Məhkəmə qərarları › İş №2(042)-1096/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1096/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1096/2022 12.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha və 0.24 ha torpaq sahələrindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması və ilkin ödənilmiş 9000 ABŞ dollarının cavabdehlərdən alınaraq, ona verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması haqqında ərizə vermiş, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ əsasında ½ hissələri ona məxsus olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha və 0.24 ha torpaq sahələrinin ½ hissəsindən çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Cavabdeh1 və X3 özlərinə məxsus fərdi yaşayış evlərini 2009-cu il tarixdə satışa çıxarmışlar. O, Cavabdeh1 və X3 ilə razlaşaraq evi pay torpaq sahəsi ilə birlikdə 16000 ABŞ dollarına razlaşaraq almışdır. Ev üçün 7000 ABŞ dolları, 0.36 ha pay torpaq sahəsi üçün isə 9000 ABŞ dolları pul vermişdir. Həmin vaxt torpaq sahəsinin sənədləşməsini apararkən Cavabdeh1 və X3 qızları Cavabdeh2 ərazidə olmadığı üçün torpaq sahəsinə dair alqı-satqı müqaviləsi aparılması mümkün olmamışdır. Sonradan həmin torpaq sahələrini sənədləşdirmiş və torpaq sahələrinin ½ hissələri ona məxsusdur. Ona görə də, məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışlardan görünür ki, Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən torpaq sahələrinin ½ hissələri İddiaçı mülkiyyətindədir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)114/2019 saylı qətnaməsinin surətindən görünür ki, X1 və İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, RX seriyalı ******* və ******* №-li Çıxarışlara əsasən xüsusi mülkiyyət hüququ ilə xx.xx.2011-ci il tarixdə Cavabdeh1 adına qeydə alınmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.12 ha və 0.24 ha torpaq sahələrindən çıxarılması, Cavabdeh1 9000 (doqquz min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə Azərbaycan manatına olan məzənnə hesabı ilə alınaraq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, mütəxəssis rəyini, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, iddiaçı Cavabdeh1 və X2 məxsus fərdi yaşayış evlərini 2009-cu il tarixdə almışdır. İddiaçı, Cavabdeh1 və X3 ilə razlaşaraq evi pay torpaq sahəsi ilə birlikdə 16000 ABŞ dollarına almışdır. Ev üçün 7000 ABŞ dolları, 0.36 ha pay torpaq sahəsi üçün isə 9000 ABŞ dolları pul vermişdir. Həmin vaxt torpaq sahəsinin sənədləşməsini apararkən Cavabdeh1 və X3 qızları Cavabdeh2 ərazidə olmadığı üçün torpaq sahəsinə dair alqısatqı müqaviləsi aparılması mümkün olmamışdır. Sonradan həmin torpaq sahələrini sənədləşdirmiş və torpaq sahələrinin ½ hissələri iddiaçının mülkiyyətinə keçmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)114/2019 saylı qətnaməsinin surətindən görünür ki, X1 və İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, RX seriyalı ******* və ******* №-li Çıxarışlara əsasən xüsusi mülkiyyət hüququ ilə xx.xx.2011-ci il tarixdə Cavabdeh1 adına qeydə alınmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.12 ha və 0.24 ha torpaq sahələrindən çıxarılması, Cavabdeh1 9000 (doqquz min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə Azərbaycan manatına olan məzənnə hesabı ilə alınaraq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Yəni, hazırda həmin torpaq sahələrinin ½ hissəsi iddiaçıya məxsusdur. Ona görə də, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ əsasında ½ hissələri İddiaçı məxsus olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha və 0.24 ha torpaq sahələrinin ½ hissəsindən çıxarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ əsasında ½ hissələri İddiaçı məxsus olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha və 0.24 ha torpaq sahələrinin ½ hissəsindən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar