Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1151/2025 10.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş və işin məhkəmə hazırlıq iclası 10 sentybar 2025ci il tarixə təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında işin aidiyyət qaydalarının pozulması ilə məhkəmənin icraatına qəbul edildiyi aşkar olunmuşdur. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemində Cavabdeh şəxsi məlumatları qrafasında sorğu verilmiş, onun Qazax rayonunda qeydiyyatda olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iş üzrə qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Cavabdeh Qazax rayonunda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş,lakin məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, işə ərazi aidiyyatı üzrə Qazax Rayon Məhkəməsində baxılmalıdır.Ona görə də iş aidiyyəti üzrə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İş aidiyyəti üzrə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1151/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1151/2025
10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver