Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-11/2024 06.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X1, X2 və Cavabdeh iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı dövlət meşə fonduna vurduğu 600 manat maddi ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X6 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X1 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdeh Gədəbəy rayonu, Düzrəsullu kənd sakini Cavabdeh tərəfindən bələdiyyə mülkiyyətinə aid ərazidə Düzrəsullu çayının mühafizə sahəsində 2 ədəd köküstə inkişafda olan ağacların kəsilməsi aşkar edilmişdir. Bu fakt üzrə araşdırılma aparılmış və cavabdeh Azərbayan Respublikası İXM-nin 253.3.3ci maddəsilə inzibati məsuliyyətə cəlb edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi digər nümayəndəsi X2 eyniməzmunlu izahat vermişdir. Cavabdeh iddia tələbinə etiraz etmiş və izahat verərək bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Düzrəsullu kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır.Evinin 0.28 ha həyətyanı torpaq sahəsi vardır.Torpaq sahəsinin sərhədində göyrüş ağacları və digər ağaclar vardır ki, həmin ağaclar ona məxsusdur. O, həyətyanı torpaq sahəsində kartof əkib-becərməkə məşğuldur. Lakin torpaq sahəsinin ətrafında olan göyrüş ağaclarından iki ədədi onun kartof sahəsinə kölgə salıb ziyan vurduğu və eləcə də quruduqları üçün həmin ağacları kəsmişdir. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.3-cü maddəsilə X4 protokol tərtib edilmiş, o, inzibati məsuliyyətə cəlb edilmiş və o, 3000 manat məbləğində cərimə olunmuşdur. Kəsilmiş ağacla özünə məxsus olmuşdur. Ona görə də, iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X4 Protokol və Gəncə Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli Qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 253.3.3-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan 74003 nömrəli Akt və ziyanın hesablanması Cədvəlindən görünür ki, Cavabdeh tərəfindən iddiaçıya 600 manat miqdarında ziyan vurması halı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndələrinin və cavabdehin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 16-cı maddəsinə əsasən, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Məcəllənin 64-cü maddəsinə əsasən,meşə gəliri köküstü oduncaq buraxılışı və meşədən digər istifadələrə görə, habelə meşə fonduna vurulan zərər və itkiyə görə ödəmələrdən ibarətdir. Ödəmələr meşə məzənnələri əsasında hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə cavabdehin təqsirli, hüquqazidd əməli ilə iddiaçıya 600 manat miqdarında zərər vurması halı müəyyən edilmişdir. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 600 manat alınaraq, X6 Təsərrüfatı Mərkəzinin hesablaşma hesabına ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 600 manat alınaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-11/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-11/2024
06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver