Məhkəmə qərarları › İş №2(042)-1657/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1657/2025

18.02.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1657/2025 18.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X15 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı ölçmə işlərinə cavabdeh tərəfindən edilən müdaxilələrin qarşısının alınması tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əli qızı Cavabdeh qarşı Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən JN 242 D KOD50526018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə 0.28 ha həyətyanı torpaq sahəsində ölçmə işləri aparılarkən cavabdehin hər cür müdaxiləsinə son qoyulması və məhkəmənin hesabına ödədiyi dövlət rüsumunun əvəzi olan 100 manat pulun cavabdehdən alınaraq ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı Əli qızı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır.Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə 0.28 ha torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsində yaşayış evi tikmiş və ailəsi ilə birlikdə orada yaşayır. O, evinə və torpaq sahəsinə Çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti,Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Ölçmə işləri aparılması üçün əməkdaşlar əraziyə gəlsələr də,torpaq sahəsini ölçə bilməmişlər. Çünki cavabdeh mane olmuşdur. O, cavabdehlə məsələni qarşılıqlı razılıq əsasında həll etməyə çalışsada,bu mümkün olmamışdır.Cavabdeh torpaq sahəsinin ölçülməsinə razılıq verməmiş və əsassız şəkildə onun torpaq sahəsinə müdaxilə etmişdir.Bildirir ki, cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ yoxdur və cavabdehin müdaxiləsi əsassızdır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, onun iddiaçının iddia tələbinə heç bir etirazı yoxdur. İddiaçının torpaq sahəsinə müdaxilə etmir.O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Ölçmə işlərinin aparılmasına razıdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 29 dekabr 2024cü il tarixdə beyindaxili qansızma nəticəsində Gədəbəy rayonu, Slavyanka kəndində ölmüşdür. İşdə olan evlənmək haqqında şəhadətnamədən görünür ki, X4 ilə X7 24 aprel 1974-cü il tarixdə evənmişlər. Evləndikdən sonra arvad Mehtiyeva soyadını qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışının surətindən görünür ki, Gədəbəy rayonu Dövlət Arxivində mühafizə olunan 1996-2000-ci illərə dair Slavyanka kənd İƏV üzrə nümayəndəliyində 07 saylı təsərrüfatbaşına kitabının 231-ci şəxsi hesabında onun adına 1949/1995-ci illərdə tikilmiş ümumi sahəsi 52 kv.m, yaşayış sahəsi 42 kv.m olan yaşayış evi və 0.25 ha torpaq sahəsi Cavabdeh adına qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Gədəbəy RİHB Slavyanka Kənd İƏD Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X1 adına 0.26 ha torpaq sahəsi qeyd edilmişdir. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 nömrəli qərarı ilə X5, X6, X8 və X2 0.28 ha torpaq sahəsi verilmişdir. İşdə olan qəbzədən görünür ki, İddiaçı məhkəməyə müraciət edən zaman 100.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində torpaq sahəsi vardır. İddiaçı torpaq sahəsinə olan hüquqlarının qeydə alınması üçün müvafiq dövlət orqanının əməkdaşlarının ölçmə işlərinin aparılması zərurəti var. Ölçmə işlərinin aparılması cavabdehin hüquqlarının polzulmasına səbəb olmur. Lakin cavabdehin ölçmə işlərinin aparılmasına maneçelik törətməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia tələbi təmin edilməlidir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən işə məhkəmədə baxılması üçün ödənilmiş 100 manat miqdarında dövıət rüsumu cavabdehlərə alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən X3 məxsus Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.28 ha torpaq sahəsində ölçmə işlərinə müdaxilə edilməsi qadağan edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar