Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1219/2023 26.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun Cavabdeh qarşı azyaşlı övladları 05 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək (18 yaş) saxlanması üçün alimentin miqdarı artırılaraq hər ay cavabdehin qazancının (başqa gəlirlərin) 1/4 hissədə aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(104)-325/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilərək, Gədəbəy Rayonu Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 05 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 170 manat aliment miqdarı artırılaraq, məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlamaqla Cavabdeh hər ay 230 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda həmin məbləğ azyaşlı uşağını saxlamaq üçün yetərli deyildir. Belə ki, uşağın böyüməsi və qidalanması ilə bağlı xərclər mütəmadi şəkildə artmaqda davam edir, mövcud vəziyyətdə isə uşağını təkbaşına saxlaya bilmir. Hazırda özü heç bir yerdə işləmir, əlavə hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Cavabdeh isə yüksək əmək haqqı alır və yaxşı qazanc əldə edir. Onun hər ay kifayət qədər yüksək aliment ödəmək imkanı vardır. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verərək, iddia tələbinin təmin edilməsi və alimentin miqdarının dəyişdirilərək cavabdehin qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan AZ-İV № 056175 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 05 may 2013-cü il tarixdə anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2(104)-325/2023 saylı qətnaməsinə əsasən, Apellyasiya şikayəti qismən təmin edilməsi, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-836/2022 nömrəli qətnaməsinin dəyişdirilməsi, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(042)- 243/2020 saylı qətnaməsi ilə 05 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 170 manat alimentin miqdarı artırılaraq, məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlamaqla Cavabdeh hər ay 230 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan mediator Azər Qurbanov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. İşdə olan Gədəbəy RİHB-nın Şəkərbəy kənd İƏD üzrə nümayəndəliyi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş 28 iyun 2022-ci il tarixli, 70 saylı məktubdan görünür ki, Şəkərbəy kənd İƏD üzrə nümayəndəliyinin Baş mühasibi- Baş məsləhətçisi Cavabdeh aylıq hesablanmış əmək haqqı 1183 manat, plastik kartına köçən məbləğ 758.30 manat hesablanır. Məhkəmə iclasında iddiaçının izahatı və iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2(104)-325/2023 saylı qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(042)-243/2020 saylı qətnaməsi ilə 05 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 170 manat alimentin miqdarı artırılaraq, məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlamaqla Cavabdeh hər ay 230 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Alıyev X3 RİHB-nın Şəkərbəy kənd İƏD üzrə nümayəndəliyinin Baş mühasibi- Baş məsləhətçisi vəzifəsində işləyir və aylıq əmək haqqı 1183 manat təşkil edir. İddiaçı iddia qaldıraraq cavabdehin sabit qazancı olduğuna görə hər ay sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək cavabdehin aylıq qazancının (əmək haqqının) ¼ hissəsi məbləğində müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi, cavabdeh Gədəbəy RİHB-nın Şəkərbəy kənd İƏD üzrə nümayəndəliyinin Baş mühasibi- Baş məsləhətçisi vəzifəsində işləyir və sabit qazancı vardır. Eləcə də, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2023cü il tarixli, 2(104)-325/2023 saylı qətnaməsi ilə sabit pul məbləğində təyin edilmiş aliment iddiaçının mənafeyi və maraqlarına xələl gətirir. Belə olan halda iddiaçıya təyin edilmiş alimentin miqdarının dəyişdirilməli, uşaq üçün cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ödənilmiş mediasiya xərci isə cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, ödənilmiş 55 manat mediasiya xərci cavabdehdən Cavabdeh tutularaq İddiaçı verilməli, Cavabdeh 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2(104)-325/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş, 05 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində İddiaçı xeyrinə tutulan 230 manat alimentin miqdarı dəyişdirilərək Cavabdeh qazancının və ya başqa gəlirinin ¼ hissəsi miqdarında müəyyən edilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1219/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1219/2023
26.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver