Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1233/2023 19.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona dəymiş ziyanın əvəzi olaraq 1700 manatın və dövlət rüsumu olaraq ödəmiş olduğu 35 manat pulun alınıb ona verilməsinə dair çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, o, özünə məxsus iri və xırda buynuzlu mal-qara saxlayır. Cavabdeh ilə yaxın qonşudur. Onların aralarında heç bir münaqişə və digər mübahisə olmamışdır. Onun inəyi xx.xx.2023-cü il tarixdə örüşdə otlayan zaman Cavabdeh həyətyanı torpaq sahəsinin ətrafına çəkilmiş metal tor setkaya toxnmuş və inəyini elektirik cəryanı vurub öldürmüşdür. Cavabdeh evinə üstü bağlı kabellə metal tor hasarın baş hissəsinə bağlamaqla elektirik xətti çəkmişdir ki, nəticədə çəkilmiş kabelin üstü açıq olan hissəsindən elektirik cəryanı keçərək bir baş inəyini öldürmüşdür. Həmin vaxt kənd icra nümayəndəsi X.Zeynalov, baytar həkim Tofiq Əliyevin, cavabdehin və onun iştirakı ilə inəyin meyitinə baxış keçrilmiş və inəyin daxili orqanlarından nümunələr götrülərək inəyin meyiti ekskovatorla çala qazılaraq bastırlmışdır. Heyvanın daxili orqanlarından götrülmüş nümunələr Göy-Göl Regoinal sınaq labaratoryasına göndərilmiş və nəticədə inəyin ölmə səbəbi elektirik cəryanının təsirindən olduğu aşkarlanmışdır. O, Cavabdeh onun inəyinin ödənilməsini tələb etsə də, onun inəyinin ya özünü və yaxud dəyər qiymətinin ödənilməsindən boyun qaçırır. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, cavabdehin oğludur. İddiaçı onları qonşusudur. İddiaçının inəyi dəmir setkadan keçərkən ölmüşdür. İddiaçı əvvəlcə onlardan heç bir şikayət etməmiş və onlardan şikayətinin olmadığını, inəyin ölməsinə görə vurulmuş ziyanın Gədəbəy elektrik şəbəkəsinin ödəyəcəyini bildirmişdir. Onların ailə üzvlərinə məxsus olan iki ev arasında kabellər vasitəsi ilə metal tor hasarı saxlayan dəmir dirəklərin üzəri ilə elektrik xətti çəkilmişdir. Bu xəttin çəkilməsinə texniki şərtləri olmamış, Gədəbəy elektrik şəbəkəsinin işçiləri elektrik xəttini çəkmişlər. O və ailə üzvləri dəfələrlə həmin tor hasarın üzərindən keçmiş və toxunmuşlar, lakin onları elektrik cərəyanı vurmamışdır. Çəkilmiş elektrik xəttinin üzəri bağlı olmuş və elektrik cərəyanı buraxmamışdır. Elektirik xətti 10 ildən çoxdur ki, çəkilmişdir və həmin elektrik xəttindən elektrik cərəyanın keçirilməsi ilə bağlı heç bir hadisə baş verməmişdir. X3 məhkəmə iclasında bildirdi ki, iddiaçı onun əridir. Elektrik cərəyanı inəyi vurarkən orada olmuşdur. Cavabdehin ailə üzvlərinin yaşadığı iki ev arasında metal tor hasarın üzərindən elektrik xətti çəkilmişdir. O, inəyi xx.xx.2023-cü il tarixdə örüş sahəsindən gətirən zaman inək həmin metal tor hasara toxunmuş və inəyi elektrik cərəyanı vurmuşdur. O, Gədəbəy rayonu, Düzrəsullu kənd sakini Nazilə Cabbarovanı çağıraraq, elektirik axının kəsilməsini istəmişdir. Hətta elektirik cərəyanı onu da vura bilərdi. İnək elektrik cərəyanın vurması nəticəsində ölmüşdür. X13 məhkəmə iclasında X3 ilə eyni məzmunlu ifadə verdi Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı müraciəti əsasında Gədəbəy rayonu, Düzərsullu kənd İƏD üzrə nümayəndəsi X8, Düzrəsullu baytarlıq özəl baytar həkimi X10 və Düzrəsullu özəl baytarlıq sahəsinin sosial işçisi X5 iştirakları ilə İddiaçı məxsus Cavabdeh həyətyanı torpaq sahəsində ölmüş bir baş cinsi dişi olan inəyin cəsədinə ilkin baxış keçirilmiş, inək Cavabdeh həyətyanı torpaq sahəsindəki setkanın üzərinədən yıxılmış və arxa ayağı setka məftilinə dolaşmış şəkildə olmuşdur. İşdə olan X15 Laboratoriyası tərəfindən verilmiş sınaq protokolundan və yarma protokolundan görünür ki, İddiaçı məxsus inək gərginliyə düşmə nəticəsində ölmüşdür. İşdə olan Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 31 oktyabr 2023-cü il tarixli, 169 nömrəli arayışdan görünür ki, bir baş 6 illik dişi iri buynuzlu heyvan – inək 1600- 1700 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehlərdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-in (bundan sonra MPM) 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunan hüquq normaları baxımından məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dəyərinin ödənilməsini tələb etdiyi iribuynuzlu heyvan ona məxus olmalı və həmin iribuynuzlu heyvan cavabdehin təqsiri ucbatından ölməsi nəticəsində ona ziyan vurulmasını sübuta yetirməlidir. Məhkəmə iclasında işin mübahisələndirilməyən halları ilə müəyyən olundu ki, İddiaçı məxsus bir baş iribuynuzlu 6 illik heyvan cavabdehə və onun ailə üzvlərinə məxsus iki evdən bir-birinə, həyətyanı torpaq sahəsinin ətrafına çəkilmiş metal toru saxlayan dəmir dirəklərin üzəri ilə çəkilmiş elektirik xəttinin cərəyan buraxması nəticəsində ölmüşdür. Bu fakt iddiaçının izahatı, şahid ifadələri və digər sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında qeyd edilən elektirik xəttinin Gədəbəy elektrik şəbəkəsi işçiləri tərəfindən çəkildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədi. Məhkəmədə müəyyən olundu ki, qeyd edilən elektirik xətti Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş X1ydalarına uyğun olaraq çəkilməmiş və həmin elektirik xəttinin mövcud olması ətraf mühit üçün real təhlükə yaratmışdır. Cavabdeh ona məxsus evlərə çəkilmiş elektirik xəttinin daha təhlükəsiz və qaydalara uyğun olaraq çəkilməsi üçün tədbirlər görməmiş, kobud ehtiyatsəzlıq etmiş, bu isə iddiaçıya məxsus bir baş iribuynuzlu 6 illik heyvanın ölməsi ilə nəticələnmişdir. Belə olan halda, iddiaçıya həmin iribuynuzlu heyvanın dəyərində ziyan dəymişdir. Odur ki, iddiaçı ona dəymiş maddi ziyanı cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçıya vurulmuş ziyanın həddi məsələsini həll edərkən hesab edir ki, Gədəbəy rayon "xxxx" MMC tərəfindən verilmiş 31 oktyabr 2023-cü il tarixli, 169 nömrəli qiymətləndirmə barədə arayış əsas götürülməli, iddiaçıya vurulmuş maddi ziyan iribuynuzlu heyvanın dəyərində yəni 1700 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 1700 manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 1700 (bir min yeddi yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1233/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1233/2023
19.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver