Məhkəmə qərarları › İş №2(042)-1050/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1050/2025

16.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1050/2025 16.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi, iddiaçı Şəmkir X7 Mərkəzinin nümayəndəsi X6 və cavabdeh X2 iştirakı ilə iddiaçı 14 saylı X7 Mərkəzinin cavabdeh X3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı 14 saylı X7 Mərkəzi cavabdeh X3 qarşı X13 vurduğu 445.88 manat miqdarında maddi ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı 14 saylı X7 Mərkəzinin nümayəndəsi X6 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, 05 noyabr 2024-cü il tarixdə Mərkəzin Saratovka meşəbəyliyinin 7 saylı meşə dolayısnda meşə gözətçisi X4 xx.xx.2024-cü il tarixli yazılı məlumatı əsasında araşdırma aparılan zaman cavabdeh X2 qanunsuz ağac kəsərək, X13 zərər vurması faktı müəyyən edilmişdir. X2 hüquqazidd hərəkətləri nəticəsində X13 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 nömrəli qərarı əsasında aparılmış hesablamlarla,ümumilikdə, 445.88 manat məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. Cavabdehə vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi üçün bildiriş məktubu göndərilmişdir, lakin bildiriş məktbuna cavab verməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X5 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş izahat verərək, bildirmişdir ki, o, meşə ərzasində ağac kəsməmişdir.Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 05 noyabr 2024-cü il tarixli Aktdan görünür ki, cavabdeh Gədəbəy rayonu, Qasımlıkənd sakini X2 qanunsuz olaraq ağac kəsərək,X13 455.88 manat miqdarında zərər vurması faktı müəyyən edilmişdir. İşdə olan 15 noyabr 2024-cü il tarixli X11 Haqqında Qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş ona 700 manat cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 16-cı maddəsinə əsasən, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Məcəllənin 64-cü maddəsinə əsasən,meşə gəliri köküstü oduncaq buraxılışı və meşədən digər istifadələrə görə, habelə meşə fonduna vurulan zərər və itkiyə görə ödəmələrdən ibarətdir. Ödəmələr meşə məzənnələri əsasında hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə cavabdehin təqsirli, hüquqazidd əməli ilə iddiaçıya 445.88 manat miqdarında ziyan vurması halı müəyyən edilmişdir. Ona görə də iddia tələbi təmin edilməli, X1 445.88 manat alınaraq, 14 saylı X7 Mərkəzinin hesablaşma hesabına ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. X1 445.88 manat alınaraq, 14 saylı X7 Mərkəzinin hesablaşma hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar