşamışdır. O, həmin mübahisəli evi iddiaçının kiçik qaradşından 8000 manata almışdır. O, həmin evi almaq üçün verdiyi 8000 manatın yarısı olan 4000 manat pulu aldıqdan sonra həmin evdən çıxa bilər. O, 31 ildir ki həmin evdə yaşayır və ev ona məxsusdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Göyəlli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13.08.2021-ci il tarixli, 59 saylı arayışdan görünür ki, X12 ölən bir günə kimi Gədəbəy rayonu, Göyəlli kəndində yaşamışdır və 30 dekabr 2003-cü il tarixdə vəfat etmişdir. Başqa yerdə yaşayan ailə üzvləri bunlardır: İddiaçı; X5. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli, 273 saylı arayışdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Göyəlli kənd X17 İcraiyyə Komitəsinin 1972-1974-cü illərə dair 2 nömrəli təsərrüfatbaşına kitabında olduğu, mərhum atası X11 adına 118 nömrəli təsərrüfat qeyd edilmişdir və aşağıda göstərilən ailə üzvləri vardır; ailə başçısı X19 1890; X12 1896; oğlu X8 1956; oğlu X28 1958; oğlu İddiaçı 1960; oğlu X16 1964. İşdə olan AZ-İİ № 174764 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 26.06.1976-cı il tarixdə Gədəbəy rayonu, Göyəlli kəndində “miokard infaktı” səbəbindən ölmüşdür. İşdə olan AZ-İ № 004983 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 30.12.2003-cü il tarixdə Xızı rayonunda “qara ciyər serrozu” səbəbindən ölmüşdür. İşdə olan AZ-İİ № 097013 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 18 iyul 2020-ci il tarixdə Sumqayıt şəhərində “mədənin bədxassəli yeni törəməsi” səbəbindən ölmüşdür. İşdə olan AZ-İ № 169777 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 29 mart 2005-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində “işemik koma” səbəbindən ölmüşdür. İşdə olan Gədəbəy rayonu Qeydiyyat şöbəsi tərəfindən nikah akt qeydləri kitabından çıxarışdan görünür ki, X19 ilə X6 01.05.1954-cü il tarixdə Gədəbəy rayonu Hacılar kənd İƏD üzrə nümayəndəlikdə bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. Atası qrafasında X19, anası qrafasında X12 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Notariat Ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Əhmədov Güİoğlan Bəşir oğlu miras qoyan mərhum atası X11 və mərhum anası X3 qanun üzrə vərəsəsidir. Odur ki, ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə müraciət edərək mərhum atası X7 və mərhum anası X2 miras qalmış Gədəbəy rayonu, Göyəlli kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair Reyestrdən çıxarışı aldıqdan sonra ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən evinin mülkiyyətçisi olmalı və mübahisəli evdə ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən maneələr yaradılmalı və bu maneələr qanunsuz olmalıdır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, mübahisəli ev Gədəbəy rayonu, Göyəlli kəndində yerləşir. İddiaçının atası X19 və anası X3 birgə nikahlarından İddiaçı, X8, X15, X5 və X13 adında 5 övladı olmuşdur. X19 26.06.1976-cı il tarixdə, X12 isə 30.12.2003-cü il tarixdə vəfat etmişdir. Həmçinin iddiaçının X10 adında bir ögey qardaşı olmuşdur. İddiaçının ögey qardaşı X10 da vəfat etmişdir. Eləcə də, iddiaçının X1 29.03.2005-ci ildə, qardaşı X8 isə 18.07.2020-ci ildə vəfat etmişdir. Hazırda mübahisəli evdə X4 oğlu iş üzrə Cavabdeh yaşayır. İddiaçı məhkəmədə iddia qaldıraraq həmin əmlaka daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istədiyini və çıxarış alınması üçün müvafiq icra hakimiyyətinin əməkdaşları tərəfindən qeyd edilən evdə lahiyələşdirmə və ölçü işləri aparılmasına cavabdeh tərəfindən maneə yaradıldığını bildirmiş, cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulmasını tələb etmişdir. Cavabdeh isə həmin evin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmədə həmin evin ata və anasından qalmış miras olduğunu qeyd etsə də X7 və X2 miras əmlakın qalıb-qalmamasını, miras kütləsinin dairəsini, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunu, vərəsələrin dairəsini və mirası qəbul edib-etməməsini müəyyən edən hər hansı sübut məhkəməyə təqdim etmədi. Belə olan halda, iddiaçının həmin evdə lahiyələşdirmə və ölçü işləri aparılmasına edilən maneələrin aradan qaldırılmasını tələb etməsi üçün hər hansı hüquqi əsası yoxdur. Eləcə də, məhkəmə qeyd edir ki, iddiaçı mərhum valideynlərindən qalmış mirası qəbul etdikdən sonra həmin əmlakın rəsmiləşdirilməsi məsələsinə baxıla bilər. Hazırda iddiaçının qeyd edilən tələblə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar