Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-138/2025 28.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı 14 saylı X7 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, İsmayılov Nuru Sahib oğlunun katibliyi, İddiaçı 14 saylı X7 Mərkəzinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı 14 saylı X7 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı 14 saylı X7 Mərkəzi məhkəmədə iddia qaldıraraq, dövlətə dəymiş zərərin əvəzi 833,09 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub 14 saylı X7 Mərkəzin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı 14 saylı X7 Mərkəzi iddia tələbini onunla əsaslandırmışdır ki, 14 saylı X7 Mərkəzin əməkdaşları tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Mərkəzin Saratovka meşəbəyliyinin 1 saylı meşə dolayının meşə gözətçisi X2 yazılı məlumatları əsasında araşdırmalar aparılan zaman Gədəbəy rayonu Daryurd kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X12 zərər vurması faktı müəyyən edilmişdir. Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X12 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 nömrəli qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 833,09 manat məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinin tərkibi olduğundan barəsində xx.xx.2024-cü il tarixli, MN № ******* saylı və xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, 26/70/d saylı və xx.xx.2024-cü il tarixli, 26/89/d saylı məktubla 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Cavabdeh barəsində xx.xx.2024-cü iftarixdə, MN № ******* saylı və xx.xx.2024cü il tarixdə, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərarlardar şikayət verilməmiş və qərarlar qanuni qüvvəsini almışdır. xx.xx.2024-cü il tarixdə, № 3-14-27-09/2-139/2024 saylı məktubla saylı məktubla tərtib edilmə Cavabdeh vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi üçün bildiriş məktubu göndərilmişdir, lakin Cavabdeh göndərilmiş bildiriş məktbuna cavab verməmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə, № 3-14-27-09/2-058/2024 və xx.xx.2024-cü il tarixdə. № 3-14-27- 09/2-068/2024 saylı məktubla tərtib edilmiş inzibati xəta haqqında protokolun surətləri Cavabdeh göndərilmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı 14 saylı X7 Mərkəzinin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, onun sağ əli şikəstdir. Əlində olan problem onun ağac kəsməsinə imkan vermir. O, əli ilə heç qələm tuta bilmir. 2024-cü ilin sentyabrın 10-da Əfqan Mustafayeva 200 manat pul vermişdir ki, ona 10 kub odun versin. Hər dəfə Əfqandan odun tələb edəndə ona qərəzli şəkildə cərimə yazır. Onun imkanı yoxdu, kasıb adamdır. Əməliyyat olunmağa pulu yoxdu. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
7. Belə ki, iş materiallarında olan; - 14 saylı X7 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş 22 aprel 2024-cü il tarixli 005174 saylı aktın təsdiq edilmiş surətindən görünür ki, Saratovka meşəbəyliyinin 1 saylı meşə dolayısının gözətçisi X2 yazılı məlumatına əsasən, Saratovka meşəbəyliyinin meşəbəyisi X6 və Saratovka meşəbəyliyinin 1 saylı meşə dolayısının gözətçisi X5 tərəfindən araşdırmalar aparılan zaman Gədəbəy rayonu Daryurd kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X12 56,68 manat məbləğində zərər vurması faktı müəyyən edilmişdir. - 14 saylı X7 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş 15 may 2024-cü il tarixli 005175 saylı aktın təsdiq edilmiş surətindən görünür ki, Saratovka meşəbəyliyinin 1 saylı meşə dolayısının gözətçisi X2 yazılı məlumatına əsasən, Saratovka meşəbəyliyinin meşəbəyisi X6 və Saratovka meşəbəyliyinin 1 saylı meşə dolayısının gözətçisi X5 tərəfindən araşdırmalar aparılan zaman Gədəbəy rayonu Daryurd kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X12 776,41 manat məbləğində zərər vurması faktı müəyyən edilmişdir. - meşə qanunvericiliyinin pozulmasına dair qiymətləndirmə cədvəllərinin təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh tərəfindən meşə fonduna vurulmuş ziyan xx.xx.2024-cü il tarixdə 776,41 manat, xx.xx.2024-cü il tarixdə 56,68 manat məbləğində müəyyən edilmişdir. - 14 saylı X7 Mərkəzi tərəfindən Cavabdeh ünvanlanmış bildirişin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh X12 dəymiş 833,09 manat məbləğində ziyanın 14 saylı X7 Mərkəzinin hesabına ödənilməsi, əks tədirdə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. - 08 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, Qurbanov X3 meşəbəyliyinin 1 saylı meşə dolayısında qanunsuz olaraq 1 (bir) ədəd köküstə yaş göyrüş cinsindən ağacı kəsməsinə görə Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. - 27 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Saratovka meşəbəyliyinin 1 saylı meşə dolayısında qanunsuz olaraq 3 (üç) ədəd köküstə yaş göyrüş cinsindən ağacı kəsməsinə görə Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
8. Göründüyü ki, Cavabdeh 14 saylı X7 Mərkəzinin Saratovka meşəbəyliyinin 1 saylı meşə dolayısında qanunsuz olaraq müxtəlif vaxtlarda olmaqla 4 ədəd köküstə yaş göyrüş cinsindən ağacı kəsmiş və X12 ümumilikdə 833,09 manat məbləğində zərər vurmuşdur. İnzibati tənbeh vermə haqqında qərarlarla Cavabdeh meşə fondu sahəsində qanunsuz ağac kəsməsinə görə Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Odur ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində meşə fonduna ziyan vurulması işdə olan sübutlar ilə öz təsdiqini tapır.
9. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur. Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. Eyni zamanda, meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. Meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.
10. Azərbaycan Respublikası Konstitusiyasının; - 39-cu maddəsinin 3-cü hissəsinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. - 78-ci maddəsinə əsasən ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
11. Azərbaycan Respublikası Meşə Məcəlləsinin; - 46-cı maddəsinə əsasən meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. - 50-ci maddəsinə əsasən meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. - 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.
12. Məhkəmə hesab edir ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində meşə fondu sahəsinə 833,09 manat məbləğində zərər vurulması təsdiqini tapdığından iddiaçı vurulmuş zərərin əvəzinin cavabdehdən alınıb ona ödənilməsini tələb etməkdə haqlıdır.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu hüquqla və qanunla müdafıə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi erərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1115-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
14. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 79cu maddəsinin 1-ci bəndinə əsasən, ətraf mühitin mühafizəsi haqqında qanunvericilyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər.
15. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 833,09 manat məbləğində maddi ziyan tutulub 14 saylı X7 Mərkəzinin hesabına ödənilməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. “X10 Azərbaycan Respublikası Qanunu”nun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
18. Həmin Qanunun 9.1.14-cü maddəsinin tələblərinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar.
19. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin 1.000 manatadək olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir
V. Nəticə:
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh 833 (səkkiz yüz otuz üç) manat 09 (doqquz) qəpik məbləğində maddi ziyan tutulub 14 saylı X7 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov