Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1429/2025 13.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı 14 saylı X9 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr maddi ziyanın ödənilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, İsmayılov Nuru Sahib oğlunun katibliyi, İddiaçı 14 saylı X9 Mərkəzinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı 14 saylı X9 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı 14 saylı X9 Mərkəzi məhkəmədə iddia qaldıraraq, meşə fondu sahəsində özbaşına mal-qara otarması nəticəsində dövlətə dəymiş zərəri 2904 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub 14 saylı X9 Mərkəzinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı 14 saylı X9 Mərkəzi iddia tələbini onunla əsaslandırmışdır ki, 14 saylı X9 Mərkəzin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Mərkəzin Saratovka meşəbəyliyinin 6 saylı meşə dolayında araşdırma aparılan zaman Gədəbəy rayonu Anqıran kənd sakini Cavabdeh qanunsuz olaraq mal-qara otararaq X14 zərər vurması faktı müəyyən edilmişdir. Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X14 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 nömrəli qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 2904,00 (iki min doqquz yüz dord) manat məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinin tərkibi olduğundan barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə, 26/181/d saylı məktubla 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh barəsində xx.xx.2025-ci il tarixdə, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır. xx.xx.2025-ci il tarixdə, Nq 3-14-27-09/2-169/2025 saylı məktubla Cavabdeh ünvanına vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi üçün bildiriş məktubu göndərilmişdir, lakin X1 göndərilmiş bildiriş məktbuna cavab verməmişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixdə 3-14-27-09/2-149/2025 saylı məktubla tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti Cavabdeh göndərilmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı 14 saylı X9 Mərkəzinin nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Miskinli kəndində yaşayır. Meşə ərazisinin yaxınlığında yaşayırlar. Mal-qara saxlamaq üçün əlavə yer yoxdur. Ona görə də, meşə ərazisində heyvan otarmalı olmuşlar. Odur ki, hesablanmış ziyanın onun tərəfindən ödənilməsinə etirazı yoxdur.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
7. Belə ki, mülki iş materiallarında olan; - 14 saylı X9 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 008698 saylı aktın təsdiq edilmiş surətindən görünür ki, 14 saylı X9 Mərkəzinin əməkdaşları meşələrin qorunub mühafizəsi olunmasına nəzarət məqsədi ilə Saratovka meşəbəyliyinin 6 saylı meşə dolayısında olan zaman Cavabdeh qanunsuz olaraq özünə məxsus heyvanları meşə sahəsində otarması müəyyən edilmişdir. - meşə qanunvericiliyinin pozulmasına dair qiymətləndirmə cədvəlin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh tərəfindən meşə fonduna vurulmuş ziyan 2904 manat məbləğində müəyyən edilmişdir. - 14 saylı X9 Mərkəzi tərəfindən Cavabdeh ünvanlanmış bildirişin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh X14 dəymiş manat məbləğində ziyanın 14 saylı X9 Mərkəzinin hesabına ödənilməsi, əks tədirdə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. - xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolun və xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, Vəliyev X4 meşəbəyliyinin 6 saylı meşə dolayısında qanunsuz olaraq heyvan (donuz) otarmaqla meşə qanunvericiliyini pozduğuna görə Azərbaycan Respublikasının İXM-nin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Gədəbəy rayon Məhkəməsinin 3(042)-414/2025 saylı 14 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında qərarının müəyyən etdi hisssəindən görünür ki, Cavabdeh şikayəti qismən təmin edilməklə onun barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilmişdir.
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
9. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.
10. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
12. Göründüyü kimi, qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə görə, mülki hüquq pozuntusunun (delikt) olması, pozuntu nəticəsində cavabdehin əməli ilə iddiaçıya zərər vurulması, vurulmuş zərərlə pozuntu arasında səbəbli əlaqənin olması tələb olunur.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
14. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
15. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
16. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, iddiaçı X7 cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 1.500 manat maddi ziyan vurulduğunu sübut etməlidir.
17. Məhkəmədə müəyyən edildi ki, X11 xx.xx.2024-cü il tarixdə, saat 03:40-da idarə etdiyi avtomobil ilə Gədəbəy rayonu, H.Əliyev prospektində hərəkətdə olan zaman X5 məxsus bir baş iribuynuzlu heyvanı vurmuş və heyvan ölmüşdür. Baş vermiş hadisəyə görə Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, X7 təqsirli bilinmişdir (İXM-nin 338.5.2 və 338.5.5-ci maddələri). X7 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 1.500 manat məbləğində maddi ziyanın cavabdehdən tutulmasını tələb edir.
18. Məhkəmə qeyd edir ki, 14 saylı X9 Mərkəzi vurulmuş maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğunu iddia etsə də, həmin maddi ziyanın vurulmasında cavabdehin təqsirinin olmasını müəyyən edən əsaslı sübutlar və cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
19. Məhkəmə qeyd edilənlərə əsasən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasl Mülki Məcəlləsində nəzərdə tutulmuş delikt anlayışı 4 elementi; hüquqa zidd hərəkəti, zərəri, səbəbli əlaqəni və təqsiri özündə birlikdə əks etdirir. Hazırki iş üzrə əsas elementlərdən olan təqsir sübuta yetirilmədiyi üçün hazırki iddia tələbi əsassız hesab edilib rədd edilməlidir.
20. Qeyd olunanlara əsasən, məhkəmə maddi ziyanın vurulmasında cavabdehin təqsirinin olması və onun əməli ilə ziyan arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmadığından iddia tələbinin rədd edilməsi qənaətinə gəlir.
21. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı X3 cavabdeh X8 qarşı "maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası rədd edilməlidir.
V. Nəticə:
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı 14 saylı X9 Mərkəzinin Cavabdeh Mehrali oğluna qarşı “maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamiq Rəsulov