Məhkəmə qərarları › İş №2(042)-1029/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1029/2022

28.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1029/2022 28.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və aliment təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 23 yanvar 2009-cu il təvəllüdlü X4 və 23 may 2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay sabit pul məbləğində 193 manat müəyyən edilməklə Cavabdeh tutularaq ona ödənilməsi və xx.xx.2020-ci il tarixli X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 193 manat məbləğində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Gədəbəy rayon məhkəməsinin 17 noyabr 2014-cü il tarixli, iş 2(041)-1103/2014 saylı qətnaməsi ilə Onların birgə nikahlarından doğulmuş 23 yanvar 2009-cu il təvəllüdlü X4 və 23 may 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda hər bir uşaq üçün 70 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda X4 13 və X3 12 yaşı var. Gədəbəy rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və məsrəfləri yetərincə artmışdır. Eləcə də, onların birgə münasibətlərindən xx.xx.2020-ci il tarixdə X9 adında bir uşaqları anadan olmuşdur. Həmin uşağın saxlanılması üçün də aliment təyin edilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, əvvəllər ölkə xaricində işləmişdir. Həmin vaxt iddiaçıya mütəmadi olaraq pul göndərmişdir. Hazırda isə fərdi əməklə məşğul olur. Tələb edilən aliment miqdarını ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Söyüdlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 avqust 2022-ci il tarixli, 375 saylı arayışdan görünür ki, Mustafayeva X2 İƏD üzrə nümayəndəlikdə qeydiyyatdadır. Hal-hazırda Söyüdlü kəndində yaşayır. İşdə olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə, X8 xx.xx.2010-cu il tarixdə, X10 xx.xx.2009-cu il tarixdə doğulmuşlar, ataları qrafasında Cavabdeh, anaları qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli, 2(041)- 1103/2014 saylı icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh 16 oktyabr 2014-cü il tarixdən başlayaraq 23 yanvar 2009-cu ildə anadan olmuş X4 və 23 may 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 70 manat, ümumilikdə hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-200/2019 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 01 avqust 2007-ci il tarixdə Gədəbəy rayonu Söyüdlü kənd İƏD üzrə nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 № ilə qeyd edilmiş nikahın pozulması və tərəflərin birgə nikahından doğulmuş uşaqları – 23 yanvar 2009-cu il təvəllüdlü X10 və 23 may 2010-cu il təvəllüdlü X8 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2019-u ilin 06 ayının 20-ci günündə 50 nömrə ilə qeyd edilmişdir. İşdə olan mediator Leyla Əliyeva tərəfindən verilmiş 17 sentyabr 2022-ci il tarixli, “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişlər. Məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, iddiaçı Cavabdeh ilə 2006-ci ildə qeyri-rəsmi olaraq ailə qurmuş, nikahlarını xx.xx.2008-ci il tarixdə Gədəbəy rayonu Söyüdlü kənd İƏD üzrə nümayəndəliyində bağlamışlar. Birgə nikahlarından onların xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X8 adında iki övladları olmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Gədəbəy rayon Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli, 2(041)-1103/2014 saylı qətnaməsinə əsasən, Cavabdeh 16 oktyabr 2014-cü il tarixdən başlayaraq 23 yanvar 2009-cu ildə anadan olmuş X4 və 23 may 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 70 manat, ümumilikdə hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-200/2019 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 01 avqust 2007-ci il tarixdə Gədəbəy rayonu Söyüdlü kənd İƏD üzrə nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 № ilə qeyd edilmiş nikahın pozulması və tərəflərin birgə nikahından doğulmuş uşaqları – 23 yanvar 2009-cu il təvəllüdlü X10 və 23 may 2010-cu il təvəllüdlü X8 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. Eləcə də, iddiaçı bildirmişdir ki, cavabdehlə onun birgə münasibətlərindən xx.xx.2020-ci il tarixdə X9 adında bir uşaqları anadan olmuşdur. İddiaçı məhkəmədə iddia qaldıraraq 23 yanvar 2009-cu ildə anadan olmuş X4 və 23 may 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılası üçün təyin edilmiş alimentin miqdarının artırılmasını, xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün isə aliment təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında və təhsil almasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, 23 yanvar 2009-cu il təvəllüdlü X10 və 23 may 2010-cu il təvəllüdlü X8 üçün müəyyən edilmiş 70 manat alimentin artırılaraq 130 manat olmaqla, iki uşaq üçün cəmi 260 manat məbləğində müəyyən edilməsini, eləcə də, xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması hər ay 130 manat məbləğində aliment təyin edilməsini qanuni və əsaslı, həm də uşaqların mənafeyinə uyğun hesab edir. Məhkəmə iddiaçının alimentin artırılması hissəsində alimentin miqdarının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyin tarixdən hesablanması tələbinə münasibət bildirərək qeyd edir ki, təyin edilmiş alimentin miqdarı artırıldığı zaman onun yeni miqdarı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanır. Ona görə də, iddia ərizəsinin həmin hissədə təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mediasiya xərcinin hansı tərəfdən tutulması ilə bağlı qeyd edir ki, mediasiya arayışından mediasiya xərcinin kimin tərəfindən ödənilməsi göstərilmədiyindən və həmin xərcin ödənilməsinə dair qəbz məhkəməyə təqdim edilmədiyindən məhkəmə mediasiya xərcinin kimdən tutulmasına münasibət bildirilməsini zəruri hesab etmir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli, 2(041)-1103/2014 saylı qətnaməsi ilə 23 yanvar 2009-cu il təvəllüdlü X4 və 23 may 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan hər bir uşaq üçün tutulan 70 manat alimentin miqdarı artırılsın və hər ay sabit pul məbləğində hər bir uşaq üçün 130 manat olmaqla, iki uşaq üçün cəmi 260 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. 22 sentyabr 2022-ci il tarixdən başlayaraq, Cavabdeh 04 fevral 2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində (X6 münasibətdə) dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar