Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1246/2021 21.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim X3 oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, iddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəm iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC borclu Cavabdeh qarşı 985.88 ABŞ dolları əsas, 135.44 ABŞ dolları faiz, 76 ABŞ dolları cərimə olmaqla cəmi, 1197.32 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması tələbləri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 25.01.2017-ci il tarixli, 2(042)-221/2017 saylı məhkəmə əmri ilə xx.xx.1969-cu il tarixdə Gədəbəy rayonunun Novoivanovka kəndində doğulmuş və həmin kənddə qeydiyyatda olan borclu X1 BOKT "xxxx" MMC-nin xeyrinə 985.88 ABŞ dolları əsas, 135.44 ABŞ dolları faiz, 76 ABŞ dolları cərimə olmaqla cəmi, 1197.32 ABŞ dollarının ödəniş vaxtı Azərbaycan manatına olan məzənnəsi məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Cavabdeh məhkəmə əmrindən etiraz vermiş, Gədəbəy Rayon Məhkəməsinin 30.11.2021-ci il tarixli, 2(042)-1246/2021 saylı qərardadı ilə məhkəmə əmri ləğv edilmişdir. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X4 izahat verərək, bildirmişdir ki, cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış 22.01.2016-cı il tarixli, LD/16022/00099 saylı kredit müqaviləsinə əsasən 26 ay müddətə 27.03.2018-ci il tarixədək 1090 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin Cavabdeh banka olan borcunu ödəməmişdir. Lakin onun kredit borcu Azərbaycan Respublikası Prezidentinin sərəncamının təsir dairəsinə düşmüş və onun 256.46 ABŞ dolları əsas, 135.44 ABŞ dolları faiz, 76 ABŞ dolları cərimə olmaqla cəmi, 467.9 ABŞ dolları qalmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlərə əsasən borcu müəyyən olunmuş qaydada və müddətdə qaytarmalı olduğu halda, götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılması xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, o, BOKT "xxxx" MMCdən götürdüyü krediti ödəmişdir. Onun borcu qalmamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan müqavilənin surətindən görünür ki, 22.01.2016-cı il tarixli, LD/16022/00099 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 26 ay müddətə 27.03.2018ci il tarixədək 1090 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan Maliyyə Arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-ə 256.46 ABŞ dolları əsas, 135.44 ABŞ dolları faiz, 76 ABŞ dolları olmaqla cəmi, 467.9 ABŞ dolları borcu var. İşdə оlаn ödəniş tаpşırığındаn görünür ki, "xxxx" MMC işə məhkəmədə baxılması üçün 20 mаnаt məbləğində dövlət rüsumu ödəmişdir. Аzərbаycаn Rеspublikası МPM-inin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Мəcəllənin 77.1-ci маddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Мəcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə (hакiм) öz qətnаməsini yаlnız məhkəмə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbi qismən təmin еdilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarının izahına əsasən Mülki Məcəllənin 439.2-ci maddəsinə görə, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən, əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış 22.01.2016-cı il tarixli, LD/16022/00099 saylı kredit müqaviləsinə əsasən 26 ay müddətə 27.03.2018-ci il tarixədək 1090 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh banka olan borcunu ödəməmişdir. Lakin onun kredit borcu Azərbaycan Respublikası Prezidentinin təsir dairəsinə düşmüş və onun 256.46 ABŞ dolları əsas, 135.44 ABŞ dolları faiz, 76 ABŞ dolları cərimə olmaqla cəmi, 467.9 ABŞ dolları qalmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edərək, cərimə məbləğinin 7 ABŞ dolları saxlanılması tərəflərin mənafelərinə uyğun hesab edir. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 256.46 ABŞ dolları əsas, 135.44 ABŞ dolları faiz, 7 ABŞ dolları faiz, cəmi, 399.9 ABŞ dollarının ödəniş günündə Azərbaycan manatına ekvivalent məbləği borc və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq, "xxxx" MMC-ə verilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPMnin 216-227; 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 256.46 ABŞ dolları əsas, 135.44 ABŞ dolları faiz, 7 ABŞ dolları cərimə, cəmi, 399.9 ABŞ dollarının ödəniş günündə Azərbaycan manatına ekvivalent məbləği borc və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq, "xxxx" MMC-ə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1246/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1246/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver