Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1085/2022 30.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzi məhkəmə iddia qaldıraraq, cavabdeh Gədəbəy rayonu, Plankənd kənd sakini Cavabdeh əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirmədiyinə görə dövlət meşə fonduna dəymiş 870.11 manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Əliyev X4 meşəbəyliyinin 10 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsində işləmişdir. X6 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən Şəmkir RMTM-nin Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısında meşələrin qorunub mühafizə olunması vəziyyətini araşdırarkən meşəbəyliyinin 10 saylı meşə dolayısında 06 iyul 2022-ci il tarixdə qəfləti yoxlama zamanı qanunsuz olaraq kök üstə yaş halda vələs cinsindən 20 sm 1 ədəd, 24 sm 1 ədəd 32 sm 2 ədəd, 36 sm 3 ədəd, 40 sm 2 ədəd, 48 sm 1 ədəd, Fıstıq cinsindən 36 sm 1 ədəd, 40 sm 2 ədəd, 44 sm 5 ədəd, 48 sm 4 ədəd, 52 sm 1 ədəd, 56 sm 1 ədəd, 72 sm 1 ədəd, 36 sm 1 ədəd cəmi 25 ədəd ümumi həcmi 30,47 m3 olan ağacların kəsilərək aparılması 1 ədəd fıstıq cinsindən olan ağacın kəsilərək kütlələrinin yerində qalması aşkar edilmiş və barəsində akt tərtib olunmuşdur. Bununla da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş 7 saylı əlavəsinin tələbləri pozularaq dövlət meşə fonduna 870.11 manat dəyərində ziyan vurulmuşdur. Cavabdeh əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirmədiyinə görə dövlət meşə fonduna 870.11 manat məbləğində ziyan dəymişdir. Bununla bağlı Cavabdeh barəsində hər hansı araşdırma aparılmamışdır. Həmçinin vurulmuş həmin maddi ziyanla bağlı başqa məhkəmələrdə ayrı-ayrı şəxslərə qarşı iddialar da qaldırılmışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısında meşə gözətçisi vəzifəsində işləmişdir. Daha sonra isə işdən ərizəsinə əsasən çıxmışdır. Onun iş saatı səhər saat 09:00-dan 18:00-dək olmuşdur. Qeyd edilən qırıntılar iş saatı bitdikdən sonra baş vermişdir. Onun yaşadığı yerlə meşə dolayısının arasındakı məsafə 12-13 km təşkil edir. Onun iş saatından sonra meşə ərazisinə nəzarət etməsi mümkün deyildir. Eləcə də, meşə dolayısının ərazisi 624 ha təşkil edir. Onun tək başına həmin meşə dolayısına nəzarət etməsi fiziki cəhətdən də mümkün deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin əməkdaşlarının və Cavabdeh iştirakı ilə tərtib edilmiş aktın və vurulmuş ziyanın hesablanması cədvəlinin surətindən görünür ki, Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısında 06 iyul 2022-ci il tarixdə aparılan yoxlama zamanı kök üstə yaş halda vələs cinsindən 20 sm 1 ədəd, 24 sm 1 ədəd 32 sm 2 ədəd, 36 sm 3 ədəd, 40 sm 2 ədəd, 48 sm 1 ədəd, Fıstıq cinsindən 36 sm 1 ədəd, 40 sm 2 ədəd, 44 sm 5 ədəd, 48 sm 4 ədəd, 52 sm 1 ədəd, 56 sm 1 ədəd, 72 sm 1 ədəd, 36 sm 1 ədəd cəmi 25 ədəd ümumi həcmi 30,47 m3 olan ağacların kəsilərək aparılması 1 ədəd fıstıq cinsindən olan ağacın kəsilərək kütlələrinin yerində qalması və meşə fonduna ümumilikdə 870.11 manat məbləğində ziyan dəyməsi aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə görə, mülki hüquq pozuntusunun (delikt) olması, pozuntu nəticəsində cavabdehin əməli ilə meşə fonduna zərər vurulması, vurulmuş zərərlə pozuntu arasında səbəbli əlaqənin olması tələb olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzi cavabdehin təqsirli hərəkətləri nəticəsində meşə fonduna 870.11 manat maddi ziyan vurulduğunu sübut etməlidir. Məhkəmədə müəyyən edildi ki, Əliyev X4 meşəbəyliyinin 10 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsində işləmişdir. Cavabdeh bildirdiyinə görə işdən ərizəsinə əsasən azad edilmişdir. Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısında cavabdeh meşə gözətçisi işlədiyi müddətdə, yəni 06 iyul 2022-ci il tarixdə aparılan yoxlama zamanı meşə fonduna ümumilikdə 870.11 manat məbləğində ziyan dəyməsi aşkar edilmişdir. X6 Təsərrüfatı Mərkəzi hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, X6 Təsərrüfatı Mərkəzi vurulmuş maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində, yəni əmək müqaviləsi üzrə üzərinə götürdüyü vəzifələri layiqincə yerinə yetirmədiyinə görə vurulduğunu iddia etsə də, həmin maddi ziyanın vurulmasında cavabdehin təqsirinin olmasını müəyyən edən inzibati xəta haqqında qərar və ya buna görə cavabdehin barəsində hər hansı tədbirin görülməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. X6 Təsərrüfatı Mərkəzinin nümayəndəsinin bildirdiyinə görə, belə bir sübut mövcud deyildir. Eləcə də, X6 Təsərrüfatı Mərkəzinin nümayəndəsinin bildirdiyinə görə Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısından aşkar edilmiş həmin maddi ziyanla bağlı müxtəlif məhkəmələrdə ayrı-ayrı şəxslərə qarşı da iddialar qaldırılmışdır. Buda onu göstərir ki, həmin ziyanın Cavabdeh tərəfindən vurulması və onun əməli ilə ziyan arasında səbəbli əlaqənin olması təsdiqini tapmır. Qeyd olunanlara əsasən, məhkəmə maddi ziyanın vurulmasında cavabdehin təqsirinin olması və onun əməli ilə ziyan arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmadığından iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1085/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1085/2022
30.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver