Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-129/2023 01.03.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, və cavabdeh “X4” MMC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh “X4” MMC-ə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “X4” MMC-ə qarşı “X4” MMC tərəfindən ona vurulmuş maddi ziyana görə 1261 manat məbləğində pulun və 33 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi, 1294 manat məbləğində pulun “X4” MMC-dən alınaraq, ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması haqqında ərizə vermiş, “X4” MMC tərəfindən ona vurulmuş maddi ziyana görə 11261 manat məbləğində pulun və 123 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi, 11384 manat məbləğində pulun “X4” MMC-dən alınaraq, ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş izahat verərək bildirmişdir ki, mülkiyyətində olan torpaq sahəsində şirin su mənbəyi vardır. Gədəbəy rayonu, Zəhmətkənd kəndi ərazisində fəaliyyət göstərən “X4” MMC ilə aralarında olan razılaşmaya görə cavabdehin ona məxsus torpaq sahəsində qazıntı işləri aparmasına icazə vermişdir. 2022-ci ilin yay aylarında cavabdeh torpaq sahəsində yerləşən şirin su ehtiyatını götürmək üçün razılaşdıqları ərazidə qazıntı aparmış, həmin ərazidə su mənbələri aşkar edilmişdir. Lakin bundan sonra o, Bakı şəhərində müalicədə olduğu müddətdə, cavabdeh ona heç bir məlumat vermədən, razılaşdıqları ərazidən kənar sahədə də qanunsuz olaraq torpaq sahəsinin ətrafına çəkdiyi metal tor hasarı açaraq, yenidən qazıntı işləri aparmışdır. Cavabdeh qazıntı işləri apardıqdan sonra açmış olduğu metal tor hasarı bağlamamış, nəticədə yoldan keçən mal-qara onun əkin sahəsinə daxil olaraq, əkdiyi kartof, kələm və lobya məhsullarını yararsız hala salmışdır. Yəni, cavabdehin təqsirli hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Torpaq sahəsinin 0.04 ha hissəsində kartof, 0.03 ha hissəsində kələm, 0.03 ha hissəsində lobya məhsulu əkmişdir. Həmin məhsullar məhv olmuş, nəticədə ona 1261 manat ziyan dəymişdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X3 Rayon Mərkəzinin əməkdaşları əkdiyi kələm, lobya və kartof sahəsinə baxış keçirmişlər. Verilmiş rəyə əsasən 0.04 ha kartof, 0.03 ha kələm və 0.03 ha lobya sahəsinə mal-qara tərəfindən ciddi ziyan dəymiş, məhsul 100 faiz məhv olmuşdur. 0.03 ha kələm sahəsindən 900-950 kq kələm, 0.03 ha lobya sahəsindən 440-480 kq lobya, 0.04 ha kartof sahəsindən 350-400 kq kartof məhsulu əldə etmək mümkündür. Bundan başqa "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, "xxxx" MMC-də 1 kq lobya 1.20 manata, 1 kq kartof 1 manata, 1 kq kələm 0.30 manata satılır. Bu hesabla cavabdehin təqsirli hərəkətləri nəticəsində ona kələm məhsuluna görə 285 manat, lobya məhsuluna görə 576 manat, kartof məhsuluna görə isə 400 manat, cəmi 1261 manat maddi ziyan dəymişdir. Bundan başqa cavabdeh onun kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 40 metr uzunluğunda, 8 metr enində özbaşına olaraq qazıntı işləri aparmış, bununla da onun torpaq sahəsini yararsız hala salaraq, ona 10000 manat miqdarında ziyan vurmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh “X4” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələblərinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı dəymiş ziyana görə 13800 manat, ödənilmiş dövlət rüsumunun 132 manat hissəsi, cəmi, 13932 manatın alınaraq, “X4” MMC-ə verilməsi qət edilmişdir. İddiaçı bundan sonra onlara qarşı aqressivləşmiş, onlara qarşı ziyan tələbi ilə məhkəməyə müraciət etmişdir. Onlar iddiaçının torpaq sahəsinə heç bir müdaxilə edilməmiş, iddiaçıya ziyan dəyməmiş, iddiaçının metal çəpəri cavabdehin əməkdaşları tərəfindən sökülməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Rəydən görünür ki, Gədəbəy raonunun Slavyanka kənd sakini İddiaçı məxsus 0.04 ha kartof, 0.03 ha kələm və 0.03 ha lobya sahəsinə mal-qara tərəfindən ciddi ziyan dəymiş, məhsul 100 faiz məhv olmuşdur. 0.03 ha kələm sahəsindən 900-950 kq kələm, 0.03 ha lobya sahəsindən 440-480 kq lobya, 0.04 ha kartof sahəsindən 350-400 kq kartof məhsulu əldə etmək mümkündür. İşdə olan Arayışdan görünür ki, 1 kq lobya 1.20 manata, 1 kq kartof 1 manata, 1 kq kələm 0.30 manata satılır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-72/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı dəymiş ziyana görə 13800 manat, ödənilmiş dövlət rüsumunun 132 manat hissəsi, cəmi, 13932 manat alınaraq, “X4” MMC-ə verilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, “X4” MMC İddiaçı məxsus həyətyanı torpaq sahəsində qazıntı işləri aparmaq üçün ekskavatorçuya 300 manat ödəniş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаyqаsını müəyyən еqir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlquğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasındakı razılaşmaya əsasən Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən iddiaçıya məxsus həyətyanı sahənin aşağı hissəsində su mənbələrinin axtarılması üçün cavabdeh tərəfuindən qazıntı işləri aparılmışdır. Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsindən istifadə edilməsi ilə əlaqədar iddiaçıya 13500 manat ödənilmişdir. Tərəflər arasındakı razılaşma pozulmuş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-72/2023 saylı qətnaməsi ilə İddiaçı 13800 manatın, ödənilmiş dövlət rüsumunun 132 manat hissəsinın, cəmi, 13932 manatın alınaraq, “X4” MMC-ə verilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, “X4” MMC İddiaçı məxsus həyətyanı torpaq sahəsində qazıntı işləri aparmaq üçün ekskavatorçıya 300 manat ödəniş etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həyətyanı torpaq sahəsində qazıntı işlərinin aparılması işlərini ekskavator 300 manat müqabilində yerinə yetirmişdirsə, həmin torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması işlərini də 300 manat müqabilində yerinə yetirə bilər. Yəni, torpaq sahəsində qazıntı işlərinin aparılması ilə əlaqədar iddiaçıya dəymiş ziyan 300 manat miqdarında müəyyən edilməlidir. Bundan başqa, işdə olan sənədlərlə müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları qazıntı işləri apararkən iddiaçının torpaq sahəsinin ətrafına çəkilmiş çəpəri açmış, qazıntı işlərini bitirdikdən sonra çəpəri bərpa etməmiş, nəticədə iddiaçıya məxsus 0.04 ha kartof, 0.03 ha kələm və 0.03 ha lobya sahəsinə mal-qara tərəfindən ziyan vurulmuş, məhsul 100 faiz məhv olmuşdur. İşdə olan rəydən görünür ki, 0.03 ha kələm sahəsindən 900-950 kq kələm, 0.03 ha lobya sahəsindən 440-480 kq lobya, 0.04 ha kartof sahəsindən 350-400 kq kartof məhsulu əldə etmək mümkündür. Arayışdan görünür ki, 1 kq lobya 1.20 manat, 1 kq kartof 1 manat, 1 kq kələm 0.30 manat qiymətindədir. Torpaq sahəsindən daha artıq məhsul əldə edilməsnin sübut edilməsi vəzifəsinin iddiaçının üzərinə düşməsinə baxmayaraq, o, torpaq sahəsindən daha yüksək miqdarda məhsul əldə etməsi barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Yəni, 0.03 ha kələm sahəsindən gözlənilən 900 kq, 0.03 ha lobya sahəsindən gözlənilən 440 kq və 0.04 ha kartof sahəsindən gözlənilən 350 kq məhsulun məhv edilməsi ilə əlaqədar iddiaçıya cəmi,1148 manat maddi ziyan dəymişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, “X4” MMC-dən məhsula dəymiş ziyana görə 1148 manat və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi üçün 300 manat, cəmi, 1448 manat alınaraq, İddiaçı verilməlidir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə münasib hissəsi, yəni, 34.48 manat “X4” MMC-dən alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “X4” MMC-dən 1448 manat alınaraq, İddiaçı verilsin. “X4” MMC-dən 34.48 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-129/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-129/2023
01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver