Məhkəmə qərarları › İş №2(042)-175/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-175/2023

23.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-175/2023 23.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 28 sentyabr 2005-ci il tarixdə doğulmuş X9 27 iyul 2007-ci il tarixdə doğulmuş X5 və 08 avqust 2008-ci il tarixdə doğulmuş X1 üçün Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-2255/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağın yetkinlik yaşına çatanadək təyin edilmiş 120 manat, cəmi, 360 manat miqdarında alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 250 manat, cəmi 750 manat məbləğində müəyyən edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı Cavabdeh ilə 2005-ci il tarixdə ailə qurmuşdur. İddiaçı ilə cavabdehin arasında rəsmi nikah olmamışdır. İddiaçı Gədəbəy Rayon Məhkəməsinə aliment tələbi ilə əlaqədar müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə X7 01 fevral 2021-ci il tarixdən başlayaraq, 28 sentyabr 2005-ci il tarixdə doğulmuş X9, 27 iyul 2007-ci il tarixdə doğulmuş X5 və 08 avqust 2008-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 100 manat olmaqla, üç uşaq üçün 300 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli saylı icra sənədinə əsasən Cavabdeh hər ay üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi, 360 manat miqdarında alimentin alınaraq, ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. Azyaşlı uşaqlardan biri xəstədir və hər ay onun müalicə edilməsi üçün xərclər çəkir. Cavabdehin ödədiyi aliment azyaşlı uşaqların artan xərclərini ödəmir. Cavabdehin aylıq gəliri təxminən 1000 manat təşkil edir. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etiraz ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirmişdir ki, o, restoranda işləyir və ayda 350 manat əmək haqqı alır. Maddi vəziyyəti yaxşı deyil. Övladlarının saxlanılması üçün o hər ay əvvəlki kimi hər bir uşaq üçün 120 manat aliment ödəyə bilər. Alimenti hər ay borc alıb ödəyir. Eləcə də, bankdan götürdüyü kreditin hamısını övladlarına xərcləmişdir. Oğlu İlkinin təhsil haqqın ödəmişdir. Xəstə övladının müalicə pulunu da o ödəmişdir. Əgər təyin ediliş alimentin miqdarı artırılarsa, alimenti ödəyə bilməyəcəkdir. Ona görə də, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X4 surətlərindən görünür ki, tərəflərin ailə münasibətlərindən xx.xx.2005-ci il tarixdə X13, xx.xx.2007-ci il tarixdə X10, xx.xx.2008-ci il tarixdə X11 doğulmuşdur. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2021-ci il tarixli, 2(104)-2255/2021 saylı qətnaməsinin surətindən görünür ki, 28 sentyabr 2005-ci il tarixdə doğulmuş X9, 27 iyul 2007-ci il tarixdə doğulmuş X5 və 08 avqust 2008-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 2005-ci il tarixdə ailə qurmuşlar. Aralarında rəsmi nikah olmamışdır. Ailə münasibətlərindən xx.xx.2005-ci il tarixdə X13, xx.xx.2007-ci il tarixdə X10 və xx.xx.2008-ci il tarixdə X11 doğulmuşlar. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2021-ci il tarixli, 2(104)- 2255/2021 saylı qətnaməsi ilə 28 sentyabr 2005-ci il tarixdə doğulmuş X9, 27 iyul 2007-ci il tarixdə doğulmuş X5 və 08 avqust 2008-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının himayəsində olan azyaşlı uşaqların saxlanılması xərclərinin artmasını və bununla əlaqədar iddiaçının maddi vəziyyətinin pisləşməsini, cavabdehin maddi vəziyyətini, həmçinin Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanunun tələblərini, bundan başqa iddiaçı tərəfdən cavabdehin maddi imkanının yüksək olması barədə sübutların təqim edilməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 28 sentyabr 2005-ci il tarixdə doğulmuş X13, 27 iyul 2007-ci il tarixdə doğulmuş X10 və 08 avqust 2008-ci il tarixdə doğulmuş X2 üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2021-ci il tarixli, 2(104)-2255/2021 saylı qətnaməsi ilə təyin edilmiş, hər ay hər uşaq üçün 120 manat, cəmi, 360 manat alimentin miqdarı artırilaraq, hər ay, hər uşaq üçün 130 manat, cəmi, 390 manat miqdarında müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. 28 sentyabr 2005-ci il tarixdə doğulmuş X13, 27 iyul 2007-ci il tarixdə doğulmuş X10 və 08 avqust 2008-ci il tarixdə doğulmuş X2 üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2021-ci il tarixli, 2(104)-2255/2021 saylı qətnaməsi ilə təyin edilmiş, hər ay hər uşaq üçün 120 manat, cəmi, 360 manat alimentin miqdarı artırılaraq, hər ay, hər uşaq üçün 130 manat, cəmi, 390 manat miqdarında müəyyən edilsin. Ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülsün. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar