Məhkəmə qərarları › İş №2(042)-1172/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1172/2022

28.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1172/2022 28.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ödənilmiş 8587.60 məbləğində vurulmuş zərər və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 8617.60 manat alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(042)-859/2018 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh vurulmuş zərərə görə 8587.60 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 8617.60 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh 21 oktyabr 2022-ci il tarixdə qiyabi qətnamənin ləğv edilməsi barədə məhkəməyə ərizə vermiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 251-ci maddəsinə əsasən, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (042)- 1172/2022 saylı qərardadı ilə qiyabi məhkəmə qətnaməsi ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, sığortalı "xxxx" MMC mülkiyyətində olan “Mitsubishi L200” markalı, **-AR-*** dövlət nömrə nişanlı minik avtomobilini 27 avqust 2009-cu il tarixdən 16 may 2010-cu il tarixinədək bəzi hadisələrdən, o cümlədən yol-nəqliyyat hadisələrindən iddiaçı "xxxx" ASC-də könüllü sığorta növündə sığortalamışdır. Sığortalı ilə iddiaçı arasında CSC-İC BAKCELL-0011 nömrəli nəqliyyat vasitələrinin sığorta müqaviləsi bağlanılmışdır. 2009-cu il dekabrın 29-da Cavabdeh tərəfindən idarə edilən “VAZ 2101” markalı, **-EE-*** dövlət nömrə nişanlı avtomaşınla Gədəbəy-Şəmkir yolunun 13-cü km-də "xxxx" ASC-də sığortalanmış “Mitsubishi L200” markalı, 90-AR- 065 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Gədəbəy rayon Məhkəməsinin 3(041)-05/2010 saylı 25 yanvar 2010-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Cavabdeh həmin tarixdə qüvvədə olmuş İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə təqsirli bilinmişdir. Başqa sözlə, vurulmuş zərərin məhz cavabdehin təqsirli əməli nəticəsində baş verməsi inzibati xəta haqqında iş üzrə qərarla müəyyən edilərək təsdiqini tapmışdır. "xxxx" Firması tərəfindən verilmiş 16 mart 2010-cu il tarixli qüsur aktına əsasən hadisə nəticəsində sığortalı avtomaşına 8587.60 məbləğində zərər dəymişdir. Sığortalı ilə iddiaçı arasında 50 manat şərtsiz azadolma məbləği nəzərdə tutulduğundan sığorta ödənişi 8587.60 manat olmuşdur. İddiaçı həmin məbləği 08 aprel 2010-cu il tarixdə 265 nömrəli ödəniş tapşırığı ilə ödəmişdir. Bununla da iddiaçının ödədiyi həmin məbləği subroqasiya qaydasında cavabdehdən tələb etmək hüququ yaranmışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə ərizə verərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhərində işləyir. O, idarə edilən “VAZ 2101” markalı, **-EE-*** dövlət nömrə nişanlı avtomaşınla Gədəbəy-Şəmkir yolunda “Mitsubishi L200” markalı, 90-AR- 065 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Buna görə o, 140 manat məbləğində cərimə olunmuşdur. “Mitsubishi L200” markalı avtomobilə vurulmuş zərər iddia tələbində göstərilən qədər olmamışdır. Zərər çox hesablanmışdır. Vurulmuş zərər 1500-2000 manat aralığında olmuşdur. Eləcə də, iddiaçı iddia müddətini ötürmüşdür. O bu barədə məhkəməyə ərizədə vermişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdeh izahatını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Maps arayışından görünür ki, Cavabdeh xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olmuş, hazırda həmin kənddə kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.2009-cu il tarixli, CSC-İC BAKCELL-0011 nömrəli nəqliyyat vasitələrinin sığorta müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavənin təsdiq edilmiş surətlərindən görünür ki, "xxxx" MMC mülkiyyətində olan 15 ədəd avtonəqliyyat vasitəsi, o cümlədən “Mitsubishi L200” markalı, **-AR-*** dövlət nömrə nişanlı minik avtomobili 27 avqust 2009-cu il tarixdən 16 may 2010-cu il tarixinədək "xxxx" ASC-də kasko, sürücü və sərnişinlərin fərdi qaydada sığortası və üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin könüllü sığortası üzrə sığortalanmışdır. Müqaviləyə əsasən, cəmi sığorta məbləği 776800 manat müəyyən edilmişdir. İşdə olan 00838/2010 saylı sığorta aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 2009-cu il dekabrın 29-da Cavabdeh tərəfindən idarə edilən “VAZ 2101” markalı, **-EE-*** dövlət nömrə nişanlı avtomaşınla Gədəbəy rayonu, Slavyanka kəndində "xxxx" ASC-də sığortalanmış "xxxx" MMC mülkiyyətində olan “Mitsubishi L200” markalı, **- AR-*** dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşmuşdur. Nəticədə sığortalı avtomobilə 8637.60 manat məbləğində zərər dəymişdir. Sığorta müqaviləsində razılaşdırılmış 50 manat məbləğində azad olma çıxılmaqla sığorta ödənişi 8587.60 manat məbləğində müəyyən edilmişdir. İşdə olan "xxxx" Firması tərəfindən verilmiş 16 mart 2010-cu il tarixli qüsur aktına əsasən, “Mitsubishi L200” markalı, **-AR-*** dövlət nömrə nişanlı minik avtomobilinə dəymiş zərər 8637.60 məbləğində təşkil etmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 25 yanvar 2010-cu il tarixli qərarından görünür ki, xx.xx.2009-cu il tarixdə saat 20.05 radələrində Cavabdeh Gədəbəy-Şəmkir yolunun 13-cü km-də etibarnamə əsasında idarə etdiyi VAZ-21001 markalı, **-EE-*** dövlət nömrə nişanlı avtomaşınla X3 məxsus olan “Mitsubişi L 200” markalı **-AR-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş, nəticədə avto qəza hadisəsi baş vermişdir. Həmin qərarla inzibati xəta törətmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinib 140 manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2010-cu il tarixli, 265 nömrəli ödəniş tapşırığının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 8637.60 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Qeyd olunan maddi hüquq norması baxımından məhkəmə qeyd etməyi zəruri sayır ki, "xxxx" MMC mülkiyyətində olan 15 ədəd avtonəqliyyat vasitəsi, o cümlədən “Mitsubishi L200” markalı, **-AR-*** dövlət nömrə nişanlı minik avtomobili 27 avqust 2009-cu il tarixdən 16 may 2010-cu il tarixinədək "xxxx" ASC-də kasko, sürücü və sərnişinlərin fərdi qaydada sığortası və üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin könüllü sığortası üzrə sığortalanmışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni 2009cu il dekabrın 29-da Cavabdeh tərəfindən idarə edilən “VAZ 2101” markalı, **-EE-*** dövlət nömrə nişanlı avtomaşınla Gədəbəy-Şəmkir yolunun 13-cü km-də "xxxx" ASC-də sığortalanmış "xxxx" MMC mülkiyyətində olan “Mitsubishi L200” markalı, **-AR-*** dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşmuşdur. Nəticədə sığortalı avtomobilə 8637.60 manat məbləğində zərər dəymişdir. Gədəbəy Rayon Məhkəməsinin 25 yanvar 2010-cu il tarixli hakimin inzibati xəta haqqında iş üzrə qərarı ilə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən sığortalı avtomobilin təmir edildiyi "xxxx" Firmasına 8637.60 manat məbləğində ödəniş edilmişdir. Sığorta müqaviləsində razılaşdırılmış 50 manat məbləğində azad olma çıxılmaqla sığorta ödənişi 8587.60 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 8587.60 manat sığorta ödənişini Cavabdeh subroqasiya qaydasında tələb etmək hüququ vardır. Cavabdeh vurulmuş zərərin iddia tələbində göstərilən məbləğdən az olmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.10-ci maddəsinə əsasən, maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Subroqasiya hüququna aid iddia müddətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinin tələbinə uyğun hesablanmalıdır Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, ümumi iddia müddəti on il təşkil edir. Nəqliyyat hadisəsi 29 dekabr 2009-ci il tarixdə baş vermiş, iddiaçı isə vurulmuş zərərin ödənilməsinə dair iddia ərizəsi ilə 26 iyul 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 367.1-ci maddəsinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılarkən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edildiyindən Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 238- 244, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 8587.60 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 8617 (səkkiz min altı yüz on yeddi) manat 60 (altmış) qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar