Məhkəmə qərarları › İş №2(042)-108/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-108/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-108/2025 11.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı Cavabdeh cəmi, 3000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılması, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələblərini nəzərə alaraq, işə iddiaçının iştirkaı olmadan baxılmasını mümkün saymışdır. İddia ərizəsindən görünür ki, iddiaçı X3 ailəsini dolandırmaq üçün Gədəbəy şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada ərzaq mallarının və paltarların satışı ilə məşğul olur. Cavabdeh Gədəbəy rayonu, Çalburun kənd sakinidir. O, 2021-2022-ci illər ərzində müxtəlif vaxtlarda ondan nisyə olaraq geyim əşyaları almış, aldığı geyim əşyalarına görə cəmi, 3000 manat borcu yaranmışdır. O, hər dəfə cavabdehdən yaranmış borcunu qaytarmasını tələb etdikdə, qısa müddətə borcu qaytaracağını bildirmiş, lakin bu günədək borcunu qaytarmamışdır. Sonuncu dəfə övladı X4 cavabdehdən borcu qaytarmasını tələb etdikdə, onu nalayiq söyüşlərlə söymüşdür. Cavabdehin ona həqiqətən borclu olmasını həyat yoldaşı X8 və övladı X5 da təsdiq edə bilərlər. Həmin şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında idda tələbini qismən ehtiraf etmiş izahat verərk bildirmişdir ki, iddiaçıdan həqiqətən geyim əşyaları almış, lakin onların pulunu vermiş, iddiaçıya cəmi, 125 manat borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X8 ifadə verərək, bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. Cavabdehi də tanıyır. İddiaçıdan eşitmişdir ki, cavabdeh 2021- 2022-ci illər ərzində müxtəlif vaxtlarda ondan nisyə olaraq geyim əşyaları almış, ümumilikdə, geyim əşyalarına görə 3000 manat borcu yaranmışdır. Cavabdeh geyim əşyalarını satıqdan sonra pulunu verəcəyini bildirmiş, lakin bu vaxta qədər borcunu verməmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X5 eyniməzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin izahatını, şahid ifadələrini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məcəllənin 14.2. və 14.2.1; 14.2.6 və 14.2.7-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, o cümlədən, başqa şəxsə zərər vurulması, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin mübahisə edilməyən hallarından görünür ki, 2021-2022-ci illər ərzində müxtəlif vaxtlarda iddiaçı cavabdehə nisyə olaraq geyim əşyalarını satmışdır. İddiaçı satılmış əşyaların dəyəri olan 3000 manatın cavabdeh tərəfindən ödənilmədiyini bildirmiş və yaranmış borcun qaytarılmasını tələb etmişdir. Cavabdeh isə iddiaçıya, cəmi, 125 manat borcunun qaldığını bildirmişdir. İddiaçının yaxın qohumları olan şahidlər cavabdehin iddiaçıya 3000 manat miqdarında borcunun olduğunu, lakin bu məlumatı iddiaçıdan aldıqlarını bildirmişlər. Cavabdeh isə iddia tələbini qismən etiraf edərək, iddiaçıya, cəmi, 125 manat borcunun qaldığını bildirmişdir. Məhkəmə iş üzrə şahid kimi dindirilmiş şəxslərin iddiaçının yaxın qohumları olduqlarını və borc məbləğinin yaranmasını bilavasitə görəmdəiklərini nəzərə alaraq, belə nətiyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh borcu etiraf etdiyi miqdarda, yəni, 125 manat və 50 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı X2 verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 125 manat borc və 50 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, X2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar