Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1109/2024 23.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim X1 oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı cavabdehdən 5841 manat və ödənilmiş 130 manat dövlət rüsumunun alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Cavabdeh ilə həmkəndlidir. Eyni zamanda, Gədəbəy RİHB-nın X3 Nümayəndəliyində o, nümayəndə, cavabdeh isə müavini işləmişdir. Cavabdeh "xxxx" ASC-nin Göygöl Rayon Filialına müraciət etmiş, xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə illik 28% ödəmək şərtilə 5300 manat kredit götürmüş, o, cavabdeh tərəfindən öhdəliklərinin yerinə yetirilməsi üçün zamin olmuşdur. Lakin cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, "xxxx" ASC məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli əmrinə əsasən Cavabdeh və ondan müştərək qaydada 5447,67 manat və 20 manat ödənilmiş dövlət rüsmunun alınaraq, banka verilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Gədəbəy Rayon İcra Şöbəsinə göndərilmişdir. Cavabdeh işdən azad olunduğu və ödəniş etmədiyi üçün həmin borcun ödənilməsi onun aylıq əməkhaqqısına yönəldilmişdir. Nəticədə onun aylıq əməkhaqqından hər ay 241 manat, cəmi, 5841 manat tutulmuş və banka verilmişdir. Cavabdeh hazırda ona yaranmış borcunu verməkdən boyun qaçırır. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə qismən etiraz etmiş, izahat verərək bildirmişdir ki, o, həqiqətən "xxxx" ASC-dən 5300 manat kredit göturmuş, iddiaçı onun tərəfindən borcun ödənilməsi üçün üzərinə zaminlik öhdəliyi götürmüşdür. O, krediti qaytara bilmədiyi üçün iddiaçı və onun tərəfindən borcun müştərək qaydada ödənilməsi haqqında məhkəmə qərarı çıxarılmışdır. Həmin borcun ödənilməsi üçün iddiaçı həqiqətən ödənişlər etmişdir. Lakin o, iddiaçıya etdiyi ödənişlərin bir hissəsini qaytarmışdır. Hazırda onun iddiaçıya 1800 manat borcu qalmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 16 iyul 2019-cü il tarixli ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh İsarfil oğluna 5300 manat məbləğində kredit verilmişdir. İşdə olan zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh İsrfil oğlu tərəfindən öhdəliklərin icrasının təminatçısı kimi məsuliyyəti tam həcmdə öz üzərinə götürmüşdür. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 20 noyabr 2015-cu il tarixli 2(041)- 1551/2015 saylı əmirdən görünür ki, Cavabdeh və İddiaçı müştərək qaydada ümumillikdə, 5447.67 manatın tutularaq, Kapital Bank ASC-ə ödənilməsi qərara alınmışdır. İşdə olan Qəbzdən görünür ki, iddiaçı işə məhkəmədə baxılması üçün 130 manat dövlət rüsumu ödəmişdir. Аzərbаycаn Rеspublikası МPM-inin 14.2-ci маddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Мəcəllənin 77.1-ci маddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Мəcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə (hакiм) öz qətnаməsini yаlnız məhkəмə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh bankdan 5300 manat məbləğində kredit almış və iddiaçı borcun ödənilməsi üçün kreditor qarşısında üzərinə zaminlik məsuliyyəti götürmüşdür. Cavabdeh kredit öhdəliklərini yerinə yetirmədiyi üçün kreditor məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin 2(041)- 1551/2015 saylı xx.xx.2015-ci il tarixli əmri ilə iddia tələbi təmin edilmiş, iddiaçı və cavabdehdən müştərək qaydada 5447.67 manatın alınaraq, kreditora verilməsi əmr edilmişdir. Əmr icra edilməsi üçün icra orqanına göndərilmiş, icra məmuru tərəfindən borc iddiaçının əməkhaqqısına yönəldilmiş və iddiaçıdan müəyyən məbləğdə pul tutularaq, kreditora ödənilmişdir. İddiaçı cavabdehin əvəzinə kreditora 5841 manat ödədiyini bildirmiş, həmin borcun qaytarılmasını tələb etmiş, lakin həmin miqdarda pulun kreditora ödənildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçı tərəfindən müəyyən miqdarda ödənişlər edildiyini təsdiq etmiş, lakin borcunun bir hissəsini qaytardığını, iddiaçıya cəmi, 1800 manat borcu qaldığını bildirmişdir. Məhkəmə tərəflərin iş üzrə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiklərini və iş üzrə mübahisə edilməyən halları nəzərə alaraq, belə nəricəyə gəlir ki, cavabdehdən 1800 manat borc və dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə münasib hissəsi olan 64 manat, cəmi, 1864 manat alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq вə Аzərbаycаn Rеspubliкаsı MPM-nin 216-227; 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1800 manat borc və ödənilmiş dövlət rüsumunun 64 manat hissəsinin əvəzi, yəni, cəmi, 1864 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1109/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1109/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver