Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-135/2025 16.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona məxsus “Toyota Prus” markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurduğu maddi ziyana görə 3090 manat məbləğində pulun alınıb ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandirmişdir ki, “Toyota Prius” minik markalı buraxılış ili 2007-ci il olan, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin avtomobili xx.xx.2024-cü il tarixli etibarnamə əsasında idarə etmək üçün Cavabdeh vermişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində saat 16:12 radələrində mülkiyyət hüququ əsasında ona məxsus həmin avtomobillə Bakı şəhəri, Həsən Əliyev küçəsində hərəkət edərkən, yol-nəqliyyat hadisəsi törətmiş, ona məxsus avtomobilin ön hissəsinə maddi ziyan vurmuşdur. Daxili İşlər Nazirliyinin X1 Şöbəsinin əməkdaşı tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırılma aparılmış, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə cavabdeh barəsində İXP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında cavabdehin 40 manat cərimə edilməsi haqqında qərar çıxarılmışdır. xx.xx.2024-cü il tarixli qüsur aktından da göründüyü kimi avtomobilə zərbə ön hissədən dəymiş və zərbə nəticəsində avtobilin ön sağ hissələri yararsız vəziyyətə düşmüşdür.Hadisədən əvvəl cavabdeh avtomobilin üzərindən dəyəri 950 manat olan ABS sistemini sökərək mənimsəmişdir.Bu səbəbdən avtomobilin əyləc sistemi düzgün işləmədiyinə görə yol-nəqliyyat hadisəsi baş vermişdir.Belə ki, avtomobilin GPS izləmə sisteminə nəzər salan zaman məlum olmuşdur ki, avtomobil xx.xx.2024-cü il tarixdə saat 14-24 radələrində Badamdar şossesi ərazisində yerləşən servisdə xeyli müddətdə dayanmışdır. Cavabdeh tərəfindən ona ümumilikdə 3090 manat məbləğində ziyan dəymişdir.Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslında iddia tələbini qismən etiraf etmiş, izahhat verərk bildirmişdir ki, iddiaçı ilə arasında yaranmış mübahisə ilə əlaqədar o, avtomobilin üzərindən dəyəri 950 manat olan ABS Blok sistemini sökərək, satmişdir. Bunu görə iddiaçı ayrıca olaraq, məhkəməyə müraciət etmiş, həmin iş üzrə məhkəmə qərarı çıxmışdır. Ona görə də bu iş üzrə iddiaçıya dətmiş ziyandan ABS Blokun dəyəri çıxarılmalıdır. Qalan hissədə iddia tələbinin ekspertiza rəyində göstərilən məbləğdə təmin edilməsinə etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və 40 manat miqdarında cərimə növündə inzibati tənbeh təyin edilmişdir. İşdə olan MY Auta Servis tərəfində verilmiş qusur aktından görünür ki, “Toyota Prus” markalı **-BC-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobilə dəymiş zərərin miqdarı 3090 manatdır. İşdə olan Ədliyyə Nazrliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının Rəyindən görünür ki, “Toyota Prius” minik markalı buraxılış ili 2007-ci il olan **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin dəyəri 800 manat müəyyən edilmiş ABS Blokla birlikdə təmir-bərpa xərci 2261 manatdır. İşdə olan Vəsiqənin surətindən görünür ki, iddiaçı məcburi köçkün statusuna malikdır. İşdə olan sənəddən görünür ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manatdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin izahatını və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2. və 14.2.6-cı maddlərinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, iddiaçı məcburi köçkün kimi dövlət rüsumu ödəməkdən azad olunduğu üçün Cavabdeh 50,9 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh təqsirli hüquqazidd əməli ilə iddiaçıya 2261 manat miqdarında maddi zərər yetirilmişdir. Lakin cavabdeh bu zərərin miqdarına daxil olan ABS Blokun dəyərinin bir hissəsini digər bir iş üzrə iddiaçıya ödədiyini, qalan hissəsini də həmin iş üzrə ödəyəcəyini bildirmiş, iddiaçı bu halı təkzib edən sübut təqdim etməmişdir. Yəni, zərərin müəyyən edilmiş 2261 manat dəyərindən, ABS Blokun dəyəri olan 800 manat çıxarılmalı və iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olan 1461 manat alınaraq, İddiaçı verilməli, 50 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə,50 manat məhkəmə xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1461 manat alınaraq, İddiaçı verilsin. Cavabdeh 50 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə, 50 manat məhkəmə xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-135/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-135/2025
16.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver