Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1165/2024 07.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən JN-105A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən 0.12 ha torpaq sahəsi də daxil olmaqla 0.25 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaratdığı maneələrə (ölçmə işlərinin aparılmasına edilən müdaxilələrə) son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Pirbulaq kəndində 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-105A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi vardır. Həmçinin, onun sahibliyində və istifadəsində olan torpaq sahəsi faktiki olaraq 0.25 hektardır. Bununla bağlı X1 xx.xx.2023-cü il tarixli, 2-1(114)-14/2023 saylı qərarı vardır. Həmin qərara əsasən, Gədəbəy rayonu Pirbulaq kəndində yerləşən JN-105A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən 0.12 ha torpaq sahəsi də daxil olmaqla 0.25 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərar qanuni qüvvəsini aldıqdan sonra o Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən JN-105A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən 0.12 ha torpaq sahəsi də daxil olmaqla 0.25 ha torpaq sahəsi üzərinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müriaciət etmişdir. Müraciəti ilə əlaqədar Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirilməsi üçün 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları 13 iyun 2024-cü il tarixdə əraziyə getmiş, lakin orada qonşu olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ölçmə işlərinə maenələr yaratmışdır. Bu səbəbdən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mümkün olmamış və 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən bu barədə xx.xx.2024-cü il tarixli məktub verilmişdir. Cavabdehlərin bu qanunsuz hərəkətləri isə onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, onun iddia tələbi ilə heç bir əlaqəsi yoxdur. O heç bir kəsin torpaq sahəsini tutmamış və ölçmə işlərinin aparılmasına maneə yaratmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1928-ci il tarixdə anadan olmuş, hazırda Gədəbəy rayonuPirbulaq kəndində qeydiyyatdadır. İşdə olan JN-105A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Pirbulaq kəndində 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan X1 xx.xx.2023-cü il tarixli, 2-1(114)-14/2023 saylı qərarının surətindən görünür ki, Gədəbəy rayonu Pirbulaq kəndində yerləşən JN-105A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən 0.12 ha torpaq sahəsi də daxil olmaqla 0.25 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 13 iyun 2024-cü il tarixli məktubdan görünür ki, məhkəmə qərarında qeyd edilən 0.25 ha torpaq sahəsinin faktiki vəziyyəti, ölçüləri və istiqaməti qeyd edilmədiyindən mübahisəli ərazinin hara olması və kimə məxsus olmasını müəyyən etmək üçün yerində baxış keçirilərkən qonşunun mübahisə yaratması səbəbindən sözügedən torpaq sahəsi üzərində ölçmə işlərinin aparılmasına şərait yaradılmamış, ona görə də yaranmış uyğunsuzluğu və mübahisəni nəzərə alaraq sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı qeyd edilən daşınmaz əmlaklara mülkiyyət hüquqları olmalı və həmin daşınmaz əmlakların dövlət qeydiyyatının aparılmasına cavabdeh tərəfindən maneələr yaradılmalı və bu maneələr qanunsuz olmalıdır. Məhkəmədə müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Pirbulaq kəndində 0.12 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN-105A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. X1 xx.xx.2023-cü il tarixli, 2-1(114)-14/2023 saylı qərarına əsasən, Gədəbəy rayonu Pirbulaq kəndində yerləşən JN-105A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən 0.12 ha torpaq sahəsi də daxil olmaqla 0.25 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Məhkəmə qərarının icrası ilə əlaqədar, yəni iddiaçı məhkəmə qərarı müəyyən edilmiş 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına müraciət etsə də, cavabdehlər tərəfindən ölçü işlərinin aparılmasına yaradılan maneələr nəticəsində sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı mümkün olmamışdır. Məhkəmə hesab edir ki, sözügedən daşınmaz əmlakın dövlət qeydiyyatının aparılmasına maneələrin yaradılması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Odur ki, sözügedən daşınmaz əmlakın dövlət qeydiyyatının aparılmasına cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən JN-105A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən 0.12 ha torpaq sahəsi də daxil olmaqla 0.25 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrə (ölçmə işlərinin aparılmasına edilən müdaxilələrə) son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy rayonu, Pirbulaq kəndində yerləşən, JN-105A KOD 50521028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən 0.12 ha torpaq sahəsi də daxil olmaqla 0.25 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrə (ölçmə işlərinin aparılmasına edilən müdaxilələrə) son qoyulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1165/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1165/2024
07.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver