Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1219/2024 02.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Natiq Nihad oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçünçü şəxs DƏDRX-nin 11 Saylı Şəmkir Ərazi İdarəsinə qarşı hüquqların qeydə alınmasına yaradılan maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçünçü şəxs DƏDRX-nin 11 Saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən X2 miras qalmış fəridi yaşayış evinin, JN-696 KOD 50532028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktıəsasında verilmiş 0.78 ha, JN-057A KOD 50532028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.28 ha və JN-057B KOD 50532028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.02 ha torpaq sahələrinin onların adlarına daşınmaz əmlakın reyestrində qeydə alınmasına (ölçmə işlərinin aparılmasına) cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 tərəfində yaradılan manelərin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq, onlara verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxışı iclasında İddiaçı2 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ilkin iddia tələbinin qismən təmin edilməsi, mərhum X2 miras qalmış, Gədəbəy rayonu Qaradağ kəndində yerləşən torpaq sahələri və evə payları müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da mərhum X2 miras qalmış, Gədəbəy rayonu Qaradağ kəndində yerləşən torpaq sahələri və evə payları müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Onlar məhkəmə qətnaməsi ilə müəyyən edilmiş paylarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsələr də, daşınmaz əmlakın əməkdaşları tərəfindən fərdi yaşayış evində zəruri ölçmə işlərinin aparılmasına cavabdehlər mane olmuşlar. Bu barədə 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən onlara məktub verilmiş və bununla bağlı məhkəməyə müraciət etmək hüquqularının olmasını bildirmişlər. Ona görə də həmin əmlakın yerləşdiyi ərazidə ölçmə işləri aparılmasına cavabdehlər tərəfindən edilən maneələrə son qoyulması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı1 eyniməzmunlu izahat vermiş, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək, bildirmişdir ki, çıxarılmış qətnaməyə uyğun ölçmə işlərinin aparılmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh1 eyniməzmunlu izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndələrini məhkəmə iclasına göndərməmişlər. Məhkəmə baxış iclasının cavabdeh X4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 2(042)-149/2024 saylı qətnaməsindən görünür ki, tərəflərin Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən miras əmlakda payları müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflərin Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən miras əmlakda payları müəyyən edilmişdir. İddiaçılar hüquqlarının qeydə alınamsı üçün daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət etmiş, lakin cavabdehlər heç bir hüquqi əsasları olmadan ölçmə işlərinin aparıllmasına mane olmuşlar. Məhkəmənin qənaətinə görə ölçmə işləri texniki prosedur olaraq, hər hansı bir şəxsin hüquqlarının pozulmasına səbəb ola bilməz. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı1 və İddiaçı2 hüquqlarının qeydə alınması üçün müstəqil tələb irəli sürməyən üçünçü şəxs DƏDRX-nin 11 Saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılan ölçmə işlərinə yaradılan maneələr aradan qaldırılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bədəl qızından alınaraq, X1 və İddiaçı2 verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1219/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1219/2024
02.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver