Məhkəmə qərarları › İş №2(042)-151/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-151/2021

05.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-151/2021 05.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı maddi ziyan tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə onlara dəymiş 12496 manat maddi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq, onlara verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxışı iclasında İddiaçı1 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Cavabdeh ilə onlar arasında mülki mübahisələri olmuşdur. xx.xx.2019-cu il tarixdə onların yaşadıqları evin damına gizlətmiş olduğu 16 kalibrli “1K” modelli tüfənglə R.Əliyevanı və A.Əliyevi öldürmək məqsədi ilə güllə atmış və nəticədə R.Əliyevanın sağ qıçına və sağ qoluna oğlunun isə belinin omba hissəsinə qırma dolmuşdur. Bununla kifayətlənməyən Cavabdeh əvvəlcədən almış olduğu benzinlə dolu kapron qabda olan benzini onların yaşadıqları otağa və evin ikinci mərtəbəsinə tökərək yandırmışdır. Nəticədə onlara və azyaşlı uşaqlarına aid olan geyim məişət və qızıl əşyaları yanıb məhv olmuşdur. Cavabdeh törətmiş olduğu cinayət əməlinə görə AR CM-nin 29,120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29.120.2.9, 134 və 186.2.2-ci maddələri ilə cinayət işi başlanmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə anlaqsız hesab olunaraq Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsi əsasən tibbi xarakterli məcburi müalicə təyin edilmişdir. Həmin cinayətinin istintaqı zamanı ekspert cəlb edilmiş, xx.xx.2019-ci il tarixdə ekspert rəyinə əsasən ümumilikdə onlara 12496 manat ziyan dəyməsi barədə rəy verilmişdir. Həmin cinayət işinin istintaqı zamanı mülki iddia hissəsi qeyd edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçılar İddiaçı2 və İddiaçı3 eyniməzmunlu izahatlar verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh Qanuni nümayəndə məhkəməyə iddia ərizəsinə etiraz göndərmiş, izahat verərək bildirmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh anlaqsız hesab edilmiş və yalnız ondan sonra Cavabdeh qəyyumu olmuşdur. Cavabdeh isə həmin əməli qərardan əvvəl törətmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh Qanuni nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli, 26578 saylı Ekspert Rəyinin surətindən görünür ki, Ekspertiza Mərkəzinə təqdim edilmiş136 adda əmlakın dəyəri 12496 manat təşkil edir. İşdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)- 151/2020 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29, 120.2.9, 134 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edilməsi və Cavabdeh ictimai təhlükəli əməlləri törətdiyi zaman anlaqsız vəziyyətə olduğuna görə cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, Həsənov X1 Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 4(042)5/2020 saylı qərarı ilə prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçıların izahatlarını və işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1;14.2. və 14.2.6-cı maddələrinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması ilə əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1105.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu və ya ona nəzarət etməli olan təşkilat, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəyirlər. Məcəllənin 1105.2-ci maddəsinə əsasən qəyyumun və ya nəzarət etməli təşkilatın fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxs tərəfindən vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinə həmin şəxsin sonradan fəaliyyət qabiliyyətli sayıldığı halda xitam verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Məcəllənin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçıları tüfənglə öldürmək məqsədi ilə onlara güllə atmış, benzinlə iddiaçıların yaşadıqları otağı və evin ikinci mərtəbəsi yandırmışdır. Nəticədə iddiaçılara və onların azyaşlı uşaqlarına aid olan geyim məişət və qızıl əşyaları yanıb məhv olmuşdur. Cavabdeh törətmiş olduğu cinayət əməlinə görə AR CM-nin 29,120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29.120.2.9, 134 və 186.2.2-ci maddələri ilə cinayət işi başlanmış, cinayət işinin gedişində ona qanuni nümayəndə təyin edilmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020ci il tarixli qərarı ilə o, anlaqsız hesab olunaraq Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə əsasən ona tibbi xarakterli məcburi müalicə təyin edilmişdir. Cinayət işinin istintaqı zamanı işə ekspert cəlb edilmiş xx.xx.2019-ci il tarixdə ekspert rəyinə əsasən ümumilikdə iddiaçılara 12496 manat ziyan dəyməsi barədə rəy verilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh həmin hadisəni törətdikdən sonra cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Yəni, həmin vaxt onun törətdiyi əmələ görə özü cavabdehlik daşımışdır. Cavabdeh yalnız cinayət işinin gedişi zamanı Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(042)5/2020 saylı qərarı ilə prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, qızı Qanuni nümayəndə ona qanuni nümayəndə təyin edilmişdir. Qanuni nümayəndə Məstan qızı hadisə törədildikdən sonra Cavabdeh qanuni nümayəndə təyin edildiyindən onun təqsiri və hadisəyə görə məsuliyyət daşıması qanunda nəzərdə tutulmamışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar