Məhkəmə qərarları › İş №2(042)-1585/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1585/2025

23.02.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1585/2025 23.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X12 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı ölçmə işlərinə edilən maneənin aradan qaldırılması tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mərhum atası X2 məxsus Gədəbəy rayonu, İnəkboğan kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, mərhum atası X1 1960-cı ildən Gədəbəy rayonu, İnəkboğan kəndində 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evi vardır. O, həmin torpaq sahəsini sənədləşdirmək məqsədilə DƏDRX-nin 11 Saylı Şəmkir Ərazisinə müraciət etmişdir. Lakin Cavabdeh həmin torpaq sahəsindəzəruri ölçmə işlərinin aparılmasına mane olmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı onun qaynı oğludur. Həmin ərazidə mübahisəli torpaq sahəsi var. Lakin ölçmə işlərinin aparılmasına etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Gədəbəy RİH-i Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan X13 Deputatları Sovetinin 1963-1965-ci illərə dair 3 nömrəli təsərrüfatbaşına kitabın 240-cı şəxsi hesabında onun İddiaçı mərhum atası X1 adına 0.25 ha torpaq sahəsi və tikili qrafasında 1960-cı ildə inşa edilmiş ev qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş “torpaq sahəsinin planı və ölçüsündən” görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 10 nömrəli qərarı ilə X9 məxsus Gədəbəy rayonu, İnəkboğan kəndində 4496.48 kv.m həyətyanı torpaq sahəsi ilə əlaqədar tərtib olunmuşdur. İşdə olan arayışdan görünür ki,X7 04 oktyabr 2025-ci il tarixdə ölmüşdür. İşdə olan evlənmək haqqında şəhadətnamədən görünür ki, X8 ilə Cavabdeh Ələm qızı 12 may 1978-ci il tarixdə evənmişlər. Evləndikdən sonra arvad Mehtiyeva soyadını qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında Əmlakın Dövlət Reyestri Xidmətinin 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş sənəddən görünür ki, X4 17 oktyabr 2025-ci il tarixdə ölçmə işlərinin aparılması üçün müraciət etmişdir. İşdə olan qəbzdən görünür ki, X4 ƏMDX DƏDRX-nin hesabına 300 manat ödəniş etmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edən zaman 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh ölçmə işlərinin aparılmasına maneələr yaratdığı üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Ölçmə işlərinin aparılması cavabdehin hüquqlarının polzulmasına səbəb olmur. Ona görə də iddia tələbi təmin edilməlidir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən işə məhkəmədə baxılması üçün ödənilmiş 100 manat miqdarında dövıət rüsumu cavabdehlərə alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı atası X3 məxsus Gədəbəy rayonu, İnəkboğan kəndində yerləşən 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində ölçmə işlərinin aparılmasına mane olması qadağan edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar