Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1273/2024 16.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr alimentin artırılması) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (anası) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı - xx.xx.2012-ci doğum tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-580/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş 120 manat alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində 235 manat miqdarında müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2011-ci ildə Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə xx.xx.2012-ci il doğum tarixli X8 adında bir övladları olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Uşaq hal-hazırda onun himayəsində yaşayır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-580/2018 saylı qətnaməsi ilə X4 atalığı müəyyən edilmiş və qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay sabit pul məbləğində 120 manat aliment tutulması qət edilmişdir. Hazırda o həmin məbləğlə uşağına baxmaqda çətinlik çəkir. Heç bir yerdə işləmir və maddi imkanı çox aşağıdır, 120 manat aliment bu dövrdə bir uşağın saxlanması, onun təhsil, qida, geyim və digər tələbatlarının qarşılanması üçün çox az məbləğdir. Ona görə də alimentin miqdarının artırılmasını istəyir. Cavabdeh fərdi əməklə məğul olur, maddi vəziyyəti olduqca yaxşıdır. Hesab edir ki, cavabdehin hər ay ona 235 manat miqdarında aliment ödəməyə kifayət qədər imkanı vardır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, uşağı xəstədir. Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcunu da vaxtlı-vaxtında ödəmir. Həmin məbləğlə uşağa baxmaqda çətinlik çəkir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh nümayəndəsi (anası) X5 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, cavabdeh onun oğludur. Oğlu heç bir yerdə işləmir. Oğlu qəzaya düşmüş və iş qüvvəsini itirmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti o, özü ödəyir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
7. Belə ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-1016/2018 saylı qətnaməsinə əsasən İddiaçı 15 oktyabr 2012-ci il tarixdə doğulmuş X4 atasının Cavabdeh olması faktının müəyyən edilməsi və 02 may 2018-ci il tarixdən başlayaraq 15 oktyabr 2012-ci ildə anadan olmuş Səma adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 120 manat alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir.
8. İşdə olan AZ-İİ № 962267 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, atası qrafasında X7, anası qrafasında İddiaçı qeyd edilmişdir.
9. İşdə olan Gədəbəy RİHB-nın Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Cabbarov X1 İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 06 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 73-cü səhifəsində, 524 nömrəli şəxsi hesabda qeyd edilmişdir və hazırda ərazidə yaşayır. Ailənin maddi durumu aşağıdır.
10. Elektron Məhkəmə Sistemindən çıxarış məlumatlarına əsasən müəyyən edilir ki, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləmir.
11. Məhkəmə tərəflərin birgə yaşadıqları dövrdə anadan olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, alimentin məbləğinin təyin edildiyi vaxta – 2018-ci ilə münasibətdə ümumi sosial həyatda olan dəyişikliyi nəzərə alaraq hesab edir ki, 15 oktyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılmalıdır.
12. Eyni zamanda məhkəmə cavabdehin hal-hazırda işsiz olmasını, maddi durumunun yüksək olmadığını nəzərə alaraq, aliment məbləğinin dəyişdirilərək, 150 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.
13. Belə ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
14. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur.
16. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
18. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
20. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-580/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
21. İddiaçı alimentin artırılması tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 9.1.2-ci maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
V. Nəticə:
22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-580/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissəsi təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Sədrlik edən: Zamiq Rəsulov