Məhkəmə qərarları › İş №2(042)-1395/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1395/2023

09.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1395/2023 09.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin 14 X4 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə və əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin 14 X4 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı cavabdeh Gədəbəy rayonu, Dəyirmnadağ kənd sakini Cavabdeh dövlət meşə fonduna vurmuş olduğu 440 manat ziyanlığın ödənilməsi və meşə ərazisində quraşdırılmış mal-qara saxlanılması üçün sığırxananın sökülməsi, eyni zamanda meşə ərazisinin əvvəlki vəziyyətə qaytarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, cavabdeh Bakı şəhəri, Xətai rayonunda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məcəllənin 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məcəllənin 152.2-ci maddəsinə əsasən hakim iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Beləliklə, cavabdeh Gədəbəy Rayon Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazidə qeydiyyatda deyildir. Ona görə də iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, qərara aldı: İddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarısın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar