Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1107/2022 12.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “pul” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçının ərizəsində cavabdeh kimi göstərdiyi şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya FİN-i) qeyd edilməmişdir. Ədliyyə Nazirliyinin elektron informasiya sistemində şəxsiyyət vəsiqəsinə dair portal məlumatlarında yoxlanılarkən həmin adlarda bir neçə şəxs çıxdığından, cavabdehlərin elektron informasiya sistemində şəxsiyyət vəsiqəsinə dair məlumatların aşkarlanması mümkün olmamışdır. Bununla da iddiaçı ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 149-cu maddəsi ilə nəzərdə tutulmuş forma və məzmununa riayət etməmişdir. Qeyd olunan hüquq normasının əsas müddəalarından biri ərizədə işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının və eyniləşdirmə məlumatlarının göstərilməsidir. Ərizədə işdə iştirak edən şəxslərin eyniləşdirmə məlumatlarının göstərilməsi iddia ərizəsinin ərazi aidiyyəti məsələsinin həlli zamanı, eləcə də, məhkəmə baxışının ən mühüm prinsiplərindən olan çəkişmə prinsipinin realizəsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, MPM-in 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilir. Qeyd olunan hüquq norması baxımından məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehlərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya FİN-i) göstərmədiyindən onların proses iştirakçısı kimi elektron sistemdə işlənilməsi mümkün olmamış, eləcə də qeydiyyat yerlərinin müəyyən edilməsi mümkün olmadığından iddia ərizəsinin aidiyyət məsələsinin həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ərizəsinin icraata götürülməsi qeyri-mümkün hesab edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmçinin, məhkəmə izah edir ki, Azərbaycan Respublikasının MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 114.1.3-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İş materiallarında olan dövlət rüsumu barədə qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 125 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə İddiaçı tərəfindən ödənilmiş 125 manat dövlət rüsumu da geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də, iddiaçı tərəfindən ödənilmiş 125 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1107/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1107/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver