Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1234/2025 10.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinə köçürülmə və müdaxilələrə son qoyulması tələbi barədə» iddiası üzrə mülki iş (açar sözlər: mənzil mübahisələri, mənzilə köçürülmə) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinə köçürülmə və müdaxilələrə son qoyulması tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq, onun mərhum həyat yoldaşı X3 məxsus, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı nümayəndəsi, Vəkil məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın predmetinin dəyişdirilməsi barədə ərizə verərək, İddiaçı ünvan 1ində yerləşən, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Qoşabulaq kənd İƏD üzrə Nümayəndəliyinin təsərrüfatbaşına kitabında iddiaçının adına qeyd edilmiş fərdi yaşayış evinə köçürülməsi və İddiaçı həmin evdən istifadə etməsinə Cavabdeh tərəfindən yaradılan hər cür müdaxiləyə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı nümayəndəsi, Vəkil iddia tələbini onunla əsaslandırmışdır ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olubolmamasını müəyyənləşdirmək üçün “Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri" publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi’ MMC-yə müvafiq vəkil sorğusu göndərilmiş, sorğuya cavab olaraq göndərilmiş Gədəbəy rayonunun Qoşabulaq kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəldən görünür ki, sözügedən 0,33 ha torpaq sahəsi X4, İddiaçı, X5 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. Həmçinin, mübahisəli fərdi yaşayış evinin Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Qoşabulaq kənd İƏD üzrə Nümayəndəliyinin təsərriifatbaşına kitabında İddiaçı adına qeyd edilib-edilməməsi barədə arayış almaq üçün Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Qoşabulaq kənd İƏD üzrə Nümayəndəliyinə vəkil sorğusu göndərilmiş, sorğuya cavab olaraq gönədirlmiş məktubdan görünür ki, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Qoşabulaq kənd İƏD üzrə Nümayəndəliyininin 2021 -2025-ci illərə dair təsərrüfatbaşına kitabında sözügedən fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. Hal-hazırda Cavabdeh iddiaçını heç bir əsas olamdan zorla mübahisəli fərid yaşayış evindən çıxarmış və evin qapısını kilidləmişdir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, iddiaçı uzun illər həmin evdə yaşamışdır. Onun hazırda yaşamağa başqa evi yoxdur. Müvəqqəti olaraq Şəmkir rayonunda bacısının evinə sığınmışdır. Ona görə iddiaçı həmin evə köçürülməli və onun evdən istifadə etməsinə cavabdeh tərəfindən yaradılan hər cür müdaxiləyə son qoyulmalıdır. Odur ki, iddiaçının mübahisəli evə köçürülməsi və onun evdən istifadə etməsinə cavabdeh tərəfindən yaradılan hər cür müdaxiləyə son qoyulması barədə qətnamə çıxarılmalıdır.
II. Tərəflərin mövqeləri:
4. İddiaçı nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
8. Belə ki, mülki iş materiallarında olan; - X7 kitabında xx.xx.2010-cu il tarixində 418 nömrə ilə uçota alınmış A № 150719 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 15 nömrəli qərarı ilə X3 Gədəbəy rayonu, Qoşabulaq kəndində 3298,52 kv.m torpaq sahəsi verilmişdir. - xx.xx.2004-cü il tarixli Gədəbəy rayonunun Qoşabulaq kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 15 nömrəli qərarı ilə verilmiş 0,33 ha torpaq sahəsi üzrə X4, İddiaçı, X6 və Cavabdeh ümumi birgə mülkiyyətçilərdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə ölmüşdür. - Gədəbəy RİHB-nin Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, mərhum X2 adına olan 3298,52 kv.m həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2021-2025-ci illərə dair təsərrüfatbaşına kitabda İddiaçı adına qeyd edilmişdir.
9. Məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 15 nömrəli qərarı ilə, X7 kitabında xx.xx.2010-cu il tarixində 418 nömrə ilə uçota alınmış A № 150719 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 3298,52 kv.m torpaq sahəsi üzrə X4, İddiaçı, X6 və Cavabdeh ümumi birgə mülkiyyətçilərdir. Sözgedən fərdi yaşayış evi həmin torpaq sahəsinin üzərində yerləşir və təsərrüfatbaşına kitabda İddiaçı adına qeydə alınmışdır. Sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da İddiaçı məxsusluğu və ya mülkiyyət hüquqlarının olması mübahisələndirilmir. İddiaçı hazırda həmin evdə yaşamadığını və oğlu, Cavabdeh tərəfindən çıxarıldığını bildirir, cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək bunu təkzib etməmiş və iddiaçının bildirdiklərinin əksini təsdiq edən hər hansı sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı sözgedən fərdi yaşayış evindən çıxarılması və istifadəsinə maneələrin yaradılması sonuncunun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir.
10. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının; - 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
11. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir.
12. Azərbaycan Respublikasının Mülki Məcəllənin; - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
13. Beləliklə məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia təmin olunmalı İddiaçı Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Qoşabulaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabında sonuncunun adına qeyd edilmiş fərdi yaşayış evinə köçürülməli və İddiaçı həmin fərdi yaşayış evindən istifadəsinə Cavabdeh tərəfindən yaradılan hər cür müdaxilələrə son qoyulmalıdır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia təmin edilsin. İddiaçı Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Qoşabulaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabında sonuncunun adına qeyd edilmiş fərdi yaşayış evinə köçürülsün və İddiaçı həmin fərdi yaşayış evindən istifadəsinə Cavabdeh tərəfindən yaradılan hər cür müdaxilələrə son qoyulsun. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov