Məhkəmə qərarları › İş №2(042)-152/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-152/2024

31.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-152/2024 31.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və çöl ölçmə işlərinin aparılmasına Cavabdeh yaratdığı maneələrin aradan qaldırılması tələi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, onun valideynlərinin Gədəbəy rayonu, Qaraməmmədli kəndi ərazisində özlərinə məxsus fərdi yaşayış evi və 0.15 ha həyətyanı torpaq sahəsi olmuşdur. Həmin evdə 7 bacı olaraq yaşamış və böyümüşlər. Hazırda hər biri müxtəlif ünvanlarda yaşayırlar. Lakin yay fəslində həmin evdə o və bacıları gəlib ailələri ilə birlikdə yaşamışlar. Atası 2006-cı il tarixdə ölmüşdür. Atalarının vəfatından sonra daimi olaraq həmin evə o, gəlib-getmişdir. Cavabdeh onun əmisioğludur. Onun və bacılarının cavabdeh X8 qarşı heç bir münaqişələri olmamışdır. Atalarından miras qalmış əmlakı vərəsəlik qaydasında rəsmilləşdirməsi ilə bağlı Bakı şəhəri, Suraxanı Rayon 24 Saylı Notariat Kontoruna müraciət etmişlər və vərəsəlik işi açılmışdır. 24 Saylı Notariat Kontoru tərəfindən DƏDRXnin 11 Saylı Ərazi İdarəsinə 02 oktyabr 2023-cü il tarixdə mərhum ataları X2 miras qalmış əmlaka və 0.15 ha həyətyanı torpaq sahəsinə arayış verilməsi ilə bağlı məktub göndərilmişdir. DƏDRX-nin əməkdaşları miras qalmış torpaq sahəsində ölçmə işləri aparan zaman Cavabdeh tərəfindən maneəçilik törədilmişdir. Bu səbəbdən DƏDRX-nin 11 Saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Cavabdehin bu qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüquqlarının pozmuşdur. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Qaraməmmədli kəndində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının atasına məxsus olmuşdur. Həmin ev və torpaq sahəsinin iddiaçıya verilməsinə etirazı yoxdur. Lakin evin qarşısında olan torpağın bir hisssəindən istifadə edir. Bu sahənin onun sahibliyi və istifadəsində qalmasını istəyir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Dövlət Arxiv İdarəsi tərəfindən İddiaçı verilmiş Arayışdan görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Böyük Qaramurad kənd X11 Tikdaş kəndi üzrə 1969-1971-ci illərə dair 9 nömrəli Təsərrüfatbaşına kitabının 704-cü şəxsi hesabında qeydiyyatda olmaqla atası X3 adına təsərrüfat qeyd edilmiş və aşağıda göstərilən ailə üzvləri vardır: 1. X9 2.X12 3.X5 4.X6 5. X7 6. X10 7. X4 Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Məcəllənin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Qaraməmmədli kəndi ərazisində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi və 1962-ci ildə inşa edilmiş fərdi yaşayış evi İddiaçı atası X1 olmuşdur. X9 2006-cı ildə vəfat etmiş, ondan qalmış əmlaka miras aılmışdır. İddiaçının vərəsəlik hüququnun təmin edilməsi üçün iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və çöl ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyindən iddiaçı tərəfindən işə məhkəmədə baxılması üçün ödənilmiş 100 manat miqdarında dövıət rüsumu cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən İddiaçı atası X1 olmuş fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və çöl ölçmə işlərinin aparılmasına yaradılan maneələr aradan qaldırılsın. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar