Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1293/2025 24.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «əmlak və pul tələbi barədə» iddiası üzrə mülki iş (açar sözlər: mülkiyyət hüququ ilə əlaqədar mübahisələr) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlak və pul tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh avtomobilin saz vəziyyətdə ona qaytarılması, qaytarılması mümkün olmadıqda isə avtomobilin dəyərinə görə 11.600 (on bir min altı yüz) manatın, maddi ziyana görə 4.000 (dörd min) manatın və ödənilmiş 137 (yüz otuz yeddi) manat dövlət rüsumunun, cəmi 15.737 (on beş min yeddi yüz otuz yeddi) manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı nümayəndəsi, Vəkil məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması və tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh “MERCEDES BENZ E 320” markalı, **- CE-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin saz vəziyyətdə alınaraq İddiaçı qaytarılması, həmin nəqliyyat vasitəsinə aid BD144525 nömrəli qeydiyyat şəhadətnaməsinin Cavabdeh alınıb İddiaçı verilməsi, nəqliyyat vasitəsinin qaytarılması mümkün olmadıqda onun cavabdehə satış qiymətinin ödənilməmiş hissəssi olan 11.600 manat məbləğində pulun, iddiaçıya dəymiş maddi ziyana görə 4.000 manat məbləğində pulun, ödənilmiş 137 manat dövlət rüsumunun əvəzinin, nümayəndəyə çəkilən xərcə görə 17,25 manat məbləğində pulun və vəkilə çəkilən xərcə görə 320 manat məbləğində pulun, cəmi 16.074,25 manat (on altı min yetmiş dörd manat iyirmi beş qəpik) məbləğində pulun Cavabdeh alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh tanışı vasitəsi ilə tanımışdır. 2021-ci ilin oktyabr ayında özünə məxsus “MERCEDES BENZ E 320” markalı, **-CE-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini Cavabdeh nisyə olaraq satmaq üçün onunla razılığa gəlmişdir. Razılaşmaya əsasən, nəqliyyat vasitəsinin dəyəi 13.600 manat müəyyən edilmiş, cavabdeh həmin pulu 15 ay müddətində tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Nisyə alqı-satqı zamanı cavabdeh dərhal 2.000 manat ödəniş etmiş, qalan 11.600 manat pulu isə 15 ay müddətinə ödəyəcəyinə söz vermişdir. Bu məqsədlə o, nəqliyyat vasitəsinin idarə edilməsinə görə 28 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində cavabdehə sürücülük etibarnaməsi vermişdir. Lakin cavabdeh hər ay ödənilməli olan pulu ödəməmiş, bununla da üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. O da məcbur olub sürücülük etibarnaməsinə xitam vermişdir. Lakin, bundan sonra cavabdehin yenidən pulu ödəyəcəyi barədə vədlərinə inanıb dörd dəfə sürücülük etibarnaməsi vermiş, lakin cavabdeh yenə də pulu ödməkdən boyun qaçırmışdır. Ona görə də o, vermiş olduğu sonuncu etibarnaməyə də xitam vermişdir. Nəqliyyat vasisəti halhazırda cavabdhin faktiki olaraq yaşadığı ünvan 1 ünvanındadır. Hesab edir ki, cavabdeh avtomobili saz vəziyyətdə ona qaytarmalı, avtomoblin saz vəziyyətdə qaytarılması mümkün olmadıqda isə satış qiymətinin ödənilməmiş hissəssi olan 11.600 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. Bundan başqa, həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin əsli hal-hazırda cavabdehdədir. Cavabdeh avtomobili qaytaracağı təqdirdə onun qeydiyyat şəhadətnaməsini də qaytarmalıdır ki, təkrarən qeydiyyat şəhadətnaməsinin alınması zərurəti yaranmasın. Dövlət qeydiyyat şəhadətnaməsinin nömrəsi BD144525-dir. Həmçinin, cavabdehin təqsiri üzündən ona 4.000 manat ziyan dəymişdir. Belə ki, o, avtomobilin dəyəri olan həmin vəsaiti vaxtında banka depozit yerləşdirsə idi, əldə olunacaq gəlir hesabına səhhətində olan problemi aradan qaldıra və əlavə 4000 manat gəlir əldə edə bilərdi. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçı nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında iddia tələbini qəbul etməmiş və izahat verərək bildirmişdir ki, sözügedən nəqliyyat vasitəsi faktiki olaraq ona məxsus olmuşdur. O, kredit borclarını ödəyə bilmədiyi üçün faizə borc pul verən iddiaçıdan borc almaq məcburiyyətində qalmışdır. Həmin borcun təminatı olaraq ona məxsus olan “MERCEDES BENZ E 320” markalı, **-CE-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini iddiaçının adına keçirmişdir. O, borcu mütəmadi olaraq ödəyəcəyi halda ididaçı avtomobili onun öz adına rəsmiləşdirməyə söz vermişdir. O, iddiaçıya 2.000 manatdan çox pul vermişdir. Lakin ididaçı avtomobili onun adına rəsmilləşdirmədiyi üçün o da borcu ödəməmişdir. Hal-hazırda nəqliyyat vasitəsi ondadır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
6. Cavabdeh sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
9. Belə ki, mülki iş materiallarında olan: - “Mygov” elektron hökumət portalından verilmiş xx.xx.2025-ci il tarixli elektron arayışdan görünür ki, “MERCEDES BENZ E 320” markalı, **-CE-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi İddiaçı “MERCEDES BENZ E 320” markalı, **-CE-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini xx.xx.2026-cı il tarixədək Cavabdeh etibar etmişdir. Etibarnaməyə vaxtında əvvəl xitam verilmişdir. - Turbo.az saytından çıxarılmış çıxarışdan görünür ki, istehsal ili 2000-ci il olan “MERCEDES BENZ E 320” markalı nəqliyyat vasitələrinin 2025-ci il üzrə satış qiyməti təxminən 12-16 min manat aralığında dəyişir.
10. Məhkəmə qeyd edir ki, iddia tələbi mülkiyyət hüququ ilə bağlı normalarına uyğun həll edilməlidir.
11. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
13. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
14. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
17. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir .
18. Azərbaycan Respublikası MPM-in: - 76.1-ci maddəsinə əsasən, Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
19. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı tələb etdiyi nəqliyyat vasitəsinin mövcudluğunu, həmin nəqliyyat vasiəsinin ona məxsus olmasını, cavabdehdə qaldığını və qaytarılmadığını sübut etməlidir.
20. Məhkəmə iclasında müəyyən edildi ki, “MERCEDES BENZ E 320” markalı, **- CE-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh nəqliyyat vasitəsinin mövcudluğunu və hazırda onda olmasını mübahisələndirməmişdir. Nəqliyyat vastəsinin qeydiyyat şəhadətnaməsinin əsli də cavabdehdədir. Lakin, cavabdeh həmin nəqliyyat vasitəsinin faktiki olaraq ona məxsus olmasını, iddiaçıdan aldığı borcun təminatı olaraq nəqliyyat vasitəsini iddiaçının adına rəsmiləşdirdiyini bildirsə də, bu halları təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı sözügedən nəqliyyat vasitəsini satmaq məqsədilə cavabdehə vermiş, nəqliyyat vasitəsinin satış qiyməti 13.600 manat müəyyən edilmiş, həmin pulun 2.000 manat hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənilmiş, qalan 11.600 manat isə ödənilməmişdir. Tərəflər arasında heç bir rəsmi alqı-satqı müqaviləsi bağlanmamışdır. Odur ki, sözügedən nəqliyyat vasitəsi və ona aid olan qeydiyyat şəhadətnaməsi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, nəqliyyat vasitəsinin qaytarılması mümkün olmadıqda satış qiymətinin ödənilməmiş hissəsi olan 11600 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.
21. Məkhəmə iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsinə münasibət bildirirək qeyd edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı nəqliyyat vasitəsinin satış qiymətinin ödənilməmiş hissəsi olan 11.600 manat məbləğində pul vəsaitini depozit olaraq banka yerləşdirərək gəlir əldə edəcəyini bildirsə də, həmin gəlirin nədən ibarət olması, hansı məbləğdə olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədi. MPM-in 771-.1-ci maddəsinə əsasən, qeyd olunan halları sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğundan məhkəmə hesab edir ki, iddiaçının maddi ziyan hissəsində tələbi əsassızdır. Həmçinin nümayəndəyə çəkilən xərclərlə bağlı məhkəməyə sübutlar təqdim edilmədiyindən həmin hissədə də iddia tələbi əsassızdır.
22. Beləliklə məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, “Mercedes Benz E 320” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və həmin nəqliyyat vasitəsinə aid BD seriyalı 144525 nömrəli qeydiyyat şəhadətnaməsi Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, nəqliyyat vasitəsinin qaytarılması mümkün olmadıqda satış qiymətinin ödənilməmiş hissəsi olan 11.600 (on bir min altı yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
23. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 137 manat dövlət rüsumu ödəmiş, vəkil üçün 320 manat xərc çəkmişdir.
24. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
25. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
26. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumu və vəkil xidmət haqqı cavabdehə aid edilməlidir.
V. Nəticə:
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ: İddia qismən təmin edilsin. “Mercedes Benz E 320” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və həmin nəqliyyat vasitəsinə aid BD seriyalı 144525 nömrəli qeydiyyat şəhadətnaməsi Cavabdeh alınaraq İddiaçı qaytarılsın. “Mercedes Benz E 320” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qaytarılması mümkün olmadıqda satış qiymətinin ödənilməmiş hissəsi olan 11.600 (on bir min altı yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137 (bir yüz otuz yeddi) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov