Məhkəmə qərarları › İş №2(042)-118/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-118/2023

20.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-118/2023 20.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı Şəmkir Regional X7nin etibarnamə X2 və Cavabdeh iştirakları ilə, iddiaçı Şəmkir Regional X7nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Şəmkir Regional X7 Cavabdeh qarşı X12 vurduğu 479.10 manat maddi ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Şəmkir Regional X7nin nümayəndəsi X5 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, X11 X4 Meşəbəyliyinin 10 saylı meşə Dolayısında Şəmkir RMTM-nin əməkdaşları tərəfindən verilən məlumatın araşdırılması zamanı Gədəbəy rayonu, İnəkboğan kənd sakini Cavabdeh heç bir icazə sənədi olmadan, qanunsuz olaraq, köküstəyaş halda vələs cinsindən 25 ədəd və ağcaqayın cinsindən 4 ədəd, ümumilikdə 29 ədəd ağacı kəsərək, dorğadığı aşkar edilmiş və mərkəzin əməkdaşları tərəfindən onun barəsində akt və dəymiş ziyana görə qiymətləndirmə cədvəli tərtib edilmişdir. Cavabdeh X12 479.10 manat məbləğində ziyan vurmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, o, günəmuzd fəhlə işləyir. X8 adlı şəxs ondan ağacları doğramasını xahiş etmiş, o da həmin ağacları doğramışdır. Bu zaman meşə təsərrüfatı idarəsinin əməkdaşları hadisə yerinə gəlmişlər. X3 ərazidən uzaqlaşmışdır. Onun heç bir təqsiri yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan xx.xx.2022-ci il tarixli aktın həcm-qiymətəndirmə cədvəlindən görünür ki, Şəmkir Regional X7nə 479.10 manat maddi zərər yetirilmişdir. İşdə olan Şəmkir Regional X7nin əməkdaşlarının iştirakları ilə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, cavabdehin X11 X1 Meşəbəyliyinin 4 saylı Dolayısında köküstə yaş halda cəmi, 29 ədəd, ağacı kəsərək dorğadığı aşkar edilmişdir. İşdə olan X10 protokol və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 16-cı maddəsinə əsasən, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Məcəllənin 64-cü maddəsinə əsasən,meşə gəliri köküstü oduncaq buraxılışı və meşədən digər istifadələrə görə, habelə meşə fonduna vurulan zərər və itkiyə görə ödəmələrdən ibarətdir. Ödəmələr meşə məzənnələri əsasında hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş, cavabdeh isə iddia tələbinə etiraz etmişdir. Məhkəmə araşdırması ilə cavabdehin təqsirli olması, yəni, xx.xx.2022-ci il tarixdə X11 X1 Meşəbəyliyinin 10 saylı Dolayısında köküstəyaş halda vələs cinsindən 25 ədəd, ağcaqayın cinsindən 4 ədəd, cəmi, 29 ədəd ağacları kəsməsi və X12 479.10 manat ziyan vurması müəyyən edilmişdir. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 479.10 manat alınaraq, Şəmkir Regional X7nin hesablaşma hesabına ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 479.10 manat alınaraq, Şəmkir Regional X7nin hesablaşma hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar