Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-165/2021 22.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment və alimentin miqdarının artırılması tələblərinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqlarının saxlanılması üçün qanunla müəyyən edilmiş qaydada aliment təyin edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşdirmə verərək, xx.xx.2011-ci il tarixdə doğulmuş X5, xx.xx.2015-ci il tarixdə doğulmuş X6 və xx.xx.2005-ci il tarixdə doğulmuş X1 üçün hər ay Cavabdeh hər uşaq üçün 300 manat, cəmi, 900 manat aliment alınaraq, ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Cavabdeh ilə 1997-cu il tarixdə nikah bağlayaraq, ailə qurmuşlar. Birgə ailə münasibətlərindən üç uşaqları doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli, 2(041)-48/2010 saylı qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 20 manat, cəmi, 60 manat miqdarında aliment təyin edilmişdir. Bundan sonra cavabdehlə yenidən barışmışlar. Nəticədə xx.xx.2011-ci il tarixdə X13 və xx.xx.2015-ci il tarixdə X14 doğulmuşlar. Lakin cavabdehlə yenidən münasibətləri pozulmuşdur. Uşaqlarından ikisi yetkinlik yaşına çatmış, digər üçü isə azyaşlıdır. Hazırda azyaşlı uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona heç bir köməklik etmir. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh azyaşlı uşağın saxlanılması üçün təyin edilmiş aliment uşağın artan xərclərini ödəmir. Ona görə də, iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, onun rəsmi iş yeri yoxdur. Əvvəllər iddiaçı ilə razılaşmışlar və hər uşaq üçün 20 manat, cəmi, 60 manat aliment ödəyir. Əgər alimentin miqdarı artırılarsa onu ödəyə bilməyəcəkdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli, 2(041)-48/2010 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 20 manat miqdarında aliment alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan X3 surətlərindən görünür ki, tərəflərin ailə münasibətindən xx.xx.2011-ci il tarixdə X13, xx.xx.2015-ci il tarixdə X14 və xx.xx.2005-ci il tarixdə X11 doğulmuşlar. İşdə olan X12 Haqqında Şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 ataları Cavabdehdur. İşdə olan sənədlərdən görünür ki, X7 xəstəliklər var. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 1997-ci il tarixdə nikah bağlayaraq, ailə qurmuşlar. Birgə ailə münasibətlərindən üç uşaqları doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli, 2(041)-48/2010 saylı qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 20 manat, cəmi, 60 manat miqdarında aliment təyin edilmişdir. Bundan sonra iddiaçı cavabdehlə yenidən barışmışlar. Nəticədə xx.xx.2011-ci il tarixdə X13 və xx.xx.2015-ci il tarixdə X14 doğulmuşlar. Lakin cavabdehlə yenidən münasibətləri pozulmuşdur. Uşaqlarından ikisi yetkinlik yaşına çatmış, digər üçü isə azyaşlıdır. Nikah pozulduqdan sonra doğulmuş X9 və X10 aliment təyin edilməmişdir. Digər azyaşlı X11 üçün təyin edilmiş aliment azyaşlı uşağın artan xərclərini ödəmir. Qanunun tələblərinə əsasən iddiaçının himayəsində olan uşaqların layiqli həyat şəraitinin təmin edilməsi üçün onlara minimum yaşayış imkanı yaradılmalıdır. Məhkəmə iddiaçının himayəsində olan azyaşlı uşağın təhsil almasını, xərclərinin artmasını və bununla əlaqədar iddiaçının maddi vəziyyətinin pisləşməsini, nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbləri qismən təmin edilməli, xx.xx.2005-ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(041)-48/20170 saylı qətnaməsi ilə təyin edilmiş 20 manat alimentin miqdarı artırilaraq, hər ay 150 manat miqdarında müəyyən edilməli, xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat, cəmi, 300 manat miqdarında aliment alınaraq, X2 verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2005-ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(041)-48/20170 saylı qətnaməsi ilə təyin edilmiş 20 manat alimentin miqdarı artırilaraq, hər ay 150 manat miqdarında müəyyən edilsin. xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat, cəmi, 300 manat miqdarında aliment alınaraq, X2 verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Alimentin tutulması xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin artırılaraq yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-165/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-165/2021
22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver