Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1269/2024 16.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr alimentin artırılması) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1016/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 09 avqust 2015-ci il təvəllüdlü X8 və 16 sentyabr 2016cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 110 manat,cəmi 220 manat sabit miqdarda tutulan alimentin miqdarının 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün qanunla müəyyən edilmiş həddə-hər uşaq üçün hər ay 235 manat, cəmi 470 manat həddində artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin avqust ayında Cavabdeh qarşı “aliment tutulması" tələbinə dair iddia ərizəsi ilə Gədəbəy rayon Məhkəməsinə müraciət etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(042)-1013/2018 saylı qətnaməsinə əsasən iddiası qismən təmin edilərək Cavabdeh 24 sentyabr 2018-ci il tarixdən başlayaraq, 09 avqust 2015-ci il təvəllüdlü X3 və 16 sentyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 110 manat olmaqla, iki uşaq üçün 220 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə ilə tutulması qət edilən aliment məbləği uşaqların yaşayış minimumunu təmin etmədiyi halda, həmin qətnamənin qəbulundan keçən müddət ərzində uşaqların yaşının artması ilə əlaqədar tələbatının da artması, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artması qət edilən aliment məbləğinin artırılması zərurətini yaratmışdır. Odur ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1016/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hər uşağa görə hər ay 110 manat, cəmi 220 manat saoit pul məbləği miqdarında qət edilən alimentin miqdarının 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün qanunla müəyyən edilmiş həddə hər uşaq üçün hər ay 235 manat, cəmi 470 manat həddində artırılmasının birgə nikahdan anadan olmuş uşaqların mənafeyinə daha uyğun olacağı qənaətindədir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, o, əvvəllər Rusiya Federasiyasında işləmiş, sənədində yaranan problemə görə ölkəyə qayıtmışdır. O, hazırda işləyir və aylıq əmək haqqı 360 manat təşkil edir. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcundan ödənişlər etmiş, lakin, hazırda həmin borcu ödəməkdə çətinlik çəkir. Onun hazırda 1480 manat aliment borcu vardır. Maddi imkanı aşağıdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
7. Belə ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-1016/2018 saylı qətnaməsinə əsasən, Cavabdeh 24 sentyabr 2018-ci il tarixdən başlayaraq, 09 avqust 2015-ci il təvəllüdlü X3 və 16 sentyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 110 manat olmaqla, iki uşaq üçün 220 manat aliment tutulub iddiaçı X4 verilməsi qət edilmişdir.
8. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə, X10 isə xx.xx.2016-cı il tarixdə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşlar. Ataları qrafasında Cavabdeh, anaları qrafasında X9 qeyd edilmişdir.
9. Elektron Məhkəmə Sistemindən çıxarış məlumatlarına əsasən müəyyən edilir ki, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləmir.
10. Məhkəmə tərəflərin birgə yaşadıqları dövrdə anadan olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, alimentin məbləğinin təyin edildiyi vaxta – 2018-ci ilə münasibətdə ümumi sosial həyatda olan dəyişikliyi nəzərə alaraq hesab edir ki, 09 avqust 2015-ci il təvəllüdlü X3 və 16 sentyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin miqdarı artırılmalıdır.
11. Eyni zamanda məhkəmə cavabdehin rəsmi əmək müqaviləsi üzrə işləmədiyini, özünün bildirməsinə görə qeyri-rəmi olaraq işləyərək az miqdarda əmək haqqı aldığını, maddi durumunun yüksək olmadığnı nəzərə alaraq, aliment məbləğinin dəyişdirilərək, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.
12. Belə ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
13. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
14. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur.
15. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
17. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
18. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
20. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-1016/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq hər ay bir uşağa 150 manat olmaqla cəmi 300 manat (üç yüz) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
21. İddiaçı alimentin artırılması tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 9.1.2-ci maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
V. Nəticə:
22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-1016/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq hər ay bir uşağa 150 manat olmaqla cəmi 300 manat (üç yüz) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissəsi təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Sədrlik edən: Zamiq Rəsulov