Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1021/2023 20.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “UAZ 469 B minik” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alğı-satqısına görə verdiyi 4500 manat məbləğində pulun və və ödənilmiş 66 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, 20 aprel 2020-ci il tarixdə Cavabdeh “UAZ 469B minik” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobili ona 4500 manata satmış və Malik ona Gədəbəy Rayon Notariat Ofisində etibarnamə vermişdir. Sonradan o, həmin maşını Azərbaycan Respublikası DİN BDYPİ-nin Tovuz rayonu 10 saylı RQİ və TB Şöbəsində adına sənədləşdirərkən məlum olmuşdur ki, nəqliyyat vasitəsinin mühərriyi və kuzovu nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilənlərlə uyğun gəlmir. Yəni, cavabdeh ona mühərriyi və kuzovunun nömrəsi dəyişdirilmiş avtomobili satmışdır. Bu səbəbdən də o, həmin avtomobili öz adına sənədləşdirə bilmir. Avtomobili cavabdehdən 2900 manata almış, lakin bundan sonra avtomobildən istifadə ilə əlaqədar ona zərərlər dəymişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki,o, özü də avtomobili etibarnamə əsasında əldə etmiş, sənədlərdə uyğunsuzluq olduğunu bilməmişdir. O, avtomobili 2500 manata almış və iddiaçıya 2900 manata satmışdır. O, iddiaçıya da təklif etmişdir ki, yaranmış vəziyyəti həll etmək üçün birlikdə xərclər çəksinlər. Lakin iddiaçı etiraz etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Qəbzdən görünür ki, iddiaçı işə məhkəmədə baxılması üçün 66 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izаhаtlarını tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbi qismən təmin еdilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Yəni iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər əslində nəqliyyat vasitəsinin alğı-satqısı müqaviləsi bağlasalar da bunu Etibarnamə ilə sənədləşdirilmiş istifadə müqaviləsi ilə pərdələmiş, yəni, etibarsız əqd bağlamışlar. Ona görə də iddiaçı tərəfindən iddia məbləğini təsdiq edən sübutlar təqdim edilmədiyi nəzərə alınmaqla, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Yəni, iddia tələbi cavabdehin etiraf etdiyi məbləğdə, yəni, qismən təmin edilməli, Cavabdeh 2900 manat və dövlət rüsumunun ödənilmiş tələbə münasib məbləği, yəni, 50 manat alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və АzərbаycаnRеspublikаsı MPMnin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddiа tələbi qismən təmin edilsin. Cavabdeh 2900 manat və dövlət rüsumunun ödənilmiş tələbə münasib məbləği olan 50 manat, cəmi, 2950 manat alınaraq, İddiaçı verilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik еdən:Fizuli Mirzəquliyеv
Məhkəmə qərarları › İş №2(042)-1021/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1021/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver